E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

GƏNCƏ ŞƏHƏRİ FİKRƏT ƏMİROV ADINA 1 SAYLI MUSİQİ MƏKTƏBİ


Məktəbin adı: Fikrət Əmirov adına 1 saylı Uşaq Musiqi Məktəbi

Ünvanı: Gəncə şəhəri, Nizami küçəsi 68
Əlaqə telefonu: (022) 56-79-44; 56-42-92
Fəaliyyətə başladığı il: 1923-cü il

Məktəbdə 4 şöbə fəaliyyət göstərir: fortepiano şöbəsi, simli və nəfəsli alətlər şöbəsi, xalq çalğı alətləri və nəzəriyyə şöbəsi.

İxtisaslar: Fortepiano, skripka, tar, kamança, qarmon, nağara, səs-muğam, vokal, kanon, klarnet, truba, saz

1923-cü ildən başlayaraq bu məktəbə Məşədi Cəmil Əmirov, Həmzə Əliyev, İsax Bağırov, Fikrət Əmirov, Tağı İsazadə, Zinaida Kərimova, Abbasəli Əliyev, Nürəddin Əhmədov və başqaları rəhbərlik etmişlər. Dünya şöhrətli bəstəkarlar Fikrət Əmirov, Telman Hacıyev, Qənbər Hüseynli, Faiq Nağıyev, dirijor Xalq artisti Nəriman Əzimov, Xalq artisti Azad Əliyev, professor Bayandur Mehdiyev vaxtı ilə bu məktəbdə təhsil almışlar.

Məktəbin musiqi kollektivləri şəhərdə keçirilən tarixi bayramlarda, şəhər əhalisinin asudə vaxtının səmərəli keçməsi üçün təşkil olunan istirahət konsertlərində, şəhər günündə, yubileylərdə, “N” saylı hərbi hissələrdə, qocalar evində, uşaq və körpələr evlərində maraqlı konsert proqramı ilə çıxış edirlər.



<< Geri