Azərbaycan xalqının şərəfli keçmişi təkcə tarix kitablarına
yazılmayıb, o həm də dilin “yaddaşına” səpələnib qalmışdır.
Müxtəlif sözlər, ifadələr, hətta cümlə strukturları
babalarımızın düşüncə tərzi-etnik psixologiyası barədə çox
dəyərli məlumatlar verir..
***
Nəticə etibarilə deyə bilərik ki, Dədə Qorqud dastanı zəngin
tarixə malik türk epik təfəkkürünün coğrafi, etnokulturoloji
“sıxılma”sı, regionallaşması nəticəsində təşəkkül tapmış,
son orta əsrlərdə formalaşacaq Azərbaycan eposunun
etnotipoloji əsas-larını müəyyən etmişdirr.
***
Müasir mədəni-ictimai (o cümlədən ədəbi) prosesin
fəlsəfəsini onun öz tarixi müəyyən etmişdir (biz bunu qəbul
eləsək də, eləməsək də...) və ona görə də bu günə tarixdən
gəlmək həm tarixin, həm də bu günün dərki üçün ən uğurlu
yoldur – mədəni-ictimai təfəkkürün etnik əsaslar üzərində
yenidən təşkili (və dərki!) isə tarixdən gəlişi mütləq və
mütləq zəruri edir
***
Sufilik – insanla Allah arasındakı birbaşa ünsiyyət “yol”unun
mövcudluğu ideyasına əsaslanır və bu “yol”u bir qayda olaraq
intuisiya ilə keçməyi nəzərdə tutur; bu baxımdan ortodoksal
islamla sufilik arasında ziddiyyət də özünü göstərir – bu
mənada ki, sufilər “həqiqət”in dərkində peyğəmbər də daxil
olmaqla heç bir vasitəni qəbul etmirlər. Və ona görə də
tədricən “mənşəyi eti-barilə müsəlmanlığa dəxli olmayan (!)
sufizm islamın həqiqi ruhu-nu dəyişdirdi...” (M.Ə.Ləhbabi).
Yasəvilik ilk türk sufi təriqəti olaraq qalmadı, onun
təcrübəsi başqa təriqətlərin təşəkkül və intişarına təkan
verdi: türk təfəkkü-ründə “həqiqət” axtarışlarının üzüntülü
yolları başlandı... Bütün yollar isə əslində yeddi mərhələni
nəzərdə tuturdu: şəriət (allaha doğru hərəkət), təriqət
(allahın köməyi ilə hərəkət), mərifət (allahın altında
hərəkət), həqiqət (allah ilə hərəkət), vilayət (allahda
hərəkət), zat-əş şəriət (allahdan hərəkət) və nəhayət zat-əl
küll (allaha qovuşmaq).
***
Biz daxilimizə enə bilmirik, hər hansı məsələ olur-olsun,
onun həllində üzdən gedirik – 60-cı illərdə bizim ədəbiyyat
bu problemi qaldırmışdı, lakin ciddi bir mətləb hasil
olmadı, ona görə ki, “mən kiməm?” sualı ilə “biz kimik?”
sualı arasında tarixi məntiqi əlaqə adətən ziyalı
“diplomatiyası” ilə nizama salınırdı və əslində, zaman da o
zaman deyildi: “biz kimik?” sualı “mən kiməm?”dən sonra və
onun tərkib hissəsi kimi gəlirdi... O təfəkkür ki, yad
modelin, yad karkasın ixtiyarındadır, həmin yadlıqda “bəşəri
ümumilik” görür, onun milli məzmunu yoxdur – törətmir,
artmır, ənənəyə çevrilmir... Biz daxilimizə enə bilmirik -
əgər ensək, görərik ki, orada bundan sonra min illər
idrakımızın əsasını təşkil edəcək mifoloji potensial var,
yaradıcılıq potensialı var, onun çevik məntiqi var; biz bu
məntiqi işlətmək əvəzinə hazır modellər, karkaslar arxasınca
qaçmağa meyil edirik və özümüzdən qopuruq...
