E L E K T R O N M Ə L U M A T B A Z A S I

 
 


Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaradılmışdır. Azərbaycanın mütərəqqi nümayəndələri bu respublikanı yaratmışlar. Bu, tarixi hadisə idi. Müsəlman aləmində ilk respublikanın yaradılması böyük hadisə idi və ondan sonra digər müsəlman ölkələrində respublika quruluşu yaradılmışdır. Ancaq ilk təcrübə məhz Azərbaycan xalqının istedadı, zəhməti, uzaqgörənliyi hesabına mümkün olmuşdur. Əfsuslar ki, respublikanın ömrü uzun olmamışdır. Azərbaycan cəmi iki il müstəqil ölkə kimi yaşamışdır. Ancaq bu illər ərzində böyük işlər görülmüşdür. Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə böyük hörmətlə yanaşır və onların əziz xatirəsi həmişə bizim ürəyimizdədir. O illərdə demokratik təsisatlar qurulmuş, ordu quruculuğu sahəsində böyük işlər görülmüş, qadınlara səsvermə hüququ verilmişdir. Bir sözlə Azərbaycanın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır.

***

Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mərəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdar. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqınızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu.

***

Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəyovun və Əhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir. . . Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk xalq cümhuriyyətinin varisidir.

***

1991-ci ildə dövlət istiqlaliyyətini bərpa edən xalqımız qısa müddət fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin zəngin ənənələrindən istifadə edərək, bu tarixi irsin əsasında müstəqil Azərbaycan dövlətini yaratmışdır.

Heydər Əliyev,
|Azərbaycan xalqının ümummilli lider


Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tariximizdə çox əlamətdar və önəmli hadisə idi. İlk dəfə müsəlman aləmində demokratik respublika yaranırdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmiz dünya birliyinə üzv olurdu. Bu çox əlamətdar hadisə idi.

***

Xalqımız müstəqil dövlətini öz varlığında, ruhunda yaşatdı. Azadlıq mübarizəsini dayandırmadı. Əsrin əvvəllərində itirdiyimiz müstəqilliyimiz əsrin sonunda – 1991-ci ildə yenidən bərpa olundu. Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını özünə qaytardı, müstəqillik arzularının gerçəkləşməsinə və möhkəmlənməsinə zəmin yaratdı. İstiqlal Bəyannaməsinin elan edildiyi 28 may ölkəmizdə Respublika Günü kimi qeyd olunur.

***

Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti


 28 May 1918-ci il – Milli Azərbaycan hərəkatının ən böyük günüdür. Bundan 34 il əvvəl Milli Şura tərəfindən Azərbaycanın istilalı elan olunmuşdu; bu tarixdə Türk və Müsəlman aləmində ilk dəfə milli xalq hakimiyyətinə dayanan bir Cümhuriyyət qurulmuşdur.

Yüz il öncə, ayrı-ayrı 9 xanlıq halında çarlığın hakimiyyəti altına düşən Azərbaycan Birinci Dünya hərbi nəticəsində çökən Rusiya imperatorluğunun qalıqları altından siyasi bir bütün, bir millət, bir dövlət olaraq qalxdı.

***

. . . milli azadlığın nə olduğunu başa saldıq. Azca da olsa, milli istiqlal dadızdırdıq. Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı. Bir kərə yüksələn bayraq bir daha enməz!.

***

Azadlıq və istiqlaliyyət əsas süngüləri ilə yox, ədəbiyyat və incəsənət vasitəsi ilə əldə olunur.

***

Milli istiqlala malik olmayan bir millət. hürriyyət və mədəniyyətini də hifz edə bilməz. İnsanlara hürriyyət, millətlərə istiqlal!”.

***

“Bəli. Artıq Azərbaycan ideyası barədə firqələrimiz arasında fikir ixtilafı yoxdur. Azərbaycan fikri millətin şüurunda yerləşdirilmişdir. Üçrəngli əziz bayrağımız hamımızı siyasətcə birləşdirir. Azərbaycanın istiqlalını müdafiə etmək hamımız üçün ortaq bir proqramdır. Ona görə firqələr Azərbaycan ideyasını propaqanda etməklə deyil, mövcud faktın siyasətən, hüquqən və xaricən müdafiəsi ilə məşğul olmalıdırlar.

***

Milli Azərbaycan bayrağı – işdə bizim çöhrəmiz!

***

“Azərbaycançılıq demək, istiqlalçılıq deməkdir. Bir istiqlalçılıq ki. Tarixin ən böyük müəssisəsi olan milliyyətin dövlət olmaq üzrə müzəffər yürüşü deməkdir.

Azərbaycançılıq demək, böyük türk irqinə mənsub bir millətin istiqlalını qazanmaq üzrə başlanmış şanlı bir mücadilədir.

