F.Əmirov adına Azərbaycan Dövlət
Mahnı və Rəqs ansamblı 1938-ci ildə Azərbaycan klassik musiqisinin
banisi Üzeyir Hacıbəyov tərəfindən yaradılıb. Müxtəlif dövrlərdə
kollektivə Ü.Hacıbəyovla yanaşı azərbaycanın tanınmış bəstəkarlarından
Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov,
Telman Hacıyev və Ramiz Mirişli rəhbərlik edib.
Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa
Məmmədov, Roza Cəlilova, Aliyə Ramazanova, Afaq Məlikova, Kamil Dadaşov,
Əlikram Aslanov, Nadir Məmmədov və başqa görkəmli rəqs ustaları yetişib.
Ansamblın repertuarını Azərbaycan və dünya xalqların mahnı rəqsləri, xor
əsərləri təşkil edir.
2000-ci ilin yanvar ayından ansamblın nəzdində Azərbaycan Dövlət Xalq
Çalğı alətləri fəaliyyət göstərir.
Mahnı və rəqs ansamblının bədii rəhbəri və dirijoru Ağaverdi Paşayevdir.
O, xalq mahnıları, rəqslərinin qorunmasının və tədqiqinin yorulmaz
təbliğatçısıdır.
Azərbaycan musiqi mədəniyyətin təbliğində müstəsna xidmətlərinə görə
ansambl 13 iyul 1958-ci ildə "Əməkdar kollektiv" fəxri adına layiq
görülüb.
|
|