E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 
 

1917-ci il

27 fevral       

Rusiyada Federal burjua-demokratik inqilabı baş vermişdir.

3 mart           

Bakı şəhəri  İctimai təşkilatları İcraiyyə komitəsi təşkil edilmişdir.

6 mart           

Əsgər, fəhlə və zabit deputatları Soveti təşkil edilmişdir.

9 mart           

Müvəqqəti hökumət tərəfindən Qafqaz canişinliyi ləğv edilib və Xüsusi Zaqafqaziya Komitəsi təşkil edilmişdir.

27 mart         

Müsəlman İctimai Təşkilatları Şurası və onun müvəqqəti komitəsi təşkil edilmişdir.

15-20 aprel   

Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirilmişdir.

11-17 may    

Moskvada I Ümumrusiya müsəlman qurultayı keçirilmişdir.

İyun “Müsavat” partiyası və “Türk-Ədəmi Mərkəziyyət” partiyası “Türk-Ədəmi Mərkəziyyət Müsavat” adı altında birləşmişdir.
Sentyabr İntihad- Rusiyada müsəlmanlıq” partiyası təşkil edilmişdir.
22 oktyabr   

Bakı fəhlə və hərbi deputatları Sovetinə seçkilər keçirilmişdir.

25-29 oktyabr 

“Müsavat” partiyasının I qurultayı keçirilmişdir.

25 oktyabr   

Petroqradda bolşevik çevrilişi baş vermişdir.

27 oktyabr   

Bakı fəhlə və hərbi deputatları Sovetinin iclası keçirilmişdir.

31 oktyabr    Bakı fəhlə və hərbi deputatları Soveti yeganə inqilabi və qanunverici orqan elan edilmişdir.
2 noyabr       Bolşeviklər tərəfindən Bakı Soveti İcraiyyə Komitəsi rəhbərliyi ələ keçirilmişdir.
15 noyabr    

Zaqafqaziya Komissarlığı təşkil edilmişdir.

22 noyabr    Bakı şəhəri ictimai təşkilatları İcraiyyə Komitəsi ləğv edilmişdir.
26 noyabr    Azərbaycanda və bütün Cənubi Qafqazda Müəssisələr məclisinə seçkilər keçirilmişdir.
5 dekabr      Osmanlı ordusu Qafqaz cəbhəsi komandanlığı və    Zaqafqaziya Komissarlığı arasında Ərzincan barışığının imzalanması
12-13 dekabr   Bakı fəhlə və hərbi deputatları  Sovetinə seçkilər keçirilmişdir.
18 dekabr     V. İ. Lenin tərəfindən S. Şaumyan Qafqazın   Fövqəladə komissarı təyin edilmişdir.

1918-ci il

7-9 yanvar  Rusiya Ordusunun əsgərləri və Cənubi Qafqaz    hərbi hissələri arasında Şamxor və Dəllər   stansiyalarında toqquşma baş vermişdir.
23fevral Zaqafqaziya Seyminin açılmışdır, Gegeçkorinin başçığı ilə Zaqafqaziya hökuməti təşkil edilmişdir.
7 mart 

Zaqafqaziya Seymi tərəfindən aqrar qanunun qəbul edilmişdir.

14-20mart

Zaqafqaziya Seymiilə Türki arasında Trabzon konfransı keçirilmişdir.

Mart-aprel
may

Bolşevik-daşnak qüvvələri tərəfindən Azərbaycanlıların Soyqırımı olmuşdur.

13 aprel        Zaqafqaziya seymi tərəfindən Türkiyəyə müharibə elan olunmuşdur.
20 aprel        Knyaz Maqalovun komandanlığı altında Cənubi Qafqaz qoşunları Kürdəmirə geri çəkilmişdir.
22aprel Zaqafqaziya Seymi tərəfindən Zaqafqaziyanın müstəqilliyi elan edilmişdir.
25aprel Bakı Soveti Xalq Komissarları Şurası təşkil edilmişdir
26 aprel Zaqafqaziya Seymi tərəfindən Çxengelinin başçılığı ilə yeni Zaqafqaziya hökuməti təsdiq edilmişdir
30 aprel Bakı şəhər Duması İnqilabi Müdafiə Komitəsi tərəfindən ləğv edilmişdir.
1 may Quba Bakı Soveti Qoşunları tərəfindən tutulmuşdur.
11 may -4 iyun Batum Sülh Konfransı keçirilmişdir.
 
