Azərbaycanı dünyaya tanıdan milli
bəstəkarlıq məktəbinin ən layiqli
nümayəndələrindən biri olan Fikrət
Əmirov sağlığında ölməzlik qazanmış
sənətkarlardandır. Onun yaradıcılığı ХХ
əsr Azərbaycan musiqi tarixinin ən
parlaq səhifələrindəndir.
Bəstəkarın yaradıcılıq ideyaları,
fikirləri geniş dinləyici auditoriyasına
ünvanlanmışdır. «Mən həmişə arzulamışam
ki, Azərbaycan musiqisi Yer kürəsinin
hər bir nöqtəsində səslənsin. Çünki
xalqın musiqisi ilə onun özü haqqında
fikir yaratmaq olar. Əgər mən bütün
həyatımın bu arzusunu qismən də olsa
həyata keçirə bilsəm özümü xoşbəxt
sanardım», deyən Fikrət Əmirov sözün
əsil mənasında xoşbəxt sənətkardır.
Çünki onun arzusu sağlığında ikən həyata
keçmişdir.
Fikrət Əmirovun əsərləri yarandığı
dövrdən Yer kürəsində «səyahət» edərək
təkcə ölkəmizdə deyil, həm də Rusiya,
Amerika Birləşmiş Ştatları, Almaniya,
İngiltərə, Fransa, Meksika, İran,
Türkiyə, Misir, İsveç, Mərakeş və başqa
ölkələrdə böyük müvəffəqiyyətlə
səslənmiş və dinləyicilərin böyük
rəğbətini qazanaraq Azərbaycan
mədəniyyətinin nailiyyətlərini nümayiş
etdirmişdir.
Bəstəkarın musiqisi Niyazi (Azərbaycan),
Natan Raxlin, Nikolay Anosov, Gennadi
Rojdestvenski, A.Staseviç, Yevgeni
Svetlanov (Rusiya), Leopold Stakovski
(ABŞ), Şarl Münş (Fransa), German
Abendrot (Almaniya) kimi dünya şöhrətli
dirijorların ifasında «Karneqi Holl»
(NyuYork), «Royal Festival Holl»
(London) və başqa məşhur konsert
salonlarında səslənmişdir.
Fikrət Əmirovun musiqisi öz coşqunluğu,
ehtirası, təsirli ifadə gücü,
melodikliyi, zəngin harmoniya və orkestr
çalarları ilə dinləyicini valeh edir.
Əmirov insanın sevincini və kədərini,
onun həyəcanlarını, əzablı
axtarışlarını, Vətəninə, xalqına, doğma
təbiətə, xalq yaradıcılğına dərin
məhəbbətini yüksək səmimiyyətlə ifadə
edir. Bəstəkar musiqi vasitəsilə insanın
zəngin daxili aləmini xoş xəyallardan
faciəvi ümidsizliyə kimi rəngarəng
obrazlarla təcəssüm etdirir.
Fikrət Əmirov dünya musiqi sənətində ən
görkəmli melodist bəstəkarlarla bir
səviyyədə durmağa layiq bəstəkardır.
Dahi rus bəstəkarı D.Şostakoviç bu haqda
belə deyirdi: «Melodiya Fikrət Əmirov
musiqisinin canıdır». Bəstəkarın bütün
əsərləri geniş ahəngdarlığı,
təkraredilməz melodiyaları ilə seçilir.
Onun instrumental əsərləri belə vokal
təbiətlidir.
Fikrət Əmirov lirik bəstəkardır. Onun
musiqisində ideya, məzmun, forma
baxımından asılı olmayaraq lirika həmişə
aparıcı amil olmuş, bəstəkarın bütün
yaradıcılığına sirayət etmişdir.
Onun əsərlərində dramatik, epik
obrazlar, fəlsəfi düşüncələr belə lirik
planda verilmişdir. Əmirov musiqisində
zərif, incə lirikadan romantik
ehtiraslılıq, ekspressiyaya kimi
müxtəlif boyalı lirikaya rast gəlmək
olar.
Fikrət Əmirov Azərbaycan musiqi tarixinə
əsil novator, yeni janr, yeni mövzular
gətirmiş bir sənətkar kimi daxil
olmuşdur.