***
“O dünya” ilə “bu dünya” arasında ideoloji-mənəvi
harmo-niya yaratmağa çalışan böyük sənətkar, əslində, aşıq
sənətinin bir mərhələsini yekunlaşdırıb, digər mərhələsinə
keçir (həmin prosesi yazılı ədəbiyyat M.P.Vaqiflə keçirmişdi),
“bu dünya”nın xaosunu “o dünya”nın kosmosu mövqeyindən
gördüyünə əmin olmaq XIX-XX əsrlər aşığına ideya-estetik
enerji, böyük sosial-mədəni səlahiyyət verir. Həmin əminlik
Aşıq Ələsgərdə öz xələfləri ilə müqayisəyə gəlməyəcək qədər
böyükdür.
***
“Koroğlu” dastanı ümumən müxtəlif türk (və bir sıra
qeyri-türk) xalqları arasında bu və ya digər dərəcədə
yayılsa da, mü-kəmməl epik yaradıcılıq aktı olmaq etibarilə
tarixən Azərbaycan xalqına – Azərbaycan türklərinə
mənsubdur. Azərbaycan “Koroğlu”su mənsub olduğu xalqın
şifahi ədəbiyyatının (bütövlükdə mədəniyyətinin!) intibahı
dövründə böyük milli-ictimai təfəkkür enerjisinin məhsulu
kimi meydana çıxmış, həmin xalqın bir neçə əsrlik tarixi
marağını, sosial-siyasi, ideoloji və mənəvi-estetik
dünyagörüşünü, mentalitetini, milli ehtiraslarını əks
etdirmişdir
***
“Azərbaycan” anlayışı zəngin bir tarixə malikdir.
Həmin tari-xi inkişaf prosesində bu anlayış konkretləşmiş,
siyasi-ideoloji məz-munca dəqiqləşmiş, Azərbaycan xalqının
yaşadığı geniş ərazini ifadə etmək üçün motivlənmişdir.
“Azərbaycan” sözü türkdilli mühitdə formalaşmasa da,
“Azərbaycan” anlayışının son min ildəki təkamül formalaşma
prosesi, əsasən, Azərbaycan türk təfək-kürünün məhsuludur
***
Azərbaycanlıların bir xalq kimi mükəmməlliyinin
göstəricilə-rindən biri (bəlkə də birincisi!) onun tarixən
formalaşmış özünə-məxsus etnokulturoloji sistemə malik
olmasıdır ki, bunun da əsas komponenti mədəniyyətdir...
Azərbaycan mədəniyyəti yalnız mənşəyi etibarilə deyil,
eyni zamanda, tipologiyası etibarilə ümumtürk
mədəniyyətidir. Tədqiqatlar göstərir ki, Azərbaycan türk
mədəniyyəti türk etnosla-rının Azərbaycanda məskunlaşması
prosesində təxminən min illik bir dövrdə (eramızın ilk
əsrlərindən I minilliyin sonu, II minilliyin əvvəllərinə
qədər) formalaşmışdır.
***
IX-XIII əsrlərdə Azərbaycanda çoxlu məktəblər, mədrəsələr,
kitabxanalar təsis olunur ki, bu da İslamın daha dərindən
öyrənilib mənimsənilməsi üçün idi: məhz bu dövrdə üç dildə
nəhəng mədə-niyyət yaranıb. Həmin mədəniyyətin tipologiyası
indiyə qədər aydınlaşdırılmamış qalır. Ancaq bir cəhət
məlumdur ki, Azər-baycan türkləri İslamı mürəkkəb idrak
təbəddülatları, axtarışları əsasında qəbul etmişlər.
İslam türk təfəkküründə tarixən nə var idisə, hamısını
pozub ona sahib olmamışdır, əksinə, bir sıra hallarda idrak
(və fəaliyyət) rezonansı vermişdir. Həmin rezonans, məsələn,
XI-XII əsrlərdə Azərbaycanda o qədər güclü olmuşdur ki, bir
sıra tədqiqatçılar hissə qapılaraq nəinki bu dövrü, hətta
bir neçə əsr əvvəli və sonranı da Azərbaycan mədəniyyətinin
tarixində intibah dövrü hesab etmişlər.
***
Milli mədəniyyətin təşəkkülü prosesində islam dünyagörüşü
poetik təfəkkürün əsas mənbələrindən biri olmaqda davam edir:
möhtəşəm aşıq sənəti o zaman təşəkkül tapır ki, türk ozan
mədə-niyyəti ilə İslam dünyagörüşü arasında, əlbəttə,
birincisinin üstün-lüyü şəraitində və bazasında tarixi
tipoloji bağlılıq yaransın. Aşıq sənəti isə milli Azərbaycan
mədəniyyətinin əsaslarını təşkil edir və ya belə bir
potensiala malik olur.
***
Azərbaycan ədəbi dili Zaqafqaziyada bir qayda olaraq
mütərəqqi məzmunlu mədəniyyətə xidmət etmişdir, bu isə heç
şübhəsiz, dilin müasirlik ruhu daşıması ilə bağlıdır
(milliləşmə eyni zamanda müasirləşmədir).
***
Milli mədəniyyət, milli təfəkkür və milli mövcudluq, -
bunların dialektik münasibəti milli xarakteri verir; milli
mövcudluq milli xarakterin maddi əsasıdır – bu
anlayışda xalqın tarix səhnəsinə gəlişi, coğrafi
lokallaşması, yerdəyişmələri, məskunlaşmalar... ifadə olunur;
milli təfəkkür milli xarakterin potensiyasıdır – bu
anlayışda xalqın yaradıcılıq imkanı ifadə olunur; milli
mədəniyyət isə milli xarakterin bilavasitə göstəricisidir –
bu anlayışda xalqın bütün tarixi boyu yaratdığı nə varsa
hamısı ifadə olunur.Azərbaycan milli mədəniyyəti, Azərbaycan
milli təfəkkürü və Azərbaycan milli mövcudluğu, - Azərbaycan
milli xarakteri bu anlayışların işığında aydın görünür...
***
Azərbaycan xalqı türk xalqlarından biridirsə, onun
ictimai-etnik, mədəniyyət və dil tarixi də ümumtürk
tarixinin tərkib hissəsi olmalıdır – ümumi metodoloji
qanunauyğunluqlar var, həmin qanunauyğunluqlardan nə qədər
çox uzaqlaşırıqsa, nümunəvi idrak prinsiplərindən uzaqlaşmış
oluruq. İş o yerə çatıb ki, qədim dövrdə Ön Asiyada nə qədər
xalqlar yaşamışsa, az qala hamısını öz əcdadımız hesab
edirik, – həm də bunu professional mövqedən edirik. Zərdüştü
doğma babamız sayırıq, “Avesta”nı kitabımız hesab edirik,
amma oxumuruq və orada nə yazıldığından, hansı dünyagörüş
təbliğ edildiyindən, demək olar ki, xəbərimiz yoxdur. Əgər
biz hər hansı yad mədəniyyəti bilərəkdən (yaxud
bilməyərəkdən) özümüzün hesab ediriksə, məntiqi olaraq
təfəkkürümüzdə öz həqiqi tariximizin yeri daralır:
mənəviyyatda süxurlaşan tarix statik vəziyyətdə qalmır, o
törəyir, artır, yeni keyfiyyət verir və biz inkişaf edirik –
bizim mənəviyyatımız stixiyalı olaraq ancaq öz tariximizin,
ancaq öz mədəniyyətimizin idrak prinsiplərinə dayanır.
***
M.C.Cəfərov apardığı polemikada nəticə etibarilə ona etiraz
edir ki, “dilçilərimiz birinci növbədə Azərbaycan dilinin
sabitliyi və həyatiliyi kimi mühüm bir məsələ üzərində
çalışmaqdansa, daha çox və əsasən başqa dillərdən keçən
sözlər üzərində “tədqiqat” aparmışlar. Azərbaycan dilinin
mənşəyi və inkişaf yollarını araşdırmaq əvəzinə, ikinci
dərəcəli məsələlərə uğramışlar. Elə buna görədir ki, hələ də
nə dilin mənşəyi, inkişafı, nə ədəbi-bədii dil tarixinə aid
ciddi tədqiqat əsərlərimiz var və belə getsə, uzun zaman
olmayacaqdır”....
***
Nəinki bir xalqın, hətta bir insanın da “tərcümeyi-hal”ında
kifayət qədər mürəkkəb, mübahisəli məqamların olması
mümkün-dür. Ancaq həmin “tərcümeyi-hal”ın, yaxud “tarix”in
elə kontur-ları və ya göstəriciləri vardır ki, hər kəs onu
qəbul etməyə məc-burdur. Məsələn, kiminsə Azərbaycan
xalqının məhz türk mənşəli, yəni türklərin tarixən
bölünməsindən yaranmış bir xalq olduğuna şübhə etməsi o
deməkdir ki, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Molla
Pənah Vaqifin, hətta Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və
Səməd Vurğunun da türk-azərbaycanlı olması şübhə altına
alınır...
***
Azərbaycan xalqı dünyanın o xalqlarındandır ki,
zəngin (və şərəfli!) bir tarix yaşamaqla yanaşı, bu tarixi
onun ən müxtəlif dövrlərində, mərhələlərində bütün aydınlığı
(və dərinliyi) ilə dərk eləməyə çalışmış, gələcəyə həmişə
ümidlə (və inamla!) baxmışdır. Xalq yalnız böyük
mütəfəkkirlərinin, elm və sənət xadimlərinin, dövlət
adamlarının deyil, ümumkütləvi düşüncənin səviyyəsində də
tarixə kifayət qədər həssas olmuş, öz tarixi yaddaşını milli
mənliyinin, mentalitetinin – mənəvi xarakterinin üzvi tərkib
hissəsi kimi qoruyub saxlamışdır.
Müxtəlif təzyiqlərə, müdaxilələrə ən çox məruz qalan
xalqlardan olan Azərbaycan xalqı ərazi bütövlüyünü, siyasi
birliyi-ni itirsə də, tarixi təfəkkürünün bütövlüyünü heç
zaman itirməmiş-dir. Və bu milli tarixi təfəkkürün
bütövlüyüdür ki, xalq özünün milli ideallarına həmişə sadiq
qalmış, onların elmi-nəzəri yekunu olaraq azərbaycançılıq
ideologiyasını yaradıb inkişaf etdirmişdir.
***
Azərbaycanşünaslıq nə dilçilik, nə ədəbiyyatşünaslıq,
nə mədəniyyətşünaslıq, nə də tarixşünaslıqdır. Onun
(azərbaycanşü-naslığın) işi həmin elmlərin hər birinin,
eləcə də bir sıra digər elmlərin faktlarından,
nəticələrindən, ümumi müddəalarından istifadə etməklə
Azərbaycan (və Azərbaycan xalqı!) haqqında ümumi elmi
təsəvvür yaratmaqdan, Azərbaycanın (və Azərbaycan xalqının!)
dünyadakı universal mövqeyini müəyyənləşdirməkdən ibarətdir.
Elə etnososial, etnokulturoloji əlamətləri
müəyyən-ləşdirməkdən ibarətdir ki, onların məhz Azərbaycana
(və Azərbaycan xalqına!) mənsubluğu bir kompleks olaraq
şübhə doğurmasın...
***
Azərbaycan xalqının istər təsəvvüründə (ümumən
dünyagörü-şündə), istərsə də yaradıcılıq təcrübəsində
poeziya yalnız söz sənəti və ya incəsənət deyil, həm də
(əslində, daha çox) dünyanı bütün çoxspektrli təzahürlərilə
ən kütləvi (və təbii, səmimi) dərk etmək üsulu, onun
magiyasına üstün gəlmək, nəticə etibarilə, özünü (insanı!)
təsdiq etmək metodudur. Odur ki, qədim dövrlərdən bəri
azərbaycanlı üçün şairlikdən böyük, şairlikdən nüfuzlu,
hətta şairlikdən müqəddəs məqam ya olmamış, ya da çox az
olmuşdur. Və təsadüfi deyil ki, bu ənənə son dövrə qədər
gəlib çıxmış, müasir Azərbaycan poeziyasının banisi, Xalq
şairi Səməd Vurğuna nüfuzlu bir şəxsi həddindən artıq
tərifləyəndə özündən asılı olmayaraq demişdi ki, - “bəlkə də
elədir, ancaq Şair ki, deyil”. .
***
Azərbaycan poeziyasını yaradanlar, bir tərəfdən,
dünyanı dərk etməyin mükəmməl bədii-fəlsəfi nümunələrini
verirdilərsə, digər tərəfdə, hər biri öz növbəsində
epoxasının eyni dərəcədə mü-kəmməl (və parlaq) bir Şair
obrazını yadigar qoyub gedirdilər: ...Nizami, Nəsimi, Xətai,
Füzuli, Vaqif, Zakir, Seyid Əzim, Sabir, Hadi, Cavid, Səməd
Vurğun...
***
“Koroğlu”nu Azərbaycan ictimai-estetik təfəkkür
tarixindəki mövqeyinə görə, ancaq “Kitabi-Dədə Qorqud”la
müqayisə etmək mümkündür. “Kitabi-Dədə Qorqud” Azərbaycan
xalqının, “Koroğlu” isə Azərbaycan millətinin formalaşdığı
dövrün ovqatı-nın, sosial-siyasi, etnoqrafik proseslərin hər
dövrdəki özünəməxsus təzahürüdür.
***
Azərbaycan muğamı həm ənənəvi stabil
struktur-metafizikası, həm də stilizasiya-improvizasiya
funksionallığı ilə zəngin ifa texnologiyası imkanları
nümayiş etdirməklə yanaşı, həmin tex-noloji imkanlara uyğun
olaraq, poeziyanın klassik janrları içə-risində ən populyar
olan qəzəlin ideya-estetik təsir gücündən də məharətlə
istifadə etməyin mükəmməl nümunəsini təqdim edir.
***
Muğam deyəndə, ilk növbədə, dahi Füzulinin qəzəlləri
yada düşür... Və yüz illər boyu Füzuli qəzəlləri Azərbaycan
muğamının azərbaycanca danışmasını, özü də məzmun-mündərəcə,
estetik baxımdan mükəmməl, aristokratik bir dildə
danışmasını təmin etməklə kifayətlənməmiş, eyni zamanda
münasib (və müvafiq) qəzəl seçimində muğam ustaları üçün
alternativsiz meyar olmuşdur...
***
Tarixə (tarixşünaslığa) təsir edən mühüm metodoloji
(fəlsəfi!) amillərdən biri də etnik, milli və ya məhəlli
təəssübkeşlikdir ki, dünyanın ən nüfuzlu obyektiv
tarixçiləri də bu “təhlükə”dən sığortalanmamışlar.
***
Elə xalqlar da vardır ki, tarixi təfəkkür (yaddaş!)
konyuktur-larını mifoloji sadəlövhlükdən çıxarıb elə bir
məkrli məzmun-mün-dərəcədə təqdim edirlər ki, milli mənəvi
xəstəlik səviyyəsinə düşür: bunun ən “parlaq” təzahürü
erməni tarixşünaslığıdır ki, elmi (akademik) tarixşünaslıq
uzun illərdir həmin təzahürlə mübarizə aparır.