26 may Zaqafqaziya Seyminin son iclası keçirilmişdir.
 
27 may Azərbaycan Milli Şurasının təşkil edilmişdir.
 
Azərbaycanın Müstəqillik aktının qəbul edilmişdir.
28 may Azərbaycan Xalq Cümhuriyyətinin elan edilmişdir.
Azərbaycanın istiqlaliyyəti haqqında Aktı (Əqdnamə) qəbul edilmişdir.
28 may- 17 iyun F. Xoyskinin başçılığı altında I Hökumət Kabineti fəaliyyət göstərmişdir.
4 iyun  Azərbaycan və Osmanlı hökumətləri arasında Sülh və Dostluq müqaviləsinin imzalanmışdır.
5 iyun Türk ordusu Yelizavetpola daxil olmuşdur.
16 iyun Azərbaycan Cümhuriyyəti Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçmüşdür.
17 iyun Milli Şura buraxılmışdır.
8 iyun-7 dekabr F. Xoyskinin başçılığı altında II Hökumət Kabineti fəaliyyət göstərmişdir.
23 iyun Azərbaycanda hərbi vəziyyətin elan edilmişdir.
26 iyun Müsəlman korpusunun Azərbaycan korpusuna çevrilməsi haqqında Azərbaycan hökuməti qərar qəbul etmişdir.
Azərbaycan Milli Ordusu yaradılmışdır.
Zaqatala Quberniyası yaradılmışdır.
27 iyun

 

Qafqaz İslam Ordusu Göyçay yaxınlığında Bakı Sovet qoşunları üzərində qələbə çalmışdır.
Azərbaycan (türk) dili Azərbaycan Cümhuriyyətinin Dövlət Dili elan edilmişdir.
30 iyun       

Yelizavetpol şəhərinə yenidən Gəncə adı verilmişdir.

10 iyul Qafqaz İslam Ordusu tərəfindən Kürdəmir və Şamaxı azad etmişdir.
11 iyul Azərbaycan hökuməti ümumi səfərbərlik haqqında qərar qəbul etmişdir.
25 iyul Bakı Soveti tərəfindən ingilislərin Bakıya dəvət edilməsi haqqında qərar qəbul edilmişdir.
31 iyul Bakı Xalq Komissarları Şurası süqut etmişdir.
1 avqust Sentrokaspi Diktaturası və Fəhlə Əsgər Deputatları Sovetinin Müvəqqəti İcraiyyə Komitəsinin birgə hökuməti təşkil edilmişdir.
4 avqust İlk ingilis qoşun dəstəsi Bakıya gəlmişdir.
28 avqust Azərbaycan dilinin tədris edilməsi haqqında Nazirlər Şurası qərar qəbul etmişdir.
4 sentyabr İngilis qoşunları Bakını tərk etmişlər.
9 sentyabr Azərbaycan Respublikasının üç rəngli Dövlət bayrağı haqqında qanun qəbul edilmişdir
15 sentyabr Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhəri azad edilmişdir
17 sentyabr Azərbaycan hökuməti Bakıda fəaliyyətə başlamışdir.
5 oktyabr Azərbaycan hökuməti neft sənayesinin dövlətsizləşdirilməsi haqqında qərar qəbul etmişdir.
18 oktyabr Bakı şəhərində “Türk Ocağı” Cəmiyyəti yaranmışdır.
30 oktyabr Türkiyə və Antanta ölkələri arasında Mudros müqaviləsi imzalanmışdır.
7 noyabr Azərbaycanın Hərbi Nazirliyi  təsis edilmişdir.
9 noyabr Azərbaycan Cümhuriyyəti Dövlət Bayrağı haqqında qanun qəbul edilmişdir.
16 noyabr Azərbaycan Milli Şurası bərpa edilmişdir.
Noyabr   Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsi Qazağa köçürülmüşdür
17 noyabr General Tomsonun başçılıq etdiyi ingilis qoşunları Mudros müqaviləsinə əsasən Azərbaycana daxil olmuşlar.
19 noyabr Azərbaycan Cümhuriyyəti Parlamenti haqqında qanun qəbul edilmişdir.
29 noyabr Xəzər Donanması ticarət gəmilərinin ingilis komandanlığının ixtiyarına keçmişdir.
“İngilis dəniz nəqliyyatı” yaranmışdır.
7 dekabr Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışı olmuşdur.
12 dekabr Bakı-Batum neft kəmərinin neft kəməri kimi fəaliyyətə başlamışdır.
15 dekabr Bakı fəhlə Konfransı təşkilatı bərpa olunmuşdur.
24-26 dekabr

Bakı Fəhlə Konfransının başçılığı ilə ümumi təlim keçirilmişdir.