Xalqının qədim və zəngin musiqi
təfəkkürünü, dahi Üzeyir Hacıbəylinin
ənənələrini və müasir bəstəkarlıq
məktəbinin yaradıcılıq prinsiplərini
dərindən mənimsəyən Fikrət Əmirov
əsərləri ilə milli simfonik musiqidə
yeni səhifə açdı, milli şərq
simfonizmini yaratdı. Onun «Şur»,
«Kürd-ovşarı», «Gülüstan-Bayatı Şiraz»
simfonik muğamları, «Nizami»
simfoniyası, «Azərbaycan» süitası,
«Sevil» operası, «Min bir gecə» baleti,
«Azərbaycan kapriççiosu», «Nəsimi»
xoreoqrafik poeması, «Simfonik rəqslər»,
vokal-instrumental əsərləri dünya musiqi
mədəniyyəti xəzinəsinə
dəyərli töhfə olmuş, musiqimizin qızıl
fonduna daxil edilmişdir.
Dahi Azərbaycan bəstəkarı Qara Qarayev
Fikrət Əmirovun sifmonik mövzuları
haqqında 1948-ci ildə belə yazırdı:
«Şur» və «Kürd-ovşarı» simfonik
muğamlarının ifası respublikamızın
musiqi həyatında görkəmli hadisədir.
Fikrət Əmirovun yaradıcılıq işinin
müvəffəqiyyəti ondadır ki, o, xalq
dühasının əsrlərlə yaratdığı bütün
xüsusiyyətləri saxlamaqla bərabər,
muğamlara yeni məzmun verə bilmişdir.
Ölməz musiqi poemaları onun təfsirində
yeni tərzdə səslənir. Əmirov öz
vəzifəsini dərindən dərk edərək zəngin
məzmunlu, xəlqi dilli, orijinal formalı
simfonik əsərlər yaratmışdır».
F.Əmirovun simfonik muğamları ümumavropa
simfonizminin bədii formalarından
«ayrılaraq» tamamilə yeni üslub və yeni
janr əmələ gətirmiş, bununla da milli
simfonizmi dünya incəsənəti səviyyəsinə
qaldırmışdır.
Muğamın lad-tonal sxemini,
improvizasiyalı ifadə quruluşunu qoruyub
saxlamaqla yanaşı, F.Əmirov Şərq
simfonik musiqisinin inkişafı üçün yeni
bir yol açan, məzmun, forma və musiqi
dili etibarilə müasir simfonik əsərlər
yaratmışdır.
1948-ci il avqustun 8-də Bakıda
Niyazinin idarəsilə Azərbaycan Dövlət
Simfonik orkestrinin ifasında ilk dəfə
səsləndikdən sonra «Şur» və
«Kürd-ovşarı» simfonik muğamlarının
bütün dünyaya təntənəli yürüşü başladı.
1971-ci ildə Moskvada Fikrət Əmirovun
«Gülüstan-Bayatı Şiraz» simfonik
muğamını dinləyən tanınmış rus
musiqişünası Boris Yarustovski
konsertdən sonrakı musahibəsində
demişdir: «Biz hamımız Fikrət Əmirovun
indicə dinlədiyimiz yeni muğamının
təsiri altındayıq. Bu əsər onun ilk
simfonik müğamlarındakı yaradıcılıq
prinsiplərinin ardıcıl inkişafıdır.
«Bayatı Şiraz»ın kompozisiyası görkəmli
Azərbaycan bəstəkarının istedadının yeni
yaradıcılıq hüdudlarını açır. Əmirov
xalq musiqisindən ilhamlı əsərləri üçün
mənbə kimi istifadə etməyi bacarır və öz
əsərlərində xalq müdrikliyini yüksək
peşəkarlıqla uyğunlaşdırır. «Bayatı
Şiraz»da Şərq və Qərb musiqi
mədəniyyətinin bir-birinə yaradıcı
təsirini görən xarici musiqiçilər
bəstəkarın yaradıcılığının məhz bu
cəhətini yüksək qiymətləndirmişlər».
