Azərbaycanın tanınmış siyasi və dövlət xadimi Əziz Əliyev adını daşıyan xatirə
muzeyi Xaçmaz rayonunda 2013-cü ilin 25 dekabr tarixində açılmışdır. Açılışda
Dağıstan və Azərbaycan nümayəndələri iştirak etmişdilər.
Muzey 400 kvm sahədə fəaliyyət göstərməklə daş üzlüklə üzlənmiş müasir
arxitektura ənənələri əsasında inşa olunmuş binada yerləşir.
Ə. Əliyev muzeyində 150-yə yaxın eksponat nümayiş olunur.
Siyasi xadimin istər Azərbaycanda, istərsə də qonşu Dağıstan Respublikasındakı
siyasi və ictimai fəaliyyəti muzeyin ekspoziyasiyanda öz əksini tapmışdır.
Muzeydə tarixi dövrləşmə üzrə siyasi xadimin uşaqlıq, gənclik, tələbəlik illəri,
Ə. Əliyev II dünya müharibəsi illərində, Ə. Əliyevin Dağıstanda siyasi
fəaliyyəti və s. illəri foto və yazılı məlumatlarla muzeyə gələn ziyarətçilərə
dolğun informasiya çatdırır.
|