26 dekabr F. Xoyskinin başçılığı ilə III Hökumət Kabineti təşkil edilmişdir.
Gürcüstan və Azərbaycan arasında tranzit müqaviləsi bağlanmışdır.
28 dekabr

 

Azərbaycan Cümhuriyyəti hökumətinin tanınması haqqında Bakı general-qubernatoru Tomson deklarasiya vermişdir.

1919-ci il

15 yanvar Qarabağ general-qubernatorluğu  yaradılmışdır.    
Azərbaycan  mhuriyyəti  Silahlı Qüvvələri Baş  Qərarga təşkil edilmişdir.
4 fevral

Parlamentin Aqrar Komissiya təşkil edilmişdir.

25 fevral

F. Xoyskinin III Hökumət Kabineti istefa vermişdir.

19 mart Fəhlə məsələsi üzrə xüsusi müşavirə parlament tərəfindən təsdiq edilmişdir.
5 aprel    

Hərbi Nazirlik  Bakıya köçürülmuşdür.

14 aprel Azərbaycan mhuriyti Parlamentinin  N. Yusifbəyli başda olmaqla IV Hökumət Kabineti təsdiq etmişdir.
24 aprel Cənubi Qafqazda müttəfiq qanunlarının baş azad edilib yerinə general Şatervort təyin edilmişdir.
6-13 may Bakı Fəhlə konfransının ümumi təlimi   keçirilmişdir.
28  may Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında ABŞ prezidenti Vilsonla görüşmüşdür.
29  may Cənubi  Qafqaz  Respublikalarının Tiflis kohfransı keçirilmişdir.
31   may   

Arbitraj   orqanını yaradılması haqqında qərar qəbul etmişdir.

11 iyun Hökumət Dövlət Müdafiə Komitəsinin təşkili haqqında qərar qəbul etmişdir.
Dövlət Müdafiə Komitəsi tərəfindən Azərbaycan Cümhuriyyəti ərazisində hərbi vəziyyət elan edilmişdir.
13 iyun Paris Sülh Konfransında Kolçakın Rusiya ərazisində ali hakimiyyətinin tanınması haqqında sənədin bul edilməsinə Azərbaycan, Gürcüstan, Şimali Qafqaz, Belarusiya, Ukrayna, Estoniya Latviya mayəndələri etiraz etmişlər;

İngilislərə qarşı Bakıda nümayişlər keçirilmişdir.

14 iyun

Dövlət Müdafiə Komitəsi tərəfindən Azərbaycan ərazisində hərbi vəziyyət elan edilmişdir.

16 iyun Azərbaycan-Gürcüstan arasında hərbi müdafiə aktı imzalanmışdır.
27 iyun Ərazi bütövlüyünü birgə qorumaq haqqında Azərbaycan-Gürcüstan müqaviləsini Parlament təsdiq etmişdir.
6 avqust General Tomson  Xəzər  Hərbi Donanmasını Denikinin könüllülər ordusuna vermək barədə sərəncam imzalamışdır.
11 avqust mhuriyyət       Parlamenti Azərbaycan təndaşğı haqnda qanun qəbul etmişdir.
24  avqust İngilislər  Bakı tərk  etmişlər.
28  avqust Azərbaycan Dövlət Bankının yaradılması haqqında qanun qəbul edilmişdir.
1 sentyabr Bakı Dövlət Universitetinin açılması haqqında qanun qəbul edilmişdir.
13 sentyabr Baş nazir N. Yusifbəyli IV Hökumətin Sədri zifəsindən istefa vermişdir.
25 sentyabr Qazax qəzası kəndlilərinin I qurultayı açılmışdır.
25  oktyabr Azərbaycan  Dövlət  Bankının açılışı olmuşdur.
23 noyabr Tiflisdə Azərbaycan və Ermənistan tərəfləri arasında baş verən bütün münaqişələrə son qoyulması   və   sərhəd   məsələsinin   sülh   yolu   ilə   həll edilməsini nəzərdə tutan müqavil imzalanmışdır.
2-11 dekabr 

rk  Ədəmi-Mərkəziyyət Müsavat partiyasının II qurultayı keçirilmişdir.