Əvvəlki muğamlardan fərqli olaraq
«Gülüstan-Bayatı Şiraz»ın partiturasına
daxil edilmiş monoloq tərzli vokaliz
xalq muğamının obrazlı-emosional
xüsusiyyətlərini ifadə edərək lirik
obrazların subyektivliyini daha da
gücləndirir.
Fikrət Əmirovun yaradıcılıq diapazonunun
çox geniş olmasına baxmayaraq, iki janr
simfonik və səhnə musiqisi bəstəkarın
böyük müvəffəqiyyət qazandığı sahələrdən
biridir. Dahi Azərbaycan şairi Nizaminin
yubileyi münasibətilə yazdığı simli
alətlər üçün «Nizami» simfoniyası
bəstəkarın böyük Nizami dühasına, şairin
şəxsiyyətinə olan dərin məhəbbətinin
ifadəsidir.
Orkestr yazısının görkəmli
sənətkarlarından olan, öz dəst-xəttinə
malik mahir kolorit ustası F.Əmirov bu
simfoniyada eynicinsli alətlərin tembr
birləşmələrindən istifadə edərək
rəngarəng effektlər əldə etmiş, dahi
şairin poetik obrazını böyük ustalıqla
yaratmışdır. Simfoniya ahəngdarlığı,
musiqi palitrası, dinamik və intensiv
inkişafı, harmonik dilinin əlvanlığı ilə
geniş dlinləyici kütləsinin rəğbətini
qazanmış, Azərbaycan musiqi
mədəniyyətində görkəmli yer tutmuşdur.
«Nizami» simfoniyasını 1965-ci ildə
Londonun «Royal Festival Holl» salonunda
dinləyən otuz bir min dinləyici ecazkar,
özünəməxsus tembrli musiqidən, parlaq
temperamentli melodizmdən heyran
olmuşdular.
Firkət Əmirovun «Sevil» operası müasir
mövzuda lirik-psixoloji janrda yazılmış
ilk Azərbaycan operası olmaqla,
respublikada opera sənətinin inkişafında
mühüm mərhələ oldu və bəstəkarın
novatorluğunu bir daha nümayiş etdirdi.
Müasir mövzuya müraciət edən bəstəkar
opera səhnəsinə şəhər məişətini, yeni
ifadə vasitələri tələb edən yeni mühiti
gətirmişdir. F.Əmirovun yaradıcılığının
əsas ifadə vasitəsi olan melodiya,
operanın musiqisində emosional başlanğıc
rolunu oynayır. Operanın musiqisi
dolğunluğu, zəngin harmonik dili,
orkestr rəngarəngliyi, simfonikləşmə
tendensiyaları ilə diqqəti cəlb edir.
Bəstəkar operada müxtəlif musiqi
formalarını ariya, ariozo, reçetativlər,
ansambl, xor epizodlarını böyük
sərbəstlik və ustalıqla istifadə
etmişdir. Operanın musiqisində mühüm rol
oynayan leytmotivlər qəhrəmanların
səciyyəsində böyük əhəmiyyət kəsb edir.
«Sevil» Ü.Hacıbəylinin «Koroğlu»
operasından sonra yaranmış ən uğurlu və
ilk tamaşalardan bu günə kimi gözəl
sənət əsəri olaraq qalır. Operanın
dirijoru, bəstəkar Əfrasiyab Bədəlbəyli
1953- cü ildə yazırdı: «Opera teatrının
kollektivi böyük həyəcan və yaradıcılıq
hissi ilə «Sevil» operas üzərində işə
başladı. Bu, Cəfər Cabbarlının pyesi
üçün inandırıcı musiqi həllini tapmış
bəstəkarın böyük yaradıcılıq uğurudur.
ü, yüksək peşəkarlıq səviyyəli opera
yaratmışdır. operanın dəyərli cəhəti
ondadır ki, bəstəkar qəhrəmanların şəxsi
taleyini deyil, məhz yüksək vətəndaşlıq
pafosu ilə sosial dramını ön plana
çəkmişdir».
«Muzıkalnaya jizn» jurnalı 1959-cu ildə
yazırdı: «F.Əmirovun «Sevil» operası
nəinki Azərbaycan, həmçinin bütün
çoxmillətli sovet musiqisinin
nailiyyətidir».
