Azərbaycan Cümhuriyyətinin digər rəmzlərinin, o cümlədən dövlət möhürünün, orden və medallarının hazırlanmasınada xüsusi fikir verilmişdir. 1920 il yanvarın 30-da
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri üzrə daha əhatəli müsabiqə keçirmək qərara
alındı.
Orden və medalların hazırlanmasında ilk peşəkar heykəltəraş Zeynal
Əlizadənin layihəsinə əsasən buraxılmış döş və xatirə medallarında Parlament binası,
bayraqlar, aypara, səkkizguşəli ulduz, günəşin doğması, gül çələngləri həkk
olunmuşdu. Ən yaxşı layihə Hökumət mükafatı üçün nəzərdə tutulmuşdu. Lakin
1920 il aprelin 27-də Azərbaycanın Sovet Rusiyası tərəfindən işğal olunması
nəticəsində milli dövlətçiliyin süqutu bu tədbirlərin başa çatdırılmasına
imkan vermədi.