Kitab
doğmalığı
Mən kitab rəflərimdə düzülmüş kitabların
hamısını bir-bir tanıyıram və məndə belə bir təəssürat var
ki, o kitabların da hər biri məni tanıyır.
Kitab küskünlüyü
Son zamanlar deyirlər ki, bizdə kitaba maraq azalıb,
həvəs itib. Mənə elə gəlir ki, əksinədir. Kitab özü bizdən
küsüb.
Kitab və illuziyalar aləmi
Anatol Frans yazırdı ki, “xoşbəxtliyin resepti –
illüziyasız yaşamaqdır”.
Kitab da gərək illüziyalar yaratmasın. İllüziyalar
yaradan kitab – bədbəxtlik carçısıdır.
Kitab və oxucu
Bəzən kitab oxucunu zorlayır. Bəzən də əksinə olur.