22 dekabr

Parlamentin N. Yusifbəylinin başçığı ilə V Hökumət Kabineti tərkibi təsdiq etmişdir.

1920-ci il

2 yanvar Sovet Rusiyasının Denikinə qarşı birgə mübarizə aparmaq təklifi haqqında Azərbaycan Cümhuriyyəti birinci dəfə Nota vermişdir.
11yanvar Azərbaycanın müstəqilliyini Paris Sülh Konfransında Antanta Ali Şura  de-fakto tanımışdır.
14 yanvar F. Xoyski Rusiyanın Denikinlə mübarizəsinin  onun  daxili  işi  olması  haqqında  Çiçerinə cavab Notası vermişdir.
Yanvar Paris Sülh Konfransı Azərbaycan Cümhuriyyətinə kömək göstərilməsi haqqında qərar qəbul etmişdir.
23 yanvar Q. Çiçerin Azərbaycan kumətinə Denikinə qarşı mübarizə etməkdən  imtinası ilə əlaqədar  ikinci Nota vermişdir.
1 fevral   F. Xoyski Çiçerinə RSFSR ilə Azərbaycan Respublikası arasında danışıqların başlanması üçün bir-birlərinin müstəqilliyini və süverenliyini qeyd-şərtsiz tanıması haqqında  II cavab Notası vermişdir.
11-12 fevral Azərbaycan Kommunist Partiyasının I təsis qurultayı keçirilmişdir.
18 fevral M. H. Hacınski Daxili İşlər naziri vəzifəsindən istefa vermişdir.
20 mart Azərbaycan-İran arasında müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən Azərbaycanın İran tərəfindən de-yure tanınmışdır.
23 mart Əkin və  Ziraət naziri Ə. C. Pepinov vəzifəsindən istefa vermişdir.
Azərbaycan Gürcüstan arasında ticarət müqaviləsinin imzalanması
9  aprel Poçt   Teleqraf  naziri  socialist C. Hacınski  vəzifəsindən istefa vermişdir.
15  aprel A. Qardaşov “Əhrar” partiyasının hökumət koalisiyasından çıxması haqqında bəyannamə vermişdir.
F. Xoyski  Q. Çiçerinə  Rusiya qoşun hissələrinin Azərbaycan sərhədlərində cəmləşməsi ilə bağlı Azərbaycan dövlətinin narahatlığı ifadə edən Nota göndərmişdir.
27 aprel XI zıl Ordu Azərbaycan Xalq Cumhuriyyəti ərazisinə daxil olmuşdur.
28 aprel Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edilmişdir.
Azərbaycan mhuriyyəti Parlamenti Azərbaycan İnqilab Komitəsinin hakimiyyəti ona təhvil verməsi haqqında ultimatumunu qəbul etmişdir.

1922-ci il

  Məhəmməd Əmin Rəsulzadə Gülməmməd Bağırovla AXC-nin bayrağını hazırlamışdır. Hal-hazırda bayraq Azərbaycan Tarix Muzeyində saxlanılır.

1943-cü il

6 noyabr    Berlində Əbdürrəhman bəy Fətəlibəylinin başçılığı ilə keçirilən Milli Azərbaycan Qurultayında Azərbaycanın bayrağı qaldırılmış və   Azərbaycanın müstəqilliyinin bərpa edilməsi  qərara alınmışdır.

1956-cı il

 

28 may   Azərbaycan Xalq Cümhuriyyətin yaranışını məxsusi qeyd edən Cahid Hilaloğlu Bakıda Qız Qalasının başına Cümhuriyyət bayrağını sancmışdır.

1991-ci il

  Sovet Sosialist Respublikaları İttifaqı dağıldıqdan sonra Azərbaycan xalq Cümhuriyyətinin varisi olan Azərbaycan respublikası dövlət müstəqilliyini yenidən bərpa etmişdir.

