E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

İstanbulda uyuyan Cümhuriyyət qurucularının xatirəsinə abidə ucaldılıb


İstanbulun Feriköy məzarlığında uyuyan Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsinə abidə ucaldılıb.

Abidənin açılışında Azərbaycanın İstanbuldakı baş konsulu və konsulluğun əməkdaşları, rəsmi şəxslər, İstanbul valisinin müavini İsmail Gültekin, Milli Məclisin deputatı Çingiz Qənizadə, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Üzərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının rəsmi və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi həkk olunan abidədə Feriköy məzarlığında uyuyan Əhməd bəy Ağaoğlu, Əbdüləli bəy Əmircanlı, Baba bəy Behbud, Xəlil bəy Xasməmmədli, Hüseynqulu xan Xoyski, Miryaqub bəy Mirmehdiyev, Aran Məməmmədsadiq, Kərim bəy Odər, Səlim Rəfiq bəy Rəfioğlu, Şəfi bəy Rüstəmbəyli, Xosrov bəy Sultanzadə, Nağı bəy Şeyxzamanlı, Qulamrza bəy Şərifzadənin adları yazılıb.

Abidə Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncamı əsasında Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü və SOCAR-ın dəstəyi ilə qoyulub.

Açılışdan əvvəl iştirakçılar böyük ictimai xadim və siyasi fikir adamı Əli bəy Hüseynzadənin də məzarını ziyarət ediblər. Onun məzarının baş daşının arxa üzündə Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının rəsmi əks olunub, həmçinin Azərbaycan bayrağının rənglərinin mənası qeyd edilib.


<< Geri