1944-1954 |
– Bülbül adına
orta ixtisas musiqi məktəbinin fortepiano sinfində təhsil
almışdır. |
1954 |
– Üzeyir Hacıbəyov adına
Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq
fakültəsinə (Qara Qarayevin sinfinə) daxil olmuşdur. |
1957-1961 |
– Təhsilini
P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında
(Y.Şaporinin bəstəkarlıq sinfində) davam etdirmişdir. |
1959 |
– Skripka ilə fortepiano üçün yazdığı “Poema” adlı ilk not
kitabı “Azərnəşr”də Azərbaycan və rus dillərində çap
edilmişdir;
– Bəstəkar çox sevdiyi şairlərdən biri – Nazim Hikmətin
sözlərinə bir neçə romans bəstələmişdir. |
1961 |
– İlk dəfə böyük simfonik orkestr üçün “Simfoniya” əsərini
yaratmışdır;
– İlk əmək fəaliyyətinə Cəfər Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru kimi
başlamışdır. |
1962 |
– Kino
yaradıcılığına “Dağlarda zavod” sənədli filminə bəstələdiyi
mahnı ilə başlamışdır.
|
1963-1994 |
– Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (Bakı
Musiqi Akademiyası) müəllim kimi fəaliyyət göstərmişdir.
|
1965 |
– Atası –
yazıçı-dramaturq Sabit Rəhmanın Azərbaycan Dövlət Akademik
Dram Teatrında tamaşaya qoyulmuş “Yalan” pyesinə musiqi
yazmışdır;
–“Lirik mahnılar” adlı not kitabı “Azərnəşr”də Azərbaycan və
rus dillərində çap edilmişdir.
|
1966 |
–“Sonatina”
adlı not əsəri “Azərnəşr”də Azərbaycan və rus dillərində çap
edilmişdir.
|
1967-1968
|
– Müslüm
Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının
(Azərbaycan Dövlət Akademik Filarmoniyası) bədii rəhbəri
vəzifəsində çalışmışdır. |
1968 |
– Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqı MK-nın
“Ədəbiyyat və incəsənət sahəsində 1968-ci il üçün respublika
Lenin komsomolu mükafatının verilməsi haqqında” qərarı ilə
bəstəkar – vokal musiqisi sahəsində yeni parlaq əsərlər
yaratdığına görə Respublika Lenin Komsomolu mükafatına layiq
görülmüşdür. |
1970 |
– Atası Sabit
Rəhmanın vəfatından sonra bəstəkar özünə “Sabitoğlu”
təxəllüsünü götürmüşdür;
– “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Bizim
Cəbiş müəllim” bədii filminə musiqi bəstələmişdir;
– “Dərələr” adlı not əsəri “Azərnəşr”də çap edilmişdir. |
1971 |
– Xalq şairi
Bəxtiyar Vahabzadənin Azərbaycan Dövlət Akademik Dram
Teatrında Tofiq Kazımovun quruluşunda tamaşaya qoyulmuş
“Yağışdan sonra” pyesinə musiqi yazmışdır. |
1973 |
– Bəstəkarın
operetta janrında ilk və uğurlu təcrübəsi hesab olunan
“Hicran” operettasını yazmışdır (ssenari müəllifi: Sabit
Rəhman). |
1975 |
– “Bakı
sabahın xeyir” adlı mahnılar kitabı “İşıq” nəşriyyatında çap
olunmuşdur. |
1975-1979 |
–
Yazıçı-dramaturq Sabit Rəhmanın 6-cildlik “Seçilmiş
əsərləri”nin tərtibçisi olmuşdur. |
1978 |
– 23 iyunda
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən
Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsində
xidmətlərinə görə bəstəkar “Azərbaycanın Əməkdar incəsənət
xadimi” adına layiq görülmüşdür;
– Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasının (Bakı Musiqi Akademiyası) dosenti
seçilmişdir; |
1979 |
– Xalq
yazıçısı Anarın Azərbaycan Dövlət Akademik Dram Teatrında
(Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) tamaşaya
qoyulmuş “Adamın adamı” pyesinə musiqi bəstələmişdir;
– Oktyabrda Alma-Atada Ümumittifaq hərbi-vətənpərvərlik
musiqisinə həsr olunmuş Plenumda “Azərbaycanda
hərbi-vətənpərvərlik musiqisinin vəziyyəti” barədə çıxış
etmişdir. |
1980 |
– “Gözümdə
Leylisən” mahnılar kitabı “İşıq” nəşriyyatında çap
olunmuşdur. |
1983 |
– “Nəğməli
Könül” operettası Azərbaycan Dövlət Musiqili Komediya
Teatrında (Azərbaycan Dövlət Akademik Musiqili Teatrı)
tamaşaya qoyulmuşdur. (Librettosu: Xalidə Hasilova,
Rejissoru: Rafiq Atakişiyev). |
1984 |
–
Yazıçı-dramaturq Sabit Rəhmanın Azərbaycan Dövlət Akademik
