E L E K T R O N M Ə L U M A T B A Z A S I

 
 

GÖRKƏMLİ ŞƏXSLƏR HEYDƏR ƏLİYEV HAQQINDA


Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin olacaq, hərtərəfli inkişafa nail olacaqdır.

****

Heydər Əliyevin ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır və onun qurduğu, yaratdığı müasir Azərbayacan yaşayır və onun yolu ilə inkişaf edir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Heydər Əliyev 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Liderdir.

Mehriban Əliyeva,
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti


Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan Ümummilli Lider Heydər Əliyevin qadir siyasətidir.

****

Heydər Əliyevin siyasi taleyinin mahiyyətini dərk etmək üçün müxtəlif hadisələrin fəlsəfi məğzini araşdırmaq və onun həyata keçirdiyi möhtəşəm planların izahı üçün açar olan ideyalarını başa düşmək lazımdır.

****

Heydər Əliyev iki əsrin ayrıcında öz ölkəsinin dövlət adlı gəmisini qlobal sarsıntılar dövrünün fırtınalarından sağ-salamat və uğurla keçirərək, ölkənin milli dəyərlərinin, insanların mənəvi sağlamlığının, özünə inamının qorunub saxlanılmasına müvəffəq olmuşdur.

***

Heydər Əliyev Azərbaycan xalqının milli sərvəti, onun bəxtinə düşmüş Tanrı payıdır.

***

Heydər Əliyev öz xalqının taleyində müstəsna rol oynayan, Vətənin ağır günündə onun imdadına yetişən, müqəddəs xilaskarlıq və quruculuq missiyasını üzərinə götürərək çətin və keşməkeşli mücadiləsini qələbə ilə başa vuran siyasət dahilərindən biridir. Bu böyük şəxsiyyətin adı Azərbaycan tarixinə, xalqımızın yaddaşına haqlı olaraq, milli xilaskar kimi əbədi həkk olunmuşdur.

Ramiz Mehdiyev,
AMEA-nın prezidenti, akademik


ABŞ Azərbaycanın tərəqqisi və regionun təhlükəsizlik probleminin həlli naminə Sizinlə sıx əməkdaşlığa hazırdır. . .

Sizin kimi liderlərlə işləmək şansı əldə etdiyimə görə çox məmnunam.

Corc Buş,
ABŞ-ın eks Prezidenti


Görkəmli dövlət xadimi və siyasi xadim kimi Sizə Rusiyada səmimi hörmət hissləri bəsləyirlər. Azərbyacan xalqının rifahı naminə çoxşaxəli fəaliyyətiniz Sizə bütün dünyada şöhrət qazandırmışdır.

Vladimir Putin,
Rusiya Federasiyasının Prezidenti


Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirirdim.

***

Birgə işdə aramızda yaranmış və ölkələrimiz arasında münasibətlərin inkişafına yönəlmiş şəxsi və möhkəm dostluq münasibətlərinə görə çox şadam.

Jak Şirak,
Fransa Respublikasının keçmiş prezidenti


XX əsrin siyasi tarixini dünyanın ən nüfuzlu simaları ilə bir cərgədə duran Heydər Əliyevsiz təsəvvür etmək qeyri-mümkündür.

Şeyxülislam Hacı Allahşükür Paşazadə,
Qafqaz Müsəlmanları İdarasinin sədri


Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər.

Toni Bleyer,
Böyük Britaniyanın sabiq Baş naziri


Beynəlxalq aləmdə tanınmış siyasətçi, Çin Xalq Respublikasına dostluq münasibəti bəsləyən cənab Heydər Əliyev Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafında böyük rol oynamışdır.

Xu Szintaq,
Çin Xalq Respublikasının sabiq sədri


Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur. 1998-ci ilin iyul ayında Birləşmiş Krallığa səfəri zamanı onunla olan görüşümüzü çox yaxşı xatırlayıram.

Kraliça II Yelizaveta


Tarix Heydər Əliyev xəttinin düzgünlüyünü, onun bütün düyünləri aça bilən dərin siyasi zəkasını bir daha sübuta yetirdi.