Azərbaycançılıq eyni zamanda bir hürriyyət və mədəniyyət hərəkatıdır ki, onun ən bariz sifəti xalqçılıq və milli hakimiyyət əsasına bağlılıqdır.

Məhəmməd Əmin Rəsulzadə,
Azərbaycan Xalq Cümhuriyyətinin
görkəmli xadimi


Ölkəmizin dövlətçilik tarixində müstəsna yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) tarixinin və fəaliyyətinin öyrənilməsi həm elmi, həm də siyasi baxımdan çox zəruridir. Xüsusilə, həmin illərdə ölkəmizdə baş verən ictimai-siyasi hadisələrə, Azərbaycan dövlətinin daxili və xarici siyasətinə dair o zamankı diplomatik nümayəndəliklərin sənədlərində əks olunan materialların araşdırılıb üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan 1918-1920-ci illərdə Bakıda rəsmən fəaliyyət göstərən səfirlik və konsulluqların, ölkəmizə səfər etmiş xarici ölkə nümayəndəliklərinin yazışmaları, onların öz dövlətləri üçün göndərdikləri arayış və hesabatlar bu gün qiymətli tarixi mənbədir.

Ramiz Mehdiyev,
Akademik


Xalqımız müstəqil dövlətini öz varlığında, ruhunda yaşatdı. Azadlıq mübarizəsini dayandırmadı. Əsrin əvvəllərində itirdiyimiz müstəqilliyimiz əsrin sonunda – 1991-ci ildə yenidən bərpa olundu. Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını özünə qaytardı, müstəqillik arzularının gerçəkləşməsinə və möhkəmlənməsinə zəmin yaratdı. İstiqlal Bəyannaməsinin elan edildiyi 28 may ölkəmizdə Respublika Günü kimi qeyd olunur.

***

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. AXC XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yaranıb. Cümhuriyyət irqi, milli, dini və sinfi bərabərsizliyi aradan qaldıraraq bütün vətəndaşların hüquq bərabərliyini təmin edib. Müasir Azərbaycan Respublikası AXC-nin varisidir. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edərək Cümhuriyyətin bayrağını, gerbini və himnini qəbul edib. Y. Mahmudov deyib: “Tarix İnstitutunda AXC-nin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ikicildlik ensiklopediya nəşr edilib. Ulu öndər Heydər Əliyevin vəsiyyətinə əsasən nəşr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” Cümhuriyyət tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir.

***

AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqın tarixində ən şanlı səhifələrdən biridir: "Dünyada yeni demokratik respublikaların yarandığı dövrdə Xalq Cümhuriyyəti parçalanmış Azərbaycan torpağında xalqımızı ayağa qaldıraraq dünyanın ən demokratik dövlətini yaratdı. Bu gün dünyaya cəsarətlə söyləyə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyəti zaman üçün təkcə Şərqdə demokratik parlamentli respublika olaraq qalmayıb, eyni zamanda dünya tarixində ən demokratik respublika idi. Azərbaycanın şimal torpaqlarına Azərbaycan adının dövlət səviyyəsində verilməsi Cümhuriyyətlə bağlı idi".

Yaqub Mahmudov,
Akademik


Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95 illiyi ilə əlaqədar olaraq dünən AMEA Naxçıvan Bölməsində “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi konfrans keçirilmişdir. Konfransı AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirmişdir ki, 1918-ci ilin 28 mayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti çox çətin bir şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, bu dövrdə Azərbaycan dövlətçiliyi üçün vacib olan bir sıra məsələlər həll edilmiş, siyasi və sosial sahədə bir çox islahatlar həyata keçirilmişdir. Akademik qeyd etmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü ildə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu daim çıxışlarında qeyd etmiş və xalq cümhuriyyəti dövrü tarixinin araşdırılmasına ciddi diqqət yetirmişdir.

İsmayıl Hacıyev,
Akademik


M. Ə. Rəsulzadənin yaradıcılığının baş mövzusu Azərbaycandır. Yəni o, məqalə və kitablarının başlığına çıxarıb-çıxarmamasından asılı olmayaraq, bütün əsərlərində Azərbaycanın tarixini, dilini, ədəbiyyatını, ədəbi-mədəni əlaqələrini, xalqımızın mənəvi gücünü, azadlıq eşqini, istiqlaliyyət əzmini tədqiq etmişdir.

Bəkir Nəbiyev,
Akademik


Cümhuriyyətin bütün müsəlman Şərqində, türk aləmində ilk dəfə məhz Azərbaycan xalqı tərəfindən yaradılması artıq dünya miqyaslı hadisə sayıla bilər. Bu cahanşümul hadisənin də hər il ümumxalq bayramı səviyyəsində keçirilməsinin tarixi əhəmiyyəti şəksizdir.

Firdovsiyyə Əhmədova,
Tarix üzrə fəlsəfə doktoru


<< Geri