|
1925 |
Mayın 24-də Təbriz şəhərində anadan olub. |
|
1946 |
Türkiyə İstanbul Universitetinin tibb fakültəsini bitirib. |
|
1946-1949 |
İstanbul Universitetində cərrahlıq klinikasında çalışıb |
|
1952 |
Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana
qayıdıb |
|
1953 |
Tehranda Hidayət və Ədliyyə xəstəxanalarında
cərrahlıq klinikaları quraraq onlara rəhbərlik edib. |
|
1954 |
Qapalı ürək əməliyyatı
edib. |
|
1956 |
İranda ilk dəfə aort qapağı darlığı əməliyyatı
edib. |
|
1957 |
"Tromboflebitin
müalicəsi" kitabi nəşr olunur. |
|
1962 |
İranda ilk dəfə açıq ürək
cərrahiyyəsini həyata keçirib. |
|
1964-1976 |
“Daneşe pezeşki” (“Tibbi bilik”) jurnalını nəşr
etdirir. |
|
1965 |
İki cildlik "Ümumi
cərrahlıq" kitabı dərc olunur. |
|
1969 |
Tehranda ilk dəfə böyrək köçürmə əməliyyatları aparır. |
|
1979 |
Aprelindən“Varlıq” jurnalını nəşr etdirir. |
|
1980 |
Tehranda “Azərbaycan ədəbiyyatı tarixinə bir baxış”
kitabının I cildini çap etdirir. |
|
1982, 1987 |
Azərbaycanın görkəmli tibb professoru Nurəddin
Rzayevin dəvəti ilə Bakıya gəlməyə nail olmuşdur. |
|
1983 |
Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilib. |
|
1984 |
"Mukayesetü`l-Lugateyn"
adlı kitabı Tehranda dərc olunur. |
|
1987 |
Tehranda "Türklərin tarix
və mədəniyyətinə bir baxış" və Türk dili və adlı kitabı işıq
üzü görür |
|
1988 |
"Azərbaycan şifahi xalq
ədəbiyyatı" adlı kitabı nəşr olunur. |
|
1990 |
Tehranda “Azərbaycan ədəbiyyatı tarixinə bir baxış”
kitabının II cildini çap etdirir. |
|
1993 |
-
Türkiyənin sabiq prezidenti cənab Süleyman Dəmirələ
açıq məktub yazır.
-
Bakıda “Azərbaycan ədəbiyyatı tarixinə bir baxış”
kitabını çap etdirir.
-
Bakıda "Türklərin tarix və
mədəniyyətinə bir baxış" və Türk dili və adlı kitabı
işıq üzü görür
|
|
1994 |
Ulu Öndər Heydr Əliyevin qəbulunda olmuşdur. |
|
1996 |
Tehranda "Ədəbiyyatşünaslıq"
adlı kitabı nəşr olunur. |
|
1997 |
Bakıda "Ədəbiyyatşünaslıq" adlı
kitabı nəşr olunur. |
|
1998 |
Bakıda “Azərbaycan ədəbiyyatı tarixinə bir baxış”
kitabını çap etdirir. |
|
2005 |
İyunun 27- də Prezident İlham Əliyevin qəbulunda
olmuşdur. |
|
2014 |
İyul ayının əvvəlindən Mərkəzi Gömrük Hospitalının
reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Avqustun 12-də səhər saatlarında Bakı
şəhərində dünyasını dəyişib. Avqustun 15-də İkinci Fəxri Xiyabanda
torpağa tapşırılıb. |
|
|