Azərbaycan xalqının tarixində əbədi yer tutan görkəmli insanlar sırasında tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin adı hər zaman əlahiddə mövqedədir. Bu qüdrətli şəxsiyyətin portretini, şəxsi məziyyətlərini müəyyənləşdirərkən gözlərimiz önündə möhtəşəm xüsusiyyətlər toplusu canlanır: daxili azadlıq, ləyaqət, iti ağıl, möhkəm iradə, fədakarlıq, qətiyyət və ən nəhayət, Azərbaycan xalqına təmənnasız xidmətə həsr olunan saf əqidə.
***
Əziz Əliyev Azərbaycan və Dağıstan xalqlarının əbədi dostluğunun simvoludur...
Əziz Əliyevin o vaxt gördüyü işlər misilsizdir, tarixi hadisədir və biz
dostluğumuzu daha da möhkəmləndirməli, möhkəmləndirməli, möhkəmləndirməliyik.
***
Azərbaycanda və Dağıstanda işlədiyi illərdə o, elm xadimləri ilə çox sıx təmasda olurdu. Bütün tibb professorları onun dostları idi, onların çoxunu o, hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox başqaları kimi görkəmli xadimlərilə çox yaxın, mehriban, ailəvi münasibətləri vardı. Bütün bunlar ona görə olurdu ki, o, çox ziyalı bir adam idi. Yüksək səviyyədə savadlı, mədəni adam olduğuna görə həmişə məhz bu mühitlə təmasda olmağa çalışırdı. Həmin adamlar da onunla yaxın olmaq istəyirdilər. O, hər cəhətdən gözəl insan idi.
Heydər Əliyev
Ümummilli Lider
Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərmiş, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr vermişdir. Onun İkinci Dünya müharibəsi illərində apardığı işlər mühüm hərbi-siyasi əhəmiyyətə malikdir. Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır.
***
O, Dağıstanın inkişafı üçün çox işlər görmüş və çətin illərdə dağıstanlılarla bir yerdə olmuş, taleyin sərt sınaqlarına onlarla birlikdə sinə gərmişdir. Dağıstanda onun xatirəsinə bəslənən münasibəti biz hamımız - Azərbaycan vətəndaşları da, xüsusən onun nəvəsi kimi mən də yüksək qiymətləndiririk.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Əziz Məmmədkərim oğlu Əliyevin adı Dağıstan xalqının tarixinə və yaddaşına əbədi daxil olmuş dövlət xadimlərinin parlaq nəsli sırasında ən layiqli yerlərdən birini tutur.
***
Əziz Əliyev dağıstanlılar üçün istedadlı rəhbər, səmimi və xeyirxah yoldaş,
beynəlmiləlçi, respublikamızın rifahı naminə çoxlu qüvvə və enerji sərf etmiş
yüksək mənəvi keyfiyyətlərə malik insan olmuşdur və onların qəlbində bu cür də
yaşayacaqdır.
Məmmədəli Məmmədov
Dağıstan Dövlət şurasının sədri
Qəribə oğlan idi Əziz. Təhsildə, əxlaqda, mülayimlikdə, xeyirxahlıqda, işgüzarlıqda tayı-bərabəri yox idi. Təbabətin atası Hippokrat elə bil həkim haqqında andı onun kimilərinə baxıb yazmışdır.
***
Əziz, Aşıq Ələsgər demişkən, hər elmdən hali idi. Onun hansı institutu bitirdiyini müəyyənləşdirmək çətin idi. Əziz Əliyev bütün sahələrdə özünü yüksək səviyyəli mütəxəssis kimi göstərə bilirdi. O, əsl "cəmiyyət həkimi" idi. Çünki Əziz ictimai sağlamlığın mahiyyətini, onu müəyyən edən amillər kompleksini, təbabətin sosial-gigiyenik problemlərini, səhiyyənin əsaslarını və başqa məsələləri çox yaxşı bilirdi. O, sağlamlığa universal hüquq kimi baxırdı. Təbabətin atası Hippokrat həkimlər üçün nə diləmişdisə, hamısı Əziz Əliyevdə var idi.
***
Əziz Əliyev hərtərəfli şəxsiyyət idi. Onu bir dəfə görənlər, onunla daim
ünsiyyətdə olmaq arzusu ilə yaşayırdılar. İşgüzarlıq- da tək yaranmışdı.
M.Topçubaşov
Akademik
Onun həyat və fəaliyyətində müasir insan varlığı problemi ən yüksək
dərəcədə səslənir: həyarda ,cəmiyyətdə lazımlı adam olmaq, gələcək
nəsillərdə zühür edib təzədən yaşamaq üçün var qüvvənlə çalış!
***
O, kitabı sevirdi, xiridarı idi. Orduda da, Dağıstanda da, Moskvada və Bakıda da
– hər yerdə həmdəmi kitablar idi, özü də onu maraqlandıran bütün problemlərin
cavabınə və həllini onlardan tapırdı.
***
Nəhəng zəmanəmizin misilsiz qəhrəmanlıq şeriyyəti məhz Əziz Məmmədkərin oğlunun
tərcümüyi-halında, yaradıcılııq kəşflərində əks olunmuşdur.
İmran Qasımov,
Xalq yazıçısı
Bütün insani keyfiyyətlər, işə ciddi münasibət,
geniş məlumat və
bilik, irəli sürülən məsələdən məharətlə baş açmaq qabliyyəti Əziz
Əliyevə işlədiiyi bütün sahələrdə kollektivin, geniş kütlələrin
hörmət və məhəbbətini qazanmışdır.
Mirzə İbrahimov,
Xalq yazıçısı
Əziz Əliyev bizim üçün müəmma idi.
Çoxlu suallar doğurdu: Əziz Əliyev kimdir, haralıdır? Ancaq o, cəmi
yarım il işləmişdi ki, hər şey məlum oldu. Sualları heyrət əvəz etdi.
Bu insanın sirri nədədir, istedadı, hünəri nədədir? Bu insan ömrünün
45 ilində öz Vətənində təcrübə, cəsarət, müdriklik əldə etmiş və
bütün ürək genişliyi ilə, sədaqətlə digər xalqa, Dağıstana vermişdir.
Rəsul Həmzətov,
Dağıstanın Xalq şairi
Harada işləməsindən, harada çalışmasından asılı olmayaraq, Əziz
əliyev bir təbib,səhiyyə təşkilatçısı və siyasi xadim kimi həmişə öz
idealına, amalına sadiq qalmışdır.
Abdulla Quluyev,
Tibb elmləri doktoru
O nəhəng şəxsiyyət intəhasız idrakıyla zəmanənin ən mürəkkəb və
qəliz məsələlərini asanlıqla həll edirdi. O, dərindən dəerk edirdi
ki, böyük işlərdə xıedalıqlar ola bilməz!
Həmid Rüstəmov,
RSFSR Xalq artisti
Zərgər dəqiqliyi ilə işləmək ancaq yüksək
yaranmışlara xas olan bir xüsusiyyətdir. Həm elmi fəaliyyətdə, həm siyasətdə
uğur qazanmaq ancaq belə adamlara qismət olur. Əziz Əliyev məhz belə
şəxsiyyətlərdəndir.
İsgəndər Xəlilov,
geologiya-mineralogiya elmləri doktoru, Rusiyada Azərbaycan diasporunun
nümayəndəsi
|