1997-ci il

   27 may

Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 79-cu ildönümünə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir.

1998-ci il

30 yanvar

Azərbaycan Xalq Cümhuriyyətinin 80 Illiyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti H. Əliyev Sərəncam  imzalamışdır.

22 fevral Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti H. Əliyev Sərəncam imzalamışdır.
22 may

Prezidentin Fərmanına əsasən Azərbaycan Xalq  Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

24 may

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti H. Əliyev Sərəncam imzalamışdır.

26 may

Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Xalq Cümhuriyyətinin 80 illyi münasibəti ilə bəyanat vermişdir.

27 may Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
11 dekabr Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 80 illiyi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərar qəbul etmişdir.

2003-cü il

1 fevral Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam  imzalamışdır.

2004-cü il

  Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının I cildi çapdan çıxmışdır.

2005-ci il

  Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının II cildi çapdan çıxmışdır.

2007-ci il

25 may Bakının İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışı olmuşdur.

2008-ci il

15 fevral Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidenti İ. Əliyev Sərəncam imzalamışdır.

2017-ci il

16 may

Azərbaycan Respublikası Prezidenti İ. Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

2018-ci il

10 yanvar Azərbaycan Respublikası Prezidenti İ. Əliyev 2018-ci illin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncam imzalamışdır.
25 yanvar

Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabının təqdimatı keçirilmişdir.

29 yanvar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti - milli dövlətçiliyin ideya əsasları və müasirlik” mövzusunda elmi konfrans keçirilmişdir.
14 fevral Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilmişdir.
20 fevral Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) İctimai Elmlər Bölməsinin və Elm Tarixi İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: tarixi retrospektivlik və müasirlik” mövzusunda elmi konfrans keçirilmişdir.
23 fevral Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan Xalq Cümhuriyyəti və qadınlar” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
27 fevral Azərbaycan Dillər Universitetində (ADU) “Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri və milli ideologiyanın banisi kimi” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
1 mart Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Azərbaycan qadınının seçki hüququ: tarix və müasir qadın hərəkatı” mövzusunda ikigünlük beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
4 mart Moskvada, Rusiya İctimai Palatasında “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi: bir əsrdən sonra baxış. 1918-2018-ci illər” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
5 mart Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzində (LREM) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan “1918-1920-ci illərdə ADR-İran münasibətləri” mövzusunda elmi seminar keçirilmişdir.
9 mart Türkiyənin Ərzurum şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və Ərzurum bölgəsinin erməni işğalından azad olunmasının 100-cü ildönümləri münasibətilə konfrans keçirilmişdir.
16 mart Azərbaycanın Braziliyadakı səfirliyinin, Qoya Ştatının paytaxtı Qoyaniya şəhərindəki Kora Karolina Mədəniyyət Mərkəzinin, Ştatın Hökumətinin, mədəniyyət, təhsil və idman katibliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş fotosərgi keçirilmişdir.
17 mart Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş məktəblərarası viktorina keçirilmişdir.
26 mart Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC 5-14 yaşlı uşaqlar üçün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən rəsm müsabiqəsi keçirmişdir.
29 mart Türkiyədə Alanya Əlaəddin Keykubad Universitetinin və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilmişdir.
4 aprel

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin professoru, tarix elmləri doktoru Nurulla Əliyevin “1918-1920-ci illərdə Azərbaycan hökumətinin fəaliyyətində hərbi-dəniz aspektləri” kitabı çap olunmuşdur.

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan “Təhsil-tədqiqat-istehsalat mexanizminin qurulması” mövzusunda Respublika elmi-texniki konfrans keçirilmişdir.
6 aprel

Vyetnamın Xo Şi Min şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunmuşdur.