Murtuz Ələsgərov,
Milli Məclisin keçmiş sədrı


Biz müasir beynəlxalq gerçəklik şəraitində Bolqarıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndiririk.

Georgi Pirvanov,
Bolqarıstan Respublikasının sabiq prezidenti


Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının inkişafını, rifahını Azərbaycan mədəniyyəti naminə nəsə eləməklə ölçür, onunla görür.

Elçin Əfəndiyev,
Xalq yazıçı


Heydər Əliyev Kremldə işləyərkən mən, adətən onun yanına dəstək almaq üçün gedirdim, çünki o məndən bir qədər yaşlıdır və həmişə də ondan dəstək alırdım. Belə düşünürəm ki, Azərbaycan xalqı keçilmiş mərhələyə baxmayaraq, Heydər Əliyevi dövlətə başçılıq etməyə çağırmaqla düzgün hərəkət etmişdir. Sizin rəhbərliyinizlə aparılan məqsədyönlü və ardıcıl siyasət sayəsində Azərbaycan azad inkişaf yolunda, öz dövlətçiliyini və beynəlxalq aləmdə mövqelərini möhkəmlətmək işində böyük uğurlara nail olmuşdur.

Nursultan Nazarbayev,
Qazaxıstan Respublikasının sabiq Prezidenti


"Yaroslav Mudrıy" ordenində belə bir yazı var: "Müdriklik, şərəf-şöhrət". Belə sözləri tam mənası ilə Heydər Əliyevə aid etmək olar. Dövlət başçısı kimi Siz ölkənin inkişafının siyasi və iqtisadi məsələlərində müdriklik göstərirsiniz. Siz Zaqafqaziya regionunda, Avropa qitəsində və dünyada layiqli yer tutan Azərbaycanın şöhrətini öz fəaliyyətinizlə artırırsınız.

Leonid Kuçma
Ukrayna Respublikasının sabiq Prezidenti

 


Möhtərəm Prezidentlə hər görüş mənim üçün yeni sınaq, yeni imtahandır. Qarşıda qoyulan tələblər aydın və konkret olur. Dərin mətləblər də bir neçə sözlə dərindən açılır, izah edilir. Məncə, insanda dahiliyin göstəricilərindən biri də bu keyfiyyətdir.

Hidayət Orucov,

Azərbaycanın Qırğızıstandakı səfiri, yazıçı-publisist


Fəxr edirəm ki, Azərbaycan Respublikasının rəhbəri, dünya şöhrətli, görkəmli siyasətçi Heydər Əliyev mənə qardaş və dostdur

Eduard Şevardnadze,
Gürcüstanın keçmiş Prezidenti


Heydər Əliyevi Qırğızıstanda yaxşı tanıyır və sevirlər. "Manas"ın minilliyi münasibətilə şənliklərdə onun söylədiyi nitqi yaxşı xatırlayırlar. Deməliyəm ki, o illərdə Heydər Əliyev Qırğızıstanın bir sıra iqtisadi problemlərinin həllinə kömək edirdi. Mən bunu deməyi özümə borc bilirəm.

Əsgər Akayev,
Qırğızıstan keçmiş Prezidenti


Bu gün Azərbaycanın nümayiş etdirdiyi uğurlar, nailiyyətlər daha böyük və daha sanballıdır. Mən burada Azərbaycan xalqının görkəmli liderinin şəxsi töhfəsini, hətta deyərdim, şəxsi fədakarlığını görürəm.

Saparmurad Niyazov,
Türkmənistan keçmiş Prezidenti



Azərbaycanın ən böyük milli neməti Heydər Əliyev dühasıdır, onun müqayisəyə gəlməz siyasi və dövlətçilik təcrübəsıdir. Bu nemət müqəddəsdir və hifz olunmalıdır.

Namiq Abbasov,
general-polkovnik


Heydər Əliyev böyük siyasətin, böyük diplomatiyanın Füzulisidir.

