2007-ci il 25 may-da İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışı olub.[1] Qranitdən və ağ mərmərdən yonulmuş, abidə üzərinə 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunmuş "İstiqlal Bəyannaməsi"nin həm əski, həm də latın əlifbası ilə mətni həkk olunub. Açılış mərasimində prezident İlham Əliyev iştirak edib.
Abidənin aşağı hissəsi qranitdən, yuxarı hissəsi isə ağ mərmərdən hazırlanıb. Ağ mərmərdən hazırlanan hissədə dövlət gerbi həkk olunub, qranit hissəyə isə "İstiqlal bəyannaməsi"nin mətni və bu bəyannaməni imzalayan şəxslərin adları həm əski, həm də latın qrafikası ilə yazılıb. "İstiqlal bəyannaməsi" abidəsi Səbayel rayonu ərazisində AMEA Əlyazmalar İnstitutu ilə İqtisad Universiteti arasındakı ərazidə ucaldılıb. "İstiqlal bəyannaməsi" 1918-ci ildə məhz hazırda Əlyazmalar İnstitutunun yerləşdiyi binada - keçmiş "İsmailiyyə"də imzalanıb. |