Böyük dayaq (film, 1962)
Məzmun
Əsərdə olduğu kimi, kinoromanda da ciddi siyasi, əxlaqi və tərbiyəvi
problemlər qaldırılmışdır. Burada kənd təsərrüfatında gedən
dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik
üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır. Sosial
dramın əsas qayəsi : yalnız xalqa, kollektivə arxalanan rəhbər işçilər
qarşılarına qoyduqları məqsədə çata bilərlər.
Film haqqında
Film aktrisa Tamilla Rüstəmovanın kinoda ilk işidir.
Film aktyor Həsən Məmmədovun kinoda ilk işidir.
Film Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında
çəkilmişdir.
Film boyu Ələsgər Ələkbərov (Rüstəm kişi) bir çox kadrlarda at üstündə
olur. Lakin ortaya problem çıxır. Ələsgər Ələkbərovun böyrəkləri xəstə
olduğu üçün at minə bilmir. Xeyli götür-qoydan sonra filmin operatoru
çıxış yolu tapır: Çəkiliş meydançasına gətirilən yük maşınında yəhər
quraşdırıb, çəkilişi aparmağa başlayır. Filmə baxanların da heç ağlına
gəlmir ki, Rüstəm kişi atsız yəhərin üstündə çapır. Qeyd edək ki, film
ekranlara çıxarkən artıq Ələsgər Ələkbərov dünyasını dəyişmişdi. Böyük
aktyora özünün ekranda yaratdığı gözəl rollarından birini – Rüstəm
kişini görmək qismət olmadı.
Filmin bəstəkar : Fikrət Əmirov

|