E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 
 

 

"Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər - Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hiiquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı" .

Ümummilli lider Heydər Əliyev

Azərbaycan.-2000.- 30 dekabr.-s. 2


Azərbaycanın İstiqlal Bəyannaməsi — 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillyini rəsmən elan edən sənəd.

İstiqlal bəyannaməsi bütün türk-müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi.

1918-ci ilin 28 mayında Tiflisdə Qafqaz Canişin sarayının ikinci mərtəbəsindəki böyük salonda keçirilən ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilib və Azərbaycanın 6 bənddən ibarət “Milli İstiqlal Bəyannaməsi” imzalandı.

Azərbaycan Milli Şurasının İstiqlal bəyannaməsində deyilirdi:

  1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət hüququna malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

  2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

  3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

  4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan biitiin vətəndaşlarına siyasi hiiquqlar və vətəndaşlıq hüququ təmin edir.

  5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

  6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şııra qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin tərkibini də təsdiq etdi. İlk Müvəqqəti hökumət bu tərkibdə idi:

Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri;

Xosrov Paşa bəy Sultanov - Hərbi nazir;

Məmməd Həsən Hacınski - Xarici işlər naziri;

Nəsib bəy Yusifbəyli - Maliyyə və xalq maarifi naziri;

Xəlil bəy Xasməmmədov - Ədliyyə naziri;

Məmməd Yusif Cəfərov - Ticarət və sənayə naziri;

Əkbər ağa Şeyxülislamov - Əkinçilik və əmək naziri;

Xudadat bəy Məlik-Aslanov - Yollar və poçt-teleqraf naziri;

Camo bəy Hacınski - Dövlət nəzarəti naziri.

Qeyd: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə tariximiz üçün çox vacib olan bu sənədin Azərbaycan və fransız dillərində orijinal nüsxələri əldə edilmiş, Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır.


<< Geri