Dram Teatrında (Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrı) tamaşaya qoyulmuş “Nişanlı qız” pyesinə musiqi
yazmışdır. |
1986 |
– Azərbaycan
KP MK və Azərbaycan SSR Nazirlər Soveti “Bəstəkar Emin Sabit
oğlu Mahmudova “Atları yəhərləyin” bədii filmi üçün
Azərbaycan SSR-in 1986-cı il Dövlət mükafatının verilməsi
haqqında” qərar imzalamışdır;
– “Nə gözəldir Azərbaycan” əmək qəhrəmanları haqqında
mahnılar kitabı “İşıq” nəşriyyatında çap olunmuşdur. |
1987 |
– Müslüm
Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
(Azərbaycan Dövlət Akademik Filarmoniyası) bəstəkarın
anadan olmasının 50 illik yubileyi ilə əlaqədar müəllif
gecəsi keçirilmişdir. |
1990 |
– Sabit
Rəhmanın “Vəfasız” adlı povestlər və hekayələr kitabını
tərtib edərək “Gənclik” nəşriyyatında çap etdirmişdir. |
1992 |
– Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (Bakı Musiqi
Akademiyası) professoru seçilmişdir. |
1993 |
– Sabit Rəhman
haqqında “Gülüş gözəllikdir” adlı məqalələr, xatirələr
kitabını tərtib edərək “İşıq” nəşriyyatında çap etdirmişdir. |
1994-2000 |
– Ömrünün
sonuna qədər Türkiyə Respublikasın-da öz pedaqoji
fəaliyyətini davam etdirərək İstanbul Texniki
Universitetinin “Türk xalq musiqisi” şöbəsində çalışmışdır.
|
1997 |
– 12 dekabr
tarixində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev
“E.S.Mahmudovun (Emin Sabitoğlunun) “Şöhrət” ordeni ilə
təltif edilməsi haqqında” fərman imzalamışdır;
– Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev bəstəkara
60 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlamışdır;
– Yazıçı-dramaturq Sabit Rəhmanın “Komediya-lar” adlı
kitabını tərtib edərək “Azərnəşr”də çap etdirmişdir.
|
2000 |
– 28 oktyabrda
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin
“Azərbaycan Respublikası mədəniyyət xadimlərinə fəxri
adların verilməsi haqqında” fərmanı ilə Azərbaycan
mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Mahmudov Emin
Sabit oğluna “Xalq artisti” fəxri adı vermişdir;
– Yazıçı-dramaturq Sabit Rəhmanın 90 illik yubileyi ilə
əlaqədar Türkiyədən vətənə qayıtmışdır;
– 18 noyabrda Bakıda vəfat etmişdir və ikinci Fəxri
Xiyabanda dəfn olunmuşdur. |
2001 |
– Azərbaycanda
teatr sənətinin inkişafında fəal iştirakına görə Azərbaycan
Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatına layiq
görülmüşdür;
– İstanbul Böyük Şəhər Bələdiyyəsinin Mədəniy-yət İşləri
İdarəsində bəstəkarın xatirəsinə həsr olunmuş gecə
keçirilmişdir.
|
2002 |
– Tərtib etdiyi
Sabit Rəhmanın “Gülüş gözəllikdir” adlı məqalələr, xatirələr
kitabı “Qapp-Poliqraf” nəşriyyatında çap edilmişdir;
– Tərtib etdiyi Sabit Rəhmanın 2-cildlik “Seçilmiş
əsərləri”nin birinci və ikinci cildləri “Qapp-Poliqraf”
nəşriyyatında çap edilmişdir. |
2003 |
– Bakı Musiqi
Akademiyasında Emin Sabitoğlu-nun 65 illik yubileyinə həsr
olunmuş elmi-nəzəri konfrans keçirilmişdir. |
2007 |
– 27 iyulda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Emin
Sabitoğlunun xatirəsinin əbədiləşdirilməsi haqqında”
sərəncam imzalamışdır;
– 18 dekabrda Azərbaycanın Xalq artistinin, bəstəkarın 70
illik yubileyi ilə əlaqədar yaşadığı binanın fasadına
vurulmuş xatirə lövhəsinin açılışı olmuşdur;
– 18 dekabrda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında
(Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) Emin
Sabitoğlunun 70 illik yubileyinə həsr olunmuş təntənəli gecə
keçirilmişdir.
|
2008 |
–
Yazıçı-publisist Südabə Sərvin bəstəkarın həyat və
yaradıcılığına həsr etdiyi “Bu dənizin gözü yaşlı sənsiz”
adlı kitabını çap etdirmişdir. |
2012 |
–“Azərbaycan
Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti
tərəfindən görkəmli bəstəkara həsr olunmuş “Gün keçdi”
qısametrajlı sənədli televiziya filmi istehsal olunmuşdur.