Fərəməz Maqsudov,
Akademik


Heydər Əliyev öz siyasəti ilə Azərbaycanın adını qaldırdı, dünyaya tanıtdırdı.

Bəxtiyar Vahabzadə,
Xalq şairi


Demokratiya və bazar iqtisadiyyatı yolu ilə gedən müstəqil dövlət kimi Azərbaycanın son illər möhkəmlənməsində, iqtisadi islahatların aparılmasında və bu işdə böyük uğurlar əldə edilməsində Prezident Heydər Əliyevin xidmətini yüksək qiymətləndirirəm.

Bill Klinton,
ABŞ-ın keçmiş Prezidenti


Rusiyada Sizi beynəlxalq aləmdə dərin hörmət və şöhrət qazanmış, Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə və inkişafına şəxsən böyük töhfə vermiş müdrik, nüfuzlu dövlət xadimi kimi tanıyırlar.

Boris Yeltsin,
Rusiya Federasiyasının keçmiş Prezidenti


Xalqımız xoşbəxtdir, onun rəhbəri böyük dövlət xadimi olmaqla yanaşı, həmçinin hərtərəfli gözəl alimdir.

Cəmil Quliyev,
Akademik


Heydər Əliyevin gücü ondan ibarətdir ki, o, xalqa arxalanır.

Səttar Səfərov,
iqtisad elmləri doktoru, professor


Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskar missiyasına, Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət edir. Bu gün həmin missiya böyük uzaqgörənliklə və müdrikliklə yerinə yetirilir.

Vasif Talıbov,
Naxçivan Muxtar Respublikasi
Ali Məclisinin sədri


Vaşinqtonda Azərbaycan Prezidentini səbirsizliklə gözləyirlər. Azərbaycan çox mühüm ölkədir. Siz çox görkəmli lidersiniz. Amerikada bunu getdikcə daha dərindən başa düşürlər. Elə buna görə də Azərbaycan-Amerika münasibətlərinin yalnız ikitərəfli deyil, həm də regional və strateji əhəmiyyəti var.

Zbiqnev Bjezinski,
ABŞ Prezidentinin milli təhlükəsizlik
üzrə sabiq müşaviri, Beynəlxalq Tədqiqatlar
Mərkəzinin sabiq rəhbəri


Dövlət xadimi olan qardaşım Heydər Əliyevin keyfiyyətləri, istedad və təcrübəsi Azərbaycanda demokratikləşmə prosesinin intensivləşməsinə, bu ölkənin dünya birliyinə sıx inteqrasiyasına ciddi təkan verməlidir

Süleyman Dəmirəl,
Türkiyənin keçmiş Prezidenti


Dağıstanlılar Sizə görkəmli dövlət xadimi və beynəlxalq miqyaslı siyasətçi kimi hörmət bəsləyir. Azərbaycanla Rusiya arasında tarixən təşəkkül tapmış mehriban qonşuluq münasibətlərinin inkişafına, Azərbaycan və Dağıstan xalqları arasında qardaşcasına dostluğun möhkəmlənməsinə verdiyiniz töhfəni yüksək qiymətləndirirlər.

Məhəmməd Məhəmmədov
Dağıstan Respublikası Dövlət Şurasının sabiq sədri


Dövlət xadimi kimi Sizin nüfuzunuz və müdrikliyiniz, həyatı dərindən bilməyiniz, məsuliyyət hissiniz xalqlarımız üçün çox-çox lazımdır. Szin çox böyük işgüzarlığınız, bacarığınız mənim üçün həmişə nümunə olmuşdur.

Ramazan Abdulatipov
Rusiya Xalqları Assambleyasının sabiq sədri


Heydər Əliyev cənablarının çıxışları və nitqləri təkcə Azərbaycanın müstəqillik dövrünün deyil, həm də Azərbaycan Ordusunun canlı tarixidir.

Səfər Əbiyev,
general-polkovnik



Keçdiyiniz yola nəzər salıb inamla demək olar ki, başçılıq etdiyiniz ölkənin istiqlaliyyət əldə etdiyi dövr ərzində Sizin qətiyyətli iştirakınız və şəxsi əməyiniz olmasaydı, Azərbaycanın nailiyyətləri də mümkün olmazdı.

Emoməli Rəhmanov,
Tacikistan Respublikasının Prezidenti


Siz öz ölkəniz üçün çox böyük işlər görmüsünüz. Mən özüm bunun şahidiyəm. Mən əminəm ki, Siz bundan sonra da ölkəniz üçün böyük xidmətlər göstərəcəksiniz.

Havyer Solano,
Avropa İttifaqının sabiq baş katibi,
NATO-nun keçmiş baş katibi


Siz tükənməz enerjiyə, adamlarla işləmək bacarığına maliksiniz, lakin lazım gələrsə, məqsədə çatmaq naminə çox qəti mövqe tutmağı da bacarırsınız

Mintimer Şaymiyev,
Tatarıstan Respublikasının sabiq Prezidenti


Elmin, təhsilin, mədəniyyətin kamil bilicisi kimi Prezident Heydər Əliyevin qayğısı və diqqəti biz təhsil işçilərində də nıkbinlik hissi oyadır. Azərbaycan elmini və təhsilini daha yüksəklərə qaldırmaq üçün fədakar əməyə həvəsləndirir.

Misir Mərdanov,
AMEA-nın müxbir üzvü, professor



Mən Prezident Heydər Əliyevlə əvvəllər də görüşmüşəm və bizim indiki söhbətimizdən də çox şərəf duyuram. Mən görkəmli dövlət xadimi Heydər Əliyevin müdrik zəkasına inanıram və bilirəm ki, onun rəhbərliyi altında Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirəcək və əbədi edəcəkdir.

Henri Kissincer,
ABŞ-ın keçmiş dövlət katibi


Sizin kimi insanlar bütün ömrünü ölkəyə, xalqa rəhbərliyə həsr etmişlər, onlar azadlığın nə demək olduğunu və azadlığa çıxmağın necə çətin olduğunu gözəl bilirlər.

***

Sizin kimi insanlar bütün həyatını ölkəyə, xalqa, rəhbərliyə həsr ediblər. Onlar azadlığın nə olduğunu, buna yetişməyin necə çətin iş olduğunu gözəl bilirlər.

Federiko Mayer,
YUNESKO-nun sabiq baş direktoru


Bu gün heç kəsə sirr deyildir ki, Heydər Əliyev qısa bir zaman kəsiyində Azərbaycan adlı gəmini onu təhdid edən sualtı qayalıqlar arasından məharətlə keçirib təhlükəsiz limana çatdırmışdır.

Nizami Xudiyev,
professor


Siz bütün çətinliklərdən, ən ağır sınaqlardan keçməyi bacaran rəhbərlərdənsiniz, ona görə də demək istəyirəm ki, belə rəhbəri olan xalq xoşbəxtdir.

İslam Kərimov,
Özbəkistan sabiq Prezidenti


Moldova respublikasında Heydər Əliyevi ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi uğrunda, Avropada və bütün dünyada demokratiya idealları uğrunda, sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması uğrunda mübariz kimi tanımış və qiymətləndirmişlər.

Vladimir Voronin,
Moldova Respublikasının sabiq Prezidenti


Azərbaycan ilə Türkiyə arasında dərin kökləri olan tarixi və mədəni bağlar vardır. Hörmətli Əliyev tarixdən gələn bu bağların yenidən canlandırılması və Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün fövqəladə səylər göstərmişdir.

Bülənd Ecevit,
TürkiyəDemokratik Sol Partiyasının sabiq sədri


Heydər Əliyev ağıllı, möhkəm iradəli və ehtiyatlı olan görkəmli siyasətçidir.

Mixail Qorbaçov,
keçmişSSRİ-nin sabiq Prezidenti


Azərbaycanı, Azərbaycan xaqını Heydər Əliyev kimi sevən başqa bir adam tanımıram. Müstəqillik yolunda Azərbaycanın ilk addımlar atdığı vaxtda respublikanın lideri vəzifəsində Heydər Əliyev kimi nüfuzlu və təcrübəli siyasi xadimin olması bu xalq üçün böyük xoşbəxtlikdir

Nikolay Baybakov,
Keçmiş SSRİ Dövlət Plan Komitəsinin sədri


Sizi tanrının özü hifz edir, ona görə də Siz öz hərəkətlərinizdə azadsınız. Siz işləyirsiniz və öz işinizdən zövq aırsınız. Siz böyük nailiyyətlərə qadirsiniz. Siz öz ölkənizin gəncləri üçün nə etmək barədə daim düşünürsünüz.

Maykl Debeyki,
Kardiocərrah


Heydər Əliyevin siyasəti Azərbaycan və rus xalqlarının mənafelərinə uyğundur.

II Aleksi,
Moskvanın və bütün Rusiyanın sabiq patriarxı


Zati-alilərinizin liderliyi ilə Azərbaycan Respublikasının atdığı addımları Türkiyə rəğbətlə izləyir. Azərbaycan xalqının səadəti, həm də türk xalqının səadətidir. Türkiyə həmişə, kədərdə də, sevincdə də dost və qardaş Azərbaycanın yanındadır.

Əhməd Necdət Sezər
Türkiyə Respublikasının keçmiş Prezidenti


Heydər Əliyev bütün həyatını, ömrünü dilimiz, dinimiz, torpağımız, bayrağımız uğrunda mübarizəyə həsr edir.

Mirvarid Dilbazi,
Xalq şairi


Heydər Əlirza oğlu Azərbaycanin gələcəyinə inandığı kimi, inanıram ki, möhtərəm Prezidentimiz xalqimizla əl-ələ verib Azərbaycanımızı necə ki, indiyədək çıxarıb, indən belə də bütün müsibətlərdən çıxaracaqdır.

Zəlimxan Yaqub,
Xalq şairi


Xalqımızın yüz illərlə mübarizə apardığı, həsrətində olduğu dövlət müstəqilliyimizi Siz əzmlə qoruyub saxlaya bildiniz.

Hüseyn Abbaszadə,
Xalq yazıçı


Hörmətli Əliyev baxışlarına və təkliflərinə böyük əhəmiyyət verdiyimiz bir liderdir.

MəsudYılmaz,
Türkiyə Respublikasının keçmiş baş naziri


Gücünü ortaq keçmişimizdən alan yaxın və dostcasına münasibətlərimiz zati-alilərinizin uğurlu rəhbərliyi nəticəsində bütün sahələrdə inkişaf edərək bugünkü səviyyəyə çatmışdır. Ölkələrimiz arasındakı nümunəvi münsibətlər daha da möhkəmlənərək gələcək nəsillərə çatacaqdır.

Rəcəb Tayyub Ərdoğan
Türkiyə Respublikasının Prezidenti


Mən onu deyə bilərəm ki, Heydər Əliyevin Azərbaycana gəlişi xalqmıza sülh, əmin-amanliq gətirdi. O, həmişə bizim incəsənətimizin, mədəniyyətimizin ən ali qiymətvericisi, ilhamçısı olmuşdur.

Zeynəb Xanlarova,
Xalq artisti


Sizin mənalı ömür yolunuz və görkəmli şəxsiyyət olmağınız İsrail xalqına yaxşı məlumdur və onlar Sizinlə görüşü çox arzulayırlar.

Benyamin Netanyahu
İsrail dövlətinin baş naziri


Siz Sovetlər Birliyində ən böyük vəzifələrdə çalışanda mən Sizinlə fəxr edirdim. Sizin hər bir müvəffəqiyyətinizə qəlbən sevinirdim. Yaxşı bilirəm ki, Siz Sovetlər Birliyinin rəhbərlərindən biri olan ilk müsəlman idiniz.

Hafiz Əsəd,
Suriya Respublikasının keçmiş Prezidenti


<< Geri