Fikrət Əmirov məşhur «Min bir gecə»
nağılları mövzusuna müraciət edərkən
artıq Rimski-Korsakovun «Şəhrizad» kimi
dahiyanə simfonik süitası mövcud idi.
Tanınmış musiqişünas Pavel Xuçuanın
sözləri ilə desək, bu süjetə müraciət
etmək istəyən bəstəkar «böyük
yaradıcılıq cəsarəti, yüksək peşəkarlıq,
ustalıq və zəngin Şərq musiqisinin incə,
təbii hisslərinə malik olmalı idi».
Bütün bu keyfiyyətlərin hamısı Fikrət
Əmirova xas idi.
Baletin librettosuna daxil edilmiş üç
nağılın hər biri («Sindbad və sehirli
Ruh quşu», «Ələddin və gözəl Budur»,
«Əlibaba və qırx quldur») sərbəst nağıl
olmaqla bərabər, bəstəkara xas böyük
ustalıqla monolit bir əsər şəklində
təqdim olunmuşdur.
Əsərin partiturası milli ruhla aşılanmış
zəngin, parlaq çalarlarla dolu
melodikası, ladintonasiya, harmoniya,
metroritmik xüsusiyyətləri ilə diqqəti
cəlb edir. Rəqs ritmlərinin alovlu
dinamikası, muğam-improvizasiya
səhifələrinin
dolğun təhkiyəsi, incə mahnı lirikası
məşhur nağıllara yeni həyat verdi.
Baletin musiqi dilində Azərbaycan və
ərəb folklorundan yaranan intonasiya və
ritmlərin üzvi sintezi özünü aydın
büruzə verir.
Balet 1979-cu ildə Azərbaycan Opaera və
Balet Tetarında tamaşaya qoyulduqdan
sonra Moskva, Leninqrad, Tbilisi, Qorki,
Novosibirsk, Dnepropetrovsk
şəhərlərində, Bolqarıstan, Mərakeş,
Misirdə uğurla nümayiş etdirilmiş və
bəstəkara şöhrət qazandırmışdır.
Fikrət Əmirov «Gözün aydın»,
«Ürəkçalanlar» musiqili komediyalarının,
«Şeyx Sənan», «1905-ci ildə», «Vaqif»,
«Xanlar», «Cavanşir» və başqa dram
tamaşalarına, «Böyük dayaq», «Səhər»,
«Mən ki gözəl deyildim» kinofilmlərinə
yazılmış musiqinin də müəllifidir.
Bəstəkarın «Səhər» filminin musiqisi
əsasında yazdığı «Azərbaycan
kapriççiosu» «Rus simfonizminin ən yaxşı
ənənələrində yazılmış və üslub etibarilə
P.Çaykovskinin «İtalyan kapriççiosu»na
yaxın olan bir əsər kimi səciyyələnir»
(A.Staseviç).
«Azərbaycan» süitası, «Simfonik
rəqslər», «Simfonik qravürlər», «Nəsimi
haqqında dastan» F.Əmirovun simfonik
orkestrin ifadə imkanlarını böyük
həssaslıqla duyan, zəngin yaradıcılıq
təxəyyülünə malik bir sənətkar nümayiş
etdirir.
Vokal janrı Fikrət Əmirovun
yaradıcılığında əsas yer tutmasa da
bəstəkarın daim diqqət mərkəzində
olmuşdur. O, üç romans və müxtəlif
janrda iyirmi beşdən artıq mahnının
müəllifidir. Əmirov romans və mahnı
janrlarına xas olan üslub
xüsusiyyətlərini saxlayaraq onları
özünəməxsus müasir səslənmə ilə
dolğunlaşdırır, fərdimləşdirir.
Bəstəkarın vokal lirikasının digər
əhəmiyyətli xüsusiyyəti onun xalq musiqi
mənbələrindən, xüsusilə də muğam
intonasiyalarından böyük məharətlə və
istedadla istiafdə etməsidir.
H.Cavidin «Şeyx Sənan» pyesinə yazılmış
musiqidən «Kor ərəbin mahnısı» buna
misaldır. «Gülüm», «Ulduz», «İki sahil»
romansları, «Sevdiyim yardır mənim»,
«Gülərəm gülsən», «Baharımsan», «Mən
səni araram», «Göygöl» kimi mahnılar bu
janrın gözəl nümunələrindəndir. Вəstəkar
mahnılarında Nizami, Мəmməd Səid
Ordubadi, Aleksandr Puşkin, Mixail
Lermontov, Səməd Vurğun, Тə1əТ Əyyubov,
Süleyman Rüstəм, Zeynal Cabbarzadə və
başqa görkəmli şair1ərin şeirlərinə
miüraciət etmişdir.
Fikrət Əmirovun yaradıcılıq irsində
fortepiano üçün əsərləri də xüsusi yer
tutur. Onun «Uşaq lövhələri», «On iki
miniatür» si1si1ə1əri, prelüdləri,
ekspromtları, variasiyaları bir çox
pianoçunun repertuarında, е1əсə də
tədris proqramlarında özünəməхsus yer
tutmaqla, milli fortepiano musiqimizi
daha da zəngin1əşdirmişdir.
Fiкrət Əmirov dahi bəstəкar olmaqla
yanaşı, həм də görкəmli musiqi-ictimai
xadim idi. O, ayrı-ayrı i11ərdə müхtə1if
musiqi-yaradıcı təşкi1atlara rəhbər1ik
etmişdir. Azərbaycan Döv1ət
Filarmoniyasının bədii rəhbəri, Mirzə
Fətə1i Axundov adına Opera və Balet
Teatrının direktoru, SSRİ və Azərbaycan
Bəstəкar1ar İttifaqlarının katibi,
Azərbaycan Respublikası Elmlər
Akademiyasının müxbir üzvü olmuş,
Azərbaycan Respublikası Ali Sovetinə
(IV, VII çağırış) deputat seçilmişdir.
Bəstəkarlar İttifaqına rəhbərlik etdiyi
dövrdə F.Əmirov İttifaqın keçirdiyi
plenum və qurultaylarda musiqi
mədəniyyəti, bəstəkar yaradıcılığı,
musiqimizin ən aktual problemləri ilə
bağlı çıxışlarında maraqlı fikirlərini
həmkarları ilə bölüşürdü. Onun dövri
mətbuatda nəşr olunmuş məqalələri ustad
sənətkarın estetik baxışları, dərin
təfəkkürü, narahat qəlb döyüntüləri,
vətəndaş mövqeyinin aydın təhzahürüdür.
«Qurultayda nə deyərdim?», «Musiqi
tərbiyə vasitəsidir», «Simfonik
musiqimizə bir nəzər», «Musiqi
mədəniyyəti irsimizi öyrənmək naminə»,
«Ölməz sənətkar», «İfaçılıq
tələbkarlıq», «Gənclərə ürək sözüm» kimi
çıxışlara nəzər yetirmək kifayətdir.
Azərbaycan musiqi mədəniyyətinin
inkişafında göstərdiyi misilsiz
xidmətlərinə görə Fikrət Əmirov SSRİ və
Azərbaycan xalq artisti, SSRİ və
Azərbaycan Dövlət mükafatları laureatı,
Sosialist Əməyi Qəhrəmanı fəxri adlara
layiq görülmüş, iki Qırmızı Əmək Bayrağı
ordeni ilə təltif olunmuşdur.
Ömrünün sonuna kimi daim yeni-yeni
ideyalar, planlar, yeni əsərlər yaratmaq
eşqi ilə yaşayan bəstəkar bu gün
aramızda olmasa da, onun ölməz musiqisi,
yaratdığı şah əsərlər Azərbaycan
xalqının milli sərvəti olaraq həmişə
yaşayacaq və öz müəllifini də əbədi
yaşadacaq.
Öz lirası ilə bütün dünyanı fəth edən
qədim əsatir qəhrəmanları kimi Fikrət
Əmirov da doğma incəsənətini ümumbəşər
səviyyəsinə ucaldaraq müasir Azərbaycan
musiqi mədniyyətində fəxri yer
qazanmışdır.
Zemfira Abdullayeva,
sənətşünaslıq namizədi, professoru