17 aprel Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanmışdır.
19 aprel

M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tarix fakültəsində “Rus inqilabı və Azərbaycan Xalq Cümhuriyyətinin tarixi: 100 ildən sonra baxış” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

AMEA Naxçıvan Bölməsində “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə: tarixilik və ərazi bütövlüyünün qorunması” mövzusunda elmi konfrans keçirilmişdir.
20 aprel Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahovun “Azərbaycan parlamentarizminin tarixi - 100” kitabı nəşr olunmuşdur.
21 aprel Azərbaycanın Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzinin, ölkəmizin Vyetnamdakı səfirliyinin birgə təşkilatçılığı ilə Hanoyda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə “Azərbaycan və Vyetnamın dövlətçiliyi: yaranma və inkişaf” adlı konfrans keçirilmişdir.
25 aprel Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon Mərkəzləşmiş Kitabxana Sisteminin 3 saylı filialında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Milli dövlətçilik tarixində silinməz izlər” adlı tədbir keçirilmişdir.
Beynəlxalq Mətbuat Mərkəzində Ana Vətən Partiyasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: Tarixi reallıqlar və müasirlik” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AMEA Gəncə Bölməsi, Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıqovun “AXC-nin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyası” adlı kitabı çap olunmuşdur.
28 aprel Macarıstanın Gödöllö şəhərində fəaliyyət göstərən Sent İştvan Universitetinin doktorantı Raqif Hüseynovun təşəbbüsü və Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin, Sent İştvan Universitetinin və Varşava Təbiət Elmləri Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Davamlı regional inkişaf” mövzusunda Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransı təşkil edilmişdır.
1 may Milli Məclisin mayın 1-də keçirilən iclasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunmuşdur.
  Azərbaycan dilindəki “Vikipediya”da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən məqalə müsabiqəsi elan edilmişdir.
  ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan şahmat turniri keçirilmişdir.
2 may Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Ankaranın Kızılcahamam rayonunda “Azərbaycan günləri” təşkil olunmuşdur.
3 may Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Gəncə Şəhər Təhsil İdarəsi və Uşaq–Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə Nizami yurdunda 10–17 yaşlı uşaq və gənclər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş respublika təsviri sənət müsabiqəsi keçirilmişdir.
4 may ABŞ-ın tanınmış turizm mərkəzlərindən biri olan Mayami-Deyd dairəsinin meri Karlos Ximenes Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar rəsmi bəyannamə imzalamışdır.
ABŞ-ın Pitsburq şəhərinin meri Uilyam Peduto Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar rəsmi bəyanat vermışdir. .
8 may “Vikipedia” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində olan versiyasında Azərbaycan Xalq Cümhuriyyəti adlı bölmə istifadəyə verilmişdır.
10 may Afinada fəaliyyət göstərən “Nyu York Kollec”də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə açıq dərs keçirilmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu tərəfindən “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi” mövzusunda gənc tədqiqatçıların respublika elmi konfransı keçirilmişdir.
11 may “BP Azerbaijan” şirkətinin dəstəyi ilə “Cümhuriyyət qurucuları” adlı kitab nəşr edilmişdir.
14 may İstanbulun Feriköy məzarlığında uyuyan Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsinə abidə ucaldılmışdır.
Fransada mayın 14-dən 17-dək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə pianoçuların Adilə Əliyevanın adını daşıyan 12-ci Beynəlxalq Festivalı keçirilmişdir.
15 may Yaponiyanın “World Investors TV” internet televiziyasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü ildönümünə həsr olunmuş xüsusi veriliş yayımlanmışdır.
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təntənəli mərasim qeyd edilmışdir.
Təbriz şəhərindəki Azərbaycanın baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilmışdır.
16 may Kopenhagendə Skandinaviya Türk Federasiyasının təşkilatçılığı, Danimarka Vətən Cəmiyyətinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilmişdir.
  Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poçt markası dövrüyyəyə buraxılmışdır.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və İstanbul Maltəpə Bələdiyyəsinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti–100 il” Parkı açılmışdır.

  İordaniya Dövlət Televiziyasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasının 100-cü ildönümünə həsr olunmuş veriliş yayımlanmışdır.
17 may Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Meksikanın Quanaxuato ştatının San Migel de Ayende şəhərində ənənəvi olaraq keçirilən Ümumdünya Birlik və Qardaşlıq XIX Beynəlxalq Görüşü zamanı qeyd olunmuşdur.
  Azərbaycanın Tacikistandakı səfirliyi 28 May-Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Düşənbə şəhərindəki “Serena” mehmanxanasında rəsmi qəbul keçirmişdir.
  Azərbaycanın Pakistandakı səfirliyi İslamabad şəhərindəki “Serena” mehmanxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul keçirmişdir.
  Arkanzas ştatının paytaxtı Litl-Rok şəhərinin meri Mark Stodola Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar rəsmi bəyannamə imzalamışdır.

<< Geri