Firuzabad — Azərbaycan Respublikasının Göygöl rayonunun Quşqara inzibati ərazi vahidində qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi qoyunçuluğun inkişafı ilə əlaqədar 1949-cu ildə yaranmışdır. Qəsəbəyə akademik Firuz Məlikovun (1902-65) adı verilmişdir.