1870 |
May ayının
17-də Şuşa şəhəri yaxınlığında Ağbulaq kəndində anadan
olmuşdur. |
1880 |
Ədibin ailəsi Ağbulaq kəndindən
Şuşaya köçür. |
1884 |
İlk dəfə tamaşaya gedən
Ə.Haqverdiyev səhnə əsəri yazmaq fikrinə düşür və “Hacı
Daşdəmir” adlı ilk əsərini yazır. |
1890 |
Şuşada Realni məktəbin
səkkizinci sinfini qurtarır. |
1891 |
Tiflisdə Realni
məktəbini bitirir. Bu mədəni mərkəz Ə.Haqverdiyevin dünya
görüşünün inkişafına böyük təsir göstərir. Rus ədəbiyyatında
mülkədar quruluşu əleyhinə yazılmış dramaların təsiri
altında Azərbayacan mülkədarlarının saxta yollarla varlanmaq
cəhtlərini tənqid edən “Nahaq qan” pyesini təbdil etmişdir.
Həmin il avqust ayında Ə.Haqverdiyev ali təhsil almaq üçün
Peterburqa gedir.
|
1892 |
“Yeyərsən qaz ətini, görərsən
ləzzətini” ilk orijinal komediyasını yazır. Peterburqun
mədəni həyatı, teatrları ona ciddi təsir göstərir. Xüsusi
ilə Aleksandrinski teatrı onun ən çox getdiyi ocaq olur.
Ə.Haqverdiyev Peterburqda 8 il Yollar institutunda oxuyur.
|
1896 |
Ə.Haqverdiyev Azərbaycan klassik
dramatur-giyasının ən yaxşı nümunələrindən sayılan “Da-ğılan
tifaq” əsərini bitirmişdir. 1896-cı illərdə yazıçı həmçinin
azad dinləyici sifəti ilə universitetin şərq fakültəsinə
davam edir.
|
1899 |
“Dağılan tifaq” ilk dəfə
Peterburqda nəşr edilir. Yazıçı ali təhsil aldıqdan sonra
Şuşaya qayıdır. İki il orada yaşayaraq xalq yaradıcılığı
nümunələrini toplamaqla məşğul olur. |
1900 |
Dramaturq Şuşada “Bəxtsiz cavan”
faciəsini yazır. Pyes həmin ildə tamaşaya qoyulur. |
1901 |
Ə.Haqverdiyev Şuşadan Bakıya
gəlir və mədəni həyatda fəal iştirak edir. Həmin ldə “Pəri
Cadu” əsərini bitirir. |
1904 |
Ədib Şuşa şəhər idarəsinə üzv
seçildiyindən oraya qayıdır. |
1905 |
“Millət dostları” pyesini
yazmışdır. Əsər “Həyat” qəzetində dərc olumuşdur. |
1906 |
Gəncə qəzasından Dövlət Dumasına
üzv seçilir. Yazıçı Petrburqa gedərək orada tədqiqat işi ilə
məşğul olur. |
1907 |
Həmin tədqiqatın nəticəsində
“Ağa Məhəmməd şah Qacar” adlı tarixi dram əsərini yazır.
Əsər həmin ildə səhnəyə qoyulur. Yazıçı “Molla Nəsrəddin”
jurnalında fəal və ardıcıl fəaliyyət göstərməyə başlayır.
“Xortdanın cəhənnəm məktubları” başlığı altında hissə-hissə
jurnalda çap etdirir. |
1908 |
“Bomba” hekayəsi “Molla
Nəsərddin” jurnalında çap edilir. |
1909 |
“Kimdir müqəssir” pyesini yazır. |
1910 |
“Marallarım” ümumi başlığı
altında yazdığı hekaylərin ilk nümunələri “Molla
Nəsrəddin”də çap olunur. |
1911 |
“Ac həriflər”, “Xəyalət”
pyeslərinin yazır. 1913-cü ilə qədər Tiflisdə çalışır,
Qafqazı, İranı, Türkistanı gəzir. |
1913 |
May ayının 24-də “Səfa” maarif
cəmiyyətinin sədri seçilir, 3 il Ağdamda yaşadıqdan sonra
yenidən Tiflisə qayıdır. Həmin ildə ədib Mirzə Ələkbər
Sabirin ölümünün 2 illiyi münasibəti ilə məqalə yazır və
“Molla Nəsrəddin” jurnalında çap etdirir. |
1916 |
Tiflisdə “Şəhərlər İttifaqının
Qafqaz şöbəsi əxbari” adlı rus dilində çıxan aylıq məcmuənin
müdiri vəzifəsində çalışır. |
1917 |
Borçalı qəzasına vəkil təyin
olunub Şulaver qəsəbəsinə gedir və ilyarım orada çalışır.
“Röya” və “Həmşəri pasportu” hekayələrini yazır. |
1919 |
Fevral ayında Dağıstana
və Ermənistana gedir. |
1920 |
Maarif Nazirliyində incəsənət
şöbəsinin müdiri vəzifəsində və eyni zamanda Dövlət
teatrlarında müfəttiş vəzifəsində çalışır. |
1921 |
Bu ildən başlayaraq 1931-ci ilə
kimi Əbdürrəhimbəy Haqverdiyev Azərbaycan Dövlət
Univer-sitetində ədəbiyyatdan və dildən mühazirələr oxuyur.
Yeni və gənc kadrların hazırlanmasında yaxından iştirak edir. |
1922 |
“Padşahın məhəbbəti” əsərini
yazmışdır. |
Azərbaycan Darülfünununda yerli
komitə sədri işləmişdir. |
1923 |
Azərbaycan Tədqiqat və Tətəbbə
cəmiyyətinin sədr müavini və sədri vəzifəsində işləmişdir. |
1926 |
“Ağac kölgəsində” və
“Vavaeyla” pyeslərini yazmışdır.
|
1927 |
“KöhnəDudman” əsərini
bitirmişdir. Haqverdiyevin ədəbi-ictimai fəaliyyətinin 35
illik yubileyi böyük təntənə ilə qeyd edilmişdir.
|
1928 |
Ədəbiyyat və incəsənət
sahəsindəki xidmətləri nəzərə alınaraq ona Əməkdar incəsənət
xadimi adı verilmişdir. |
1928 |
“Qadınlar bayramı” pyesini
yazmış, M.Qorki və A.P.Çexovdan etdiyi tərcümələri “İzergil
qarı” və “Dəşətli gecə” adı ilə kitab halında çap
etdirmişdir.
|
1932 |
Sovet yazıçıları üzvlüyünə qəbul
olunmuş, Azərbaycan Şura Yazıçıları cəmiyyətinin məsul
katibi vəzifəsində çalışmışdır. “Yoldaş Koroğlu”, “Çox
gözəl”. “Sağsağan” pyeslərini yazmış və ədəbi fəaliyyətinin
40 illiyi qeyd edilmişdir.
|
1933 |
Azərbaycan Mərkəzi İcraiyyə
Komitəsi ədibin xalq qarşısındakı böyük xidmətlərini nəzərə
ala-raq mayın 15-də Fəxri Fərmanla mükafat-landırmışdır. |
Dekabr ayının 11-də Bakıda vəfat
etmişdir.
|