Ağdam Dövlət Dram Teatrı 1902-ci ildə görkəmli dramaturq Əbdürrəhim bəy
Haqverdiyevin təşkilatçılığı ilə yaradılmışdır.Yerli ziyalıların da yaxından
köməkliyi sayəsində teatr 1904-cü ildə ilk
tamaşalarını-M.F.Axundovun”Sərgüzəşti-vəziri-xani-Lənkəran” və Əbdürrəhim bəy
Haqverdiyevin ”Dağılan tifaq” əsərlərini hazırlamışdır. Sonrakı illərdə ictimai
əsaslarla fəaliyyət göstərən teatr 1937-ci ildən Dövlət Dram Teatrı olaraq bir
çox maraqlı səhnə əsərləri ilə tamaşaçılar qarşısında uğurlu çıxışlar
etmişdir.1949-cu ildə ölkənin bir çox başqa teatrları kimi Ağdam Dövlət Dram
Teatrının da fəaliyyəti dayandırılmışdır.1968-ci ildə Azərbaycan SSR Nazirlər
Sovetinin müvafiq qərarı ilə bu sənət ocağı Əbdürrəhim bəy Haqverdiyev adına
Ağdam Dövlət Dram Teatrı kimi öz fəaliyyətini bərpa etmişdir.