E L E K T R O N M Ə L U M A T B A Z A S I

 

 

1897

Yanvar ayının 1-də İrəvan quberniyasının Hamamlı kəndində tacir Məmmədkərim Əliyevin ailəsində anadan olmuşdur.

1906-1907

İrəvan rus-tatar məktəbində təhsil almış- dır.

1908

İrəvan Oğlan gimnaziyasına daxil olmuşdur. 

1917

İrəvan gimnaziyasını qızıl medalla bitirib.

1917-1918

Peterburq Hərbi Tibb Akademiyasında təhsil almışdır.

1917

Sankt-Peterburqda səpgili yatalaqla mübarizə əleyhinə təşkil edilmiş dezinfeksiya-profilaktika briqadasında işləmişdir.

1918-1923

Əliyevlər ailəsi Naxçıvana köçmüş, Əziz müəllim burada müxtəlif vəzifələrdə çalışmışdır.

1920-1921

İranın Ərəblər (indiki Poldəşt) kəndində tibb məntəqəsində həkim köməkçisi vəzifəsində işləmişdir.

1921-1923

Naxçıvanın Şərur rayonunun Şaxtaxtlı kəndində tibb məntəqəsində orta tibb işçisi, həkim köməkçisi vəzifələrində işləmişdir.

1923

Ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür.

Bakı Dövlət Universitetinin Tibb fakultəsinə daxil olmuşdur.

1923-1927

Azərbaycan Respublikası Xalq Komissarları Sovetində iş icraçısı, ümumi şöbənin müdiri, katib köməkçisi və katib vəzifələrində işləmişdir;

Azərbaycan Universitetinin tibb fakultəsinin axşam şöbəsində təhsil almışdır.

1925-1928

Beynəlxalq İnqilab Mübarizlərinə Yardım Təşkilatının Bakı Komitəsinin üzvü olmuşdur

1926

SOV.İKP-nin üzvlüyünə qəbul edilmişdir;

Beynəlxalq İnqilab Mübarizlərinə Yardım Təşkilatının I qurultayında Azərbaycan Mərkəzi Komitəsinə üzv seçilmişdir.

1927-1929

Azərbaycan Universitetinin tibb fakultəsinin fakültə terapevtik klinikasının ordinatoru olmuşdur.

1929

Xalq Səhiyyə Komissarının müavini vəzifəsinə təyin edilmişdir;

Namizədlik dissertasiyasını müdafiə etmişdir.

Yeni yaradılan Azərbaycan Klinik İnstitutuna rektor təyin edilir.

1929-1932

Azərbaycan Klinik İnstitutunun rektoru vəzifəsində işləmişdir;

Azərbaycan Universitetinin tibb fakultəsinin dosenti seçilmişdir.

1929-1938

“Nəzəri və praktik təbabət” jurnalının məsul katibi, baş redaktoru olmuşdur.

1932-1934

N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun rektoru olmuşdur.

1934

Bakı şəhər səhiyyə şöbəsinin müdiri vəzi- fəsində işləmişdir.

1935-1936

Yenidən N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun rektoru Vəzifəsində işləmişdir.

1936

Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuşdur.

1936-1938

Azərbaycan SSR Xalq Səhiyyə komissarı olmuşdur.

1937

Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur.

1938

"Eksperimental nefrit" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1-ci çağırış SSRİ Ali Sovetinə deputat seçilmişdir.

SSRİ EA-nın Azərbaycan filialının rəyasət heyəti nəzdində təşkil edilmiş şuranın üzvü seçilmişdir.

1938

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitsinin katibi seçilmişdir.

1938-1940

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olmuşdur.

1939-1940

Azərbaycan K(b)P MK aparatında və Respublika Malyariya ilə mübarizə Komissiyasının sədri olmuşdur.

1939-1941

Azərbaycan SSR Xalq Səhiyyə komissarı vəzifəsində işləmişdir.

1940

SSR Ali Sovetinin (3cü çağırış) deputatı seçilmişdir.

1941

İrandakı Sovet Qoşun Qrupunun (Təbriz şəhəri) siyasi şöbə rəisi təyin edilmişdir.

1941-1942

SSRİ Müdafiə Komitəsinin qərarı ilə polkovnik rütbəsində Sovet qoşunlarının İrandakı 47-ci ordusunun Hərbi Şurasının üzvü və siyasi rəhbəri olmuşdur;

Azərbaycan K(b)P MK-nın 3-cü katibi seçilmişdir.