(Ssenari müəllifləri: Ceyran Mahmudova, Yaqub Əlioğlu;
Rejissorlar: Tariyel Vəliyev, Elnurə Kazımova);
– 30 oktyabrda Azərbaycan Bəstəkarlar İttifaqın-da görkəmli
bəstəkarın anadan olmasının 75 illiyinə həsr edilmiş
“Düşürsən yadıma yağanda yağışlar...” adlı xatirə gecəsi
keçirilmişdir;
– Musiqili Komediya Teatrında Emin Sabitoğlunun xatirəsinə
həsr olunmuş “Görüşdük nə çətin, ayrıldıq nə asan...” adlı
gecə keçirilmişdir;
– Dövlət Film Fondu və Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə
görkəmli bəstəkarın anadan olmasının 75 illiyinə həsr
edilmiş xatirə gecəsi keçirilmişdir. |
2014 |
– Professor,
sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi
İmruz Əfəndiyevanın “Emin Sabitoğlu” adlı kitabı “Şərq-Qərb”
nəşriyyatında çap etdirmişdir. |
2016 |
– Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə Sənətşünaslıq üzrə elmlər
doktoru, professor Ceyran Mahmudovanın bəstəkarın həyatı və
yaradıcılığının əsas istiqamətləri, musiqili səhnə əsərləri,
simfonik əsərlər, kinofilmlərə yazdığı musiqilər və
mahnıları əks olunan “Emin Sabitoğlu” adlı kitabı
“Şərq-Qərb” nəşriyyatında çap olunmuşdur;
– Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində bəstəkarın
xatirəsinə həsr olunmuş “Gün keçdi” adlı tədbir
keçirilmişdir. |
2017 |
– 5 avqustda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Emin
Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında”
sərəncam imzalamışdır;
– Professor Ceyran Mahmudovanın tərtib etdiyi və ön söz
yazdığı “Əlvida” adlı mahnılar kitabı “Şərq-Qərb”
nəşriyyatında çap olunmuşdur;
– Heydər Əliyev Sarayında yüzlərlə unudulmaz və sevilən
mahnının müəllifi, görkəmli bəstəkar, Xalq artistinin
mahnılarından ibarət konsert proqramı keçirilmişdir;
– Noyabrın 29-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət
Teatr Muzeyi ilə birlikdə Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyində görkəmli bəstəkarın anadan olmasının 80
illiyinə həsr olunmuş tədbir keçirilmişdir;
– Dekabrın 1-də Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan
Bəstəkarlar İttifaqı ilə birgə M.Maqomayev adına Azərbaycan
Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkarın 80
illiyinə həsr edilmiş tədbir keçirmişdir. |
2019 |
– Azərbaycan
Diplomatiya Akademiyasında “İrs” tələbə klubunun təşəbbüsü
ilə Sabit Rəhman və Emin Sabitoğlunun yaradıcılığına həsr
olunmuş tədbir keçirilmişdir;
– 5 noyabrda Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət
Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə
fakültəsinin təşəbbüsü ilə unudulmaz bəstəkarın xatirə
gecəsi keçirilmişdir.
|
2022 |
– Emin
Sabitoğlunun anadan olmasının 85 illik yubileyidir;
– 15 oktyabrda Mədəniyyət Nazirliyinin dəstəyi ilə Heydər
Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Emin
Sabitoğlunun (1937-2000) 85 illik yubiley gecəsi
keçirilmişdir;
– 85 illik yubileyi münasibətilə M.F.Axundov adına Milli
Kitabxana tərəfindən “Emin Sabitoğlu” adlı elektron məlumat
bazası hazırlanmışdır;
– M.F.Axundov adına Azərbaycan Milli Kitabxana tərəfindən
“Milli musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının
fondundan” layihəsində Violino və fortepiano üçün yazdığı
“Poema” adlı ilk not kitabı təkrar nəşr edilmişdir
(layihənin rəhbəri Kərim Tahirov);
– M.F.Axundov adına Azərbaycan Milli Kitabxana tərəfindən
“Milli musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının
fondundan” layihəsində fortepiano üçün yazdığı “Sonatina”
adlı not kitabı təkrar nəşr edilmişdir (layihənin rəhbəri
Kərim Tahirov);
– M.F.Axundov adına Azərbaycan Milli Kitabxana tərəfindən
“Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Emin
Sabitoğlu” biblioqrafiyası tərtib olunmuşdur;
– Professor Ceyran Mahmudovanın tərtib etdiyi və ön söz
yazdığı “Romanslar” adlı not məcmuəsi “Zərdabi Nəşr”
nəşriyyatında çap olunmuşdur;
– 14 noyabrda Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə
Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli
bəstəkar Emin Sabitoğlunun 85 illik yubiley gecəsinə həsr
olunmuş “Gəl qoşulaq durnalara” adlı konsert təqdim
edilmişdir (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin tələbələrinin iştirakı ilə).
|