Əbdürrəhimbəy Haqverdiyev hər şeydən qabaq “Molla Nəsrəddin” məcmuəsinin
ibtidasından... məcmuənin ən yaxın əməkdaşlarından və məsləhətçilərindən hesab
olunur. Qoca əməkdaşımızın bu günlərdə təhiyyə olunan yubileyini “Molla
Nəsrəddin” öz bayramı kimi alqışlayacaqdır.
Cəlil Məmmədquluzadə,
yazıçı-dramaturqi
Əbdürrəhimbəy Haqverdiyev xalqını böyük məhəbbətlə sevən,
onun pvladlarını daim təərqqidə görmək istəyən alovlu
vətənpərvər yazıçı və ictimai xadim idi.
Nadir Vəlixanov,
filologiya elmləri namizədi
Yığcamlıq, təsvir və surətlərin təbiiliyi, obrazı konkret
cizgilərlə canlandırmaq, dilin oynaqlığı və lakoniklik
Ə.Haqverdiyev hekayələrinin əsas xüsusiyyətlərindəndir.
Ədibin hekayə dili, obrazı təsvir üsulu dolğun və
hərtərəflidir. Bütün əsərlərində obrazı təsvir üsulunda bu
dolğunluğu görmək mümkündür. Hər bir qəhrəmanın özünəməxsus
geyimi və geyiminə uyğun da hərəkətləri, fərdi keyfiyyətləri
var.
Günay
Qarayeva,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Əbdürrəhimbəy
Haqverdiyev Azərbaycan ədəbiyyatı tarixində dramaturq, nasir,
teatr xadimi, istedadlı alim və mütərcim kimi məşhurdur.
Onun ədəbi irsi ədəbiyyatımızın xəzinəsini zənginləşdirən
qiymətli mirasdır. Xalqını mədəni, xoşbəxt və azad görmək
arzusu Haqverdiyevin yaradıcılığında mərkəzi yerlərdən
birini tutur.
Əbdül Əzizov,
filologiya elmləri namizədi
50 illik fəaliyyəti
müddətində bir çox ədəbi və mədəni izlər buraxıb gedən
Haqverdiyev daim tərəqqipərvər olmuş, yalnız yeniliklə
maraqlanmaqla kifayətlənməyib, bu yeniliklərin həyata
keçməsi uğrunda mübarizə aparmışdır.
Hacıbala Nəzərli,
yazıçı