1942-1948

 Dağıstan Vilayət K(b) P-nin birinci katibi seçilmişdir.

Mahaçkala Müdafiə Komitəsinin sədri (1942-1945) işləmişdir.

1942

12 aprel “Lenin” ordeni ilə təltif edilmişdir.

1943

16 fevralda “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir.

1944

9 iyunda “Lenin” ordeni ilə təltif edilmişdir.

“Qafqazın müdafiəsinə görə” medalı ilə təltif edilmişdir.

1945

“1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı ilə təltif edilmişdir.

“1941-1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyə görə” medalı ilə təltif edilmişdir.

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “I dərəcəli Vətən Müharibəsi” ordeni ilə təltif edilmişdir.

1946

2-ci çağırış SSRİ Ali Sovetinə deputat seçilmişdir.

1946-1950

Dağıstan MSSR Mahaçqala seçki dairəsindən SSRİ Ali Sovetinin (2-ci çağırış) deputatı olmuşdur.

1947

Dağıstan Vilayət Partiya Komitəsinin ple- numunda yenidən Vilayət Partiya Komitə- sinin birinci katibi seçilmişdir;

Dağıstan MSSR Ali Sovetinə deputat seçilmişdir.

1948

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Moskvanın 800 illiyi şərəfinə” medalı ilə təltif edilmişdir.

1948-1949

ÜİK (b)P MK yanında birillik kursların dinləyicisi olmuşdur.

1949-1950

Moskvada İctimai Elmlər Akademiyasında təhsil almışdır;

ÜİK (b)P MK inspektoru işləmişdir.

1950-1953

Ortopediya və Bərpa Cərrahiyyəsi ETİ-nin direktoru olmuşdur.

1950-1951

Azərbaycan SSR Nazirlər Soveti Sədrinin birinci müavini olmuşdur.

1950-1954

Üçüncü çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur.

1951-1954

Üçüncü çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

1953-1957

Azərbaycan SSR Nazirlər Soveti aparatında işləmişdir.

ÜİK (b)P MK yanında Ali Partiya Məktəbində təhsil almışdır.

1954-1956 Azərbaycan Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru olmuşdur.
1956 Səhiyyənin təşkili ixtisası üzrə professor elmi rütbəsini almışdır.
1956-1962

Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru işləmişdir.

1958-1960

Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur.

1960

Azərbaycan Respublikasının Əməkdar həkimi adına layiq görülmüşdür.

1961-1962

Həkimləri Təkmilləmdirmə İnstitutunun direktoru olmuşdur.

 1962

27 iyulda Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir;

Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Həkimləri Təkmilləşdirmə İnstitutuna Əziz Əliyevin adı verilmişdir.

1996

“Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamışdır.

1997

100 illik yubileyi Dağıstan Respublikası- nın paytaxtı Mahaçqala şəhərində təntənə ilə qeyd olunmuşdur;

Dağıstanın Kaspiysk şəhərində yerli Tibb məktəbinə Əziz Əliyevin adının verilməsi münasibətilə xatirə lövhəsinin açılışı olmuşdur.

1998

Anadan olmasının 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir.

2006

5 dekabr tarixində “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamışdır.

2007

Anadan olmasının 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir;

Anadan olmasının 110 illiyi münasibətilə Dağıstan Respublikasının Mahaçqala şəhərində beynəlxalq elmi-praktik konfrans keçirilmişdir;

AzTV Qapalı Səhmdar Cəmiyyətində “Əziz Əliyev. Olduğu kimi” adlı sənədli film çəkilmişdir (Rejissor E.Zeynallı, ssenari müəllifi Y.Məmmədov, operator M.Yaqubov).

2013

25 dekabr tarixində Xaçmaz şəhərində “Əziz Əliyev Muzeyi”nin açılışı olmuşdur.

2016

11 may tarixində Dağıstan Respublikasının Mahaçqala şəhərində abidəsinin açılışı olmuşdur;

18 noyabr tarixində “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamışdır;

23 dekabr tarixində anadan olmasının 120 illiyi münasibətilə Dağıstan Respublikasının Mahaçqala şəhərində elmi konfrans keçirilmişdir.

<< Geri