E L E K T R O N M Ə L U M A T B A Z A S I

HƏYAT VƏ YARADICILIĞININ ƏSAS TARİXLƏRİ


 1902

 –  Yanvarın 7-də Salyan şəhərində anadan olmuşdur.

1917-1921

 –  Salyan şəhərində ikinci dərəcəli peşə məktəbini oxuyub bitirmişdir.

 1920

 –  Salyan qəzası İnqilab Komitəsində işləyib...

1920-1921

-Salyan şəhər I dərəcəli peşə məktəbində müəllim olub.

 1921-1923

 –Bakı şəhərində S.Şaumyan adına Ali Partiya Məktəbində müəllim olub.

1923-1927

 –  Bakı Fəhlə fakültəsinin Çernoqorod filialında müəllim olub..

1923-1948

 – AKTİ-nin Şəxsi Heyvandarlıq İdarəsində işləyib.

1927

– Bakıda Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsini bitirib.

 – İnstitutun Kənd təsərrüfatı fakültəsinin Şəxsi heyvandarlıq kafedrasının laborantı olub.

1928

 –Diplomu müdafiə edərək elmi aqronom adını almışdır

1929

 – Bakıda “Damazlıq” respublika trestində baş assistent, sonra ştat müəllimi kimi işləyib..

1930-1931

 – Dosent elmi adı verilmişdir

– AKTİ-nin Bitkiçilik fakültəsinin dekanı olmuşdur.

1932-1933

 – Gəncə şəhər Baytarlıq İnstitutunun tədris işləri üzrə direktor müavini olmuşdur.

1934-1937

 – AKTİ-nin Zoologiya fakültəsinin dekanı və Akademik şöbə müdirinin köməkçisi olmuşdur..

1935-1948

– AKTİ-nin professoru olmuşdur..

1935-1959

 – “İzvestiya ASXİ” (“AKTİ xəbərləri”) redaksiya heyətinin üzvü olmuşdur.

1937-1938

 – AKTİ-nin tədris və elmi işlər üzrə direktor müavini olmuşdur.

1941

– Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə ona fəxri fərman və Azərbaycan SSR əməkdar elm xadimi fəxri adı verilmişdir.

1943

 

 – Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin diplomu ilə təltif edilmişdir.

 – AKTİ-nin elmi-tədqiqat işləri üzrə direktor müavini vəzifəsinə yenidən təyin edilmişdir..

SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan SSR-də kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.

1944

  – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilmişdir.

 – Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq Təcrübə Stansiyasının direktoru olmuşdur..

1945

 – "1941-1945-ci illər Böyük Vətən Müharibəsində əmək igidliyinə görə" medalı ilə təltif edilmişdir.

 – Sov.İKP üzvlüyünə qəbul edilmişdir

1946

 

 – SSRİ Ali Sovetinin fərmanı ilə yeni yüksək məhsuldar qoyun cinsini - Azərbaycan dağ merinosunu yetişdirdiyinə görə Lenin ordeni ilə təltif edilmişdir

1947

– SSRİ Nazirlər Sovetinin fərmanı ilə ona Dövlət Mükafatı laureatı fəxri adı verilmişdir.

1948

 – “Azərbaycan SSR-də Həştərxan seleksiyası” mövzusunda kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

– SSRİ Nazirlər Sovetinin Fərmanı ilə Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü kimi təsdiq edilmişdir.

1948-1950

 – AKTİ (Kirovabad) Şəxsi heyvandarlıq şöbəsinin müdiri olmuşdur.

1949

– Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü təsdiq edilmişdir.

– AKTİ-nin elmi bölməsi üzrə direktor müavini olmuşdur (Kirovabad)..

 

– Moskva Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən “Moskvanın 800 illiyi xatirəsinə” medalı ilə təltif edilib.

– professor kimi təsdiq edilmişdir

 1950

 – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.

1951

 –Azərbaycan SSR Ali Sovetinin III çağırışının deputatı olmuşdur..

1954-1959

– AKTİ-nin direktor müavini vəzifəsindən azad edilməsi ilə əlaqədar Şəxsi heyvandarlıq şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir.

1955

 – Azərbaycan SSR Ali Sovetinin IV çağırışının deputatı olmuşdur.

– Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin iştirakçısı olub, “Kiçik qızıl medal”la təltif olunmuşdur.

1958-1962

 – Azərbaycan SSR Kənd Təsərrüfatı Elmləri Akademiyasının prezidenti olmuşdur.

 1959

– Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

 1959-1961

– Azərbaycan SSR Elmlər Akademiyasının “İzvestiya” (“Xəbərlər”) və “Dokladı” (“Məruzələr”) qəzetlərinin redaktoru olmuşdur.

 1962-1965

– S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinin professoru olmuşdur.

1965

12 noyabr  – ölüm alimin həyatına son qoydu.

<< Geri