Fikrət Əmirov (film, 1985)

Film Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun yaradıcılığına həsr olunmuşdur. Kinolentdə bəstəkarın ölümündən bir qədər əvvəl çəkilmiş kinoxronikadan, fotoşəkillərdən istifadə edilmişdir. Kino əsərinə "Sevil" operasından, "Min Bir Gecə" baletindən ayrı-ayrı səhnələr, Rəşid Behbudovun, Nəbi Xəzrinin, Tixon Xrennikovun xatirələri daxil edilmişdir.

Ssenari müəllifi:

Ayaz Vəfalı

Rejissor:

Cahangir Zeynallı

Operator:

Tofiq Sultanov, Şərif Şərifov

Səs operatoru:

Şamil Kərimov

Janr:

Sənədli
Qısametrajlı
Bioqrafik

Ölkə:

Azərbaycan

İstehsalçı qurum:

"Azərbaycanfilm" Kinostudiyası

Filmin növü:

Qısametrajlı Sənədli Film

Rəng:

Rəngli

İl:

1985