E L E K T R O N M Ə L U M A T B A Z A S I

HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏT İLLƏRİ

AZƏRBAYCAN KP MK-NIN BİRİNCİ KATİBİ

Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olmuşdur.

O, əvvəlcə Naxçıvan MSSR Xalq Daxili İşlər və Xalq Komissarları Sovetində şöbə müdiri işləmişdir.

1944-cü ildən etibarən H. Əliyev Dövlət Təhlükəsizlik Komitