E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

CAVAD HEYƏT XATİRƏLƏRDƏ


  "Siz öz fəaliyyətinizlə İran İslam Respublikası arasında əməkdaşlığın genişlənməsinə çalışırsınız. Müəyyən tarixi dövr istisna edilməklə ölkələrimiz həmişə bir yerdə olmuşdur. Əminəm ki, keçmişdə yol verilən səhvlər tezliklə aradan qaldırılacaq, iki qonşu dövlət arasında mehriban dostluq və qarşılıqlı əməkdaşlıq davam edəcəkdir".

***

  "Mən Doktor Cavad Heyəti xeyli müddətdir ki, tanıyıram, onun yazdıqlarını oxumuşam, özüylə də görüşmüşəm. Doktor Cavad nə vaxt Bakıya gəlsə, onu mənim yanıma gətirin ki, onunla yaxından tanış olum, öz təşəkkürümü ona üzbəüz bildirim".

***

  "Doktor Cavad bəy bizim dostumuzdur. Yüksək dərəcəli məşhur cərrah olmaqla yanaşı, mədəniyyət alimidir və özü də azərbaycanlıdır, bizə də çox bağlı insandır".

 

Heydər Əliyev,

Azərbaycan Respublikasının ümummilli lideri


    "Doktor Cavad Heyət təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi tanınırdı. Onun kitabları tibb sahəsində yazılmış dəyərli vəsait kimi mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilmişdir. Bir sıra beynəlxalq elmi forumlar və toplantılarda öz təcrübəsinə əsaslanaraq dərin məzmunlu məruzələrlə çıxış etmiş alimin 100-dən artıq məqaləsi müxtəlif tibb jurnallarında işıq üzü görmüşdür. Cavad Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların yeni nəslinin formalaşdırılması ilə məşğul olmuşdur. 

    Cavad Heyət eyni zamanda, Azərbaycanın elmi və mədəni nailiyyətlərinin geniş tanıdılması, eləcə də ədəbi əlaqələrin möhkəmləndirilməsi işinə layiqli töhfələr vermişdir.Görkəmli cərrah, tanınmış ədəbiyyatşünas və səmimi insan Cavad Heyətin işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır".

 

İlham Əliyev,

 Azərbaycan Respublikasının prezidenti


   Cavad Heyət həkimlikdən qazandığı sərvətini millətinin mənəvi yüksəlişinə sərf edən mənəviyyat fədaisidir. O, həkim kimi adamların vücudunu, naşir, ədəbiyyatçı və tarixçi alim kimi isə vətəndaşların mənəviyyatını müalicə edir. Mən mənsub olduğum xalqa bundan böyük xidmət tanımır, güneyli fikir və əqidə qardaşımın o şəraitdə elədiklərinin böyüklüyü qarşısında səcdə edirəm.

 

Bəxtiyar Vahabzadə,

Xalq şairi


   Bəli, doktor Cavad Heyət milli mədəniyyətimizlə ədəbiyyatımızla, milli mənəviyyatımızla bağlı fəaliyyət göstərir, amma onun şəxsiyyətinin, istedadının, zəlımətkeşliyinin miqyası yalnız hu şərəfli fəaliyyətlə tükənmir, o. bir mütəxəssis, bir həkim kimi, ümumiyyətlə, insanlığa xidmət edir.

Elçin,

Xalq yazıçısı


  Cavad Heyət öz vətəndaşlıq fəaliyyətini xalqına fiziki xidmətdən, ona cismən yardım göstərməkdən başladı - həkim oldu, cərrah, ürək həkimi. Bütün mənəvi bəlalara ürək dözməlidir. O. həmvətənlərinə sağlam ürək vermək istədi və çox bacı-qardaşlarının ürəyini yaralardan xilas etdi. Soma mənəvi dərdlərin, psixoloji ağrıların müalicəsinə girişdi: Xalqının mənəvi ağrılarını daşıyan ədəbiyyatı təhlil etdi, onu yaşadan, varlığını təsdiqləyən, qədimliyini car çəkən ana dilini təqdim etməyi və öyrətməyi amal götürdü.

 

Tofiq Hacıyev,

 Filologiya elmləri doktoru, professor


    O, alim olmaqla yanaşı, millətinin, dövlətinin və ölkəsinin qayğısını çəkən, taleyini xalqının taleyi ilə uzlaşdıran, dilini, tarixini, mədəniyyətini qəlbən sevən, milli mənafeyi hər zaman uca tutan vətənpərvər Azərbaycan ziayalısı kimi də həmvətənlərinin, soydaşlarının qəlbində özünə əbədi heykəl ucaltmış bir İNSANdır".

 

Misir Mərdanov,

Fizika- riyaziyyat elmləri doktoru, professor


    Böyük azərbaycanlı Cavad Heyət uzun və sağlam bir ömür yaşadı. “Sağlam” sözünün həm “səhhət” mənasında, həm də qismətinə yazılmış ömür payı boyunca görülmüş işlərin faydalılığı, dürüstlüyü, insanlıq, millət, Vətən üçün gərəkliliyi anlamında. O xatirələri ki ömrünün axırıncı bir neçə ilində doktor Cavad Heyət yazıya köçürüb, əlbəttə, onun deyə, yaza, bizə çatdıra biləcəklərinin cüzi bir hissəsidir. Bütünlüyü və bütövlüyü ilə yaddaşında qalan ömür anlarının hamısını yazılaşdıra bilsəydi, həmin xatirələr sıra-sıra cildlərə sığmazdı.  

 

Rafael Hüseynov,

Akademik


   Elm və mədəniyyət sahələrində iri miqyaslı xidmətləri ilə məşhur olan Cavad Heyət həm də görkəmli ictimai xadim kimi tanınır. O, İranın, Türkiyənin və Azərbaycanın dövlət və hökumət rəhbərləri tərəfindən qəbul olunmuş, ölkələrarası elmi-mədəni əlaqələrin inkişafı ilə bağlı məsləhətləşmələrdə yaxından iştirak etmişdir. Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında hər cür fədakarlıq göstərir.

 

Məhərrəm Qasımlı,

Ədəbiyyatşünas


   Cavad Heyət ömrün, taleyin seçdiklərindəndir, Tanrının seçilmiş bəndələrindəndir. Belə olmasaydı, o, bir neçə sahədə paralel olaraq böyük uğurlar qazanmaz, şöhrət tapmazdı. Cavad Heyət elə bir ömür yaşayıb ki, o ömrün salnaməsini yaratmaq həm asandır, həm çətindir, həm də çox məsuliyyətlidir. Bu ömür elə bir ömürdür ki, onda alim və ədib qələmi birləşib, yüksək mənəvi amallar uğrunda mübarizə aparıb. Bu ömür insanların, xalqların birliyinə xidmətdə keçib. Bu ömür yalnız bir xalqa, bir millətə məxsus olmayıb, bəşəriyyətə xasdır. Bu ömür öz dahi sələflərinin ənənəsini ləyaqətlə davam etdirməyə sərf olunub.

 

Nizami Xudıyev,

Filologiya elmləri doktoru, professor


   Canında, qanında daşıdığı azadlıq, milli düşüncə bütün şüurlu həyatını əhatə edirdi Cavad Heyətin. İstanbul və Paris universitetlərində tibb təhsili almışdı, ölkəsinin və dünyanın tanınmış cərrahlarından biri idi, İranda ilk dəfə ürək əməliyyatını (koronar şuntlama) aparmışdı, amma bütün bunlardan əlavə millətinin folklorunu, ədəbiyyatını, mədəniyyətini təmsil edirdi.

 

Sabir Rüstəmxanlı,

Xalq şairi


   Doktor Cavad Heyətin milli vətəndaşlıq fəaliyyətində, fərdi «məna» şəxsiyyətində yalnız xalqın, millətin yaxın və uzaq keçmişinin adət-ənənəsi yaşamır, həm də soyadını, imzasını daşıdığı nəslin, şəcərənin nəcib mənəvi ənənəsi yaşayır. «Heyət» soyadı hər iki tayın son bir əsrlik səlnaməsində həm də «vəhdət» rəmzini və əlamətini ifadə eləmişdir.

 

Yaşar Qarayev,
Filologiya elmləri doktoru, professor


   Cavad Heyət dahidir. O, İbn Sina, Xəyyam, Birimi, Mikclancclo, Corc Küvyc kimi hərtərəfli biliyi ilə insan zəkasını heyran edən bir dahidir. Dahilər haqqında yazmaq çox çətin olduğu üçün Cavad Heyət haqqında da kim nə yazırsa yazsın, onun insanlığının bütün məziyyətlərini və elmi yaradıcılığımın bütün şaxələrini əhatə edə bilməyəcək.

                                                       

Vaqif Aslanov,

Filologiya elmləri doktoru, professor


<< Geri