E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 
        

Nizami Cəfərov 1959-cu 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur

1967-1977

Yenikənd orta məktəbinin sagirdi.

1977-1982

Azərbaycan Dövlət Universiteti(indiki Bakı Dövlət Universiteti) filologiya fakultəsinin tələbəsi

1982-1985

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin AzərbaycanAzərbaycan dilçiliyi ixtisası üzrə aspirantı.

1985

“Azərbaycan dilində sadə cümləsinin struktur-semantik inkişafı“ mövzusunda dissetasiya müdafiə edarak filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

1986

Azərbaycan Elmlər Akademiyası Dilçilik İnistitunun Gənc Alimlər Şurasının sədri seçilmişdir.

1987

Azərbaycan Yazıçılar Birliyinin orqanı olan “ Ədədbiyyat və incəsənət“ qəzetinin(indiki “Ədəbiyyat qəzeti“) Tənqid və ədəbiyatşünaslıq şöbəsinin müdiri seçilmişdir.

1991

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Türkologiya kafedrasının müəllimi.


“XVIII əsr Azərbaycan ədədbi dili“ mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.

1993

Türkologiya kafedrasının professoru.


Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası “ Azərbaycan dili və ədəbiyyatı“ bölməsinin üzvi kimi orta ümum-təhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının,dərsliklərinin hazırlanmsında iştirak etmişdir.


Azərbaycan Yazıçılar Birliyinə üzv qebul edilmişdir.

1994

Bakı Dövlət Universiteti filologiya fakültəsinin dekanı seçilmişdir.


Bakı Dövlət Universitetinin Elmi Xəbərləri;Humani-tar elmlər seriyası jurnalının redaktor müavini təyin olunmuşdur.

1995-1996

Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyası (AAK) filologiya elmləri üzrə Ekspert Şurasının üzvi olmuşdur.

1997

AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının üzvü olmuşdur.


Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası"Azərbaycan dili və Ədəbiyyatı"bölməsinin sədri olmuşdur


Azərbaycan Yazıçılar Birliyi Məclisinə üzv secilmişdirş


"Ədəbiyyat qəzeti" redaksiya heyətinə üzv seçilmişdir.

1998

 AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şura-sının sədri seçilmişdir;


“Azərbaycan EA Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası” jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.

1999

“Türkologiya” jurnalı redaksiya heyətinə üzv seçilmişdir;


İkinci dəfə Bakı Dövlət Universitetinin filologi-ya fakültəsinə dekan seçilmişdir;


Filologiya fakültəsində “Dədə Qorqud laborato-riyası” yaradaraq, onun müdiri olmuşdur

2000

Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyasının üzvü seçilmişdir;


Milli Məclisdə “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunun layihəsini hazırla-yan işçi qrupun rəhbəri təyin olunmuşdur;


Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür;


Azərbaycan Respublikası Milli Məclisinə üzv (millət vəkili) seçilmişdir

2000-2015  Azərbaycan Respublikası II (2000-ci il), III (2005-ci il), IV çağırış (2010-cu il) və V çağırış (2015-ci il) Milli Məclisinin deputatı olmuşdur.
2001

Azərbaycan Milli Elmlər Akademiyasının müx bir üzvü seçilmişdir;


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda Atatürk Mərkəzinin müdiri təyin olunmuşdur;


Azərbaycan Respublikası Prezidentinin sərən ca-mı ilə Dövlət Dil Komissiyasının üzvü təyin edil-miş dir;


BDU-nun Ümumi dilçilik kafedrasının müdiri seçilmişdir.

2002  Azərbaycan MEA İctimai və Humanitar elmlər bölməsinin büro üzvü seçilmişdir;

“Azərbaycan MEA Xəbərləri. İctimai və huma-ni tar elmlər seriyası” jurnalının Dilçilik üzrə redaktoru təyin edilmişdir.

 AAK-ın filologiya elmləri üzrə Ekspert Şura sı-nın sədri təyin edilmişdir;

Nizami adına Azərbaycan Ədəbiyyatı Tarixi Muzeyi Elmi Şurasının üzvü seçilmişdir.

2003
2004  Mətbuat Şurasının İdarə Heyətinə üzv seçil miş-dir;

Azərbaycan “Bilik” Maarifçilik Cəmiyyətinin qərarı ilə “Yusif Məmmədəliyev adına medal” ilə təltif edilmişdir.

2006

Respublika futuroloqlarının Azərbaycanda Ata-türk Mərkəzində keçirilən seminarda çıxış etmiş-dir;


Dünya Azərbaycanlılarının Konqresinin Qadın-lar Şurasının təşkilatçılığı ilə 31 Mart Azər bay can-lıların Soyqırımı günü münasibətilə Azər bay canda Atatürk Mərkəzində keçirilən tədbirdə çıxış etmişdir;


Maarifçi Gənclər Təşkilatının 31 Mart Azər bay-canlıların Soyqırımı günü münasibətilə Azər-baycanda Atarürk Mərkəzində keçirilən təd birdə çıxış etmişdir;


Türk Törə Ocağı tərəfindən ölkənin siyasi həya-tın dakı səmərəli fəaliyyətinə görə “Alp” rütbəsi və rəmzi qılınc ilə təltif edilmişdir;


Şimali Kipr Türk Respublikasının prob lem lə ri nə həsr olunmuş tədbirlərdə iştirak etmişdir (Bişkek şəh., Qırğızıstan);


Türk Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 88 illiyinə həsr olunmuş Azərbaycanda Atatürk Mərkəzində keçirilmiş mərasimdə çıxış etmişdir;


“Mustafa Kamal Atatürk, Heydər Əliyev – Nax çı van: həyat və inkişaf modeli” mövzusunda iki gün lük beynəlxalq simpoziumda “Azərbaycan Ata türkşünaslığı və ya Heydər Əliyev Atatürk haq qında” mövzusunda məruzə etmişdir (Nax çı-van şəh.);


“Dialoq Avrasiya” Platformu” təşkilatının Azər -baycanda Atatürk Mərkəzində keçirilən foru mu açmış və çıxış etmişdir;


“Dialoq Avrasiya” Platformu” təşkilatının VII ümu mi iclasında təşkilatın Azərbaycan şöbəsinin rəh bəri kimi çıxış etmişdir (Antalya şəh., Tür ki-yə).


Azərbaycanda Atatürk Mərkəzində dil dərs lik lə -rinə həsr olunmuş tədbiri açmış və çıxış etmişdir;


“Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” və “Beynəlxalq Əqli Mülkiyyət Günü” mü na sibətilə Azərbaycanda Atatürk Mərkəzində keçirilmiş tədbiri açmış və çıxış etmişdir;


“Nəşriyyat işində əqli mülkiyyətin qorunması” mövzusunda dəyirmi masanı açmış və çıxış etmişdir.

2007

BMT-nin Azərbaycandakı nümayəndəliyinin İc-timai İnformasiya Departamenti və YUNESKO-nun birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü münasibətilə Azərbaycanda Atatürk Mər-kəzində keçirilmiş tədbirdə çıxış etmişdir;


“Elektron imkanlar: Azərbaycan dili və türk dil-lərinin inteqrasiya problemləri” adlı Azərbaycan-da Atatürk Mərkəzində keçirilən tədbirdə giriş sözü söyləmişdir;


Dünya Azərbaycanlıları Konqresinin “Qondar-ma erməni soyqırımı və onun yalançı mahiyyəti” mövzusunda Azərbaycanda Atatürk Mərkəzində keçirilmiş konfransda çıxış etmişdir;


“Avrasiya Dialoqu” Platformu” təşkilatı tərəfin-dən “Xalqların bir-birinə yaxınlaşmasında təhsilin və medianın rolu” mövzusunda keçirilmiş toplan-tıda təşkilatın Azərbaycan Komitəsinin sədri kimi nümayəndə heyətini təmsil etmişdir (Kiyev şəh., Ukrayna);


Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin “Dəyişən beynəlxalq sistemdə regional birliyi və təhlükəsizlik” mövzusunda Azərbaycanda Ata-türk Mərkəzində keçirilmiş konfransda iştirak etmişdir;


“İCANAS-38” Beynəlxalq Asiya və Şimali Afrika araşdırmaları konqresində məruzə ilə çıxış etmişdir (Ankara şəh., Türkiyə);


Bişkek Universiteti, Qırğızıstan-Türkiyə Manas Universiteti, TİKA və Qırğızıstan Respublikası Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun iş-birliyi ilə həyata keçirilən “I Uluslararası Böyük Türk Dili Qurultayı”nda “Genel olarak Türkiye türkçesi” mövzusunda məruzə ilə çıxış etmişdir (Bişkek şəh., Qırğızıstan);


“Dörd ayrı yöndən Atatürk” mövzusunda Azər-baycanda Atatürk Mərkəzində keçirilmiş kon-fransda çıxış etmişdir;


Cəlaləddin Rumi Günləri çərçivəsində “Çağdaş-ımız Mövlanə” adlı Azərbaycanda Atatürk Mər-kəzində keçirilmiş simpoziumda çıxış etmişdir;


VI Atatürk konqresində çıxış etmişdir (Ankara şəh., Türkiyə);


Qərbi Azərbaycandan soydaşlarımızın deporta-siyası ilə bağlı Azərbaycanda Atatürk Mərkəzində keçirilmiş konfransda çıxış etmişdir;


Balkan türkoloji araşdırmaları mərkəzinin təşkil etdiyi IV Beynəlxalq Cənub-Şərqi Avropa türko-logiyası simpoziumunda iştirak etmişdir (Zaqrev şəh., Xorvatiya).

2008

Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Əlaqələndirmə Şurasının iclasında iştirak etmişdir (Berlin şəh., Almaniya);


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Türkiyəyə səfərində müşayiət edən nüma-yəndə heyətinin tərkibində dost ölkədə səfərdə olmuşdur.

2010

“Dialoq Avrasiya” Platformasının VIII iclasında iştirak etmişdir (Antalya şəh., Türkiyə);


Qırğızıstan Respublikasında səfərdə olmuşdur;


Milli Məclisə 2-ci dəfə deputat seçilmişdir;


Mədəniyyət Məsələləri üzrə Komissiyanın sədri vəzifəsinə təyin edilmişdir.

2017

Azərbaycan MEA-nın həqiqi üzvü seçilmişdir.


“Heroqlif” nəşriyyatında Vaqif İsaqoğlunun Nizami Cəfərov haqqında yazdığı “Nizami ucalığı” lirik poeması nəşr olunmuşdur.

2018

“Gənclik” nəşriyyatında Yusif Nəğməkarın Nizami Cəfərov haqqında yazdığı “Nizami demiş...” poeması çapdan çıxmışdır.

2019

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 20 sentyabr tarixli Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir;


Azərbaycan Milli Kitabxanasında “Azərbayca-nın görkəmli şəxsiyyətləri” seriyasından “Nizami Cəfərov. Biblioqrafiya” kitabı tərtib edilərək nəşr olunmuşdur.


Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Akademik Nizami Cəfərov” mövzusunda Elektron Məlumat Bazası hazırlanaraq Kitabxananın saytında yerləşdirilmişdir.

 

<< Geri