E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

FİKRƏT ƏMİROV ADINA
GƏNCƏ DÖVLƏT FİLARMONİYASI


Gəncədə fəaliyyət göstərən konsert kompleksi. Filarmoniya binası 2012-2017-ci illərdə Cavad xan və Həsən bəy Zərdabi küçələrinin kəsişməsində memar Ramiz Hüseynovun layihəsi əsasında inşa edilib.

Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə qoyulub. 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasının fəaliyyətinə xitam verilir, lakin, 1990-cı ildən Gəncədə Dövlət Filarmoniyası yenidən fəaliyyətə başlayır

Gəncə Dövlət Filarmoniyası Fikrət Əmirovun adınadır. Fikrət Əmirov bir dövr burada çalışmışdır. Yeni bina inşa olunduqdan sonra filarmoniyaya bəstəkarın adı verilib. Burada, eyni zamanda, 1100 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja vardır. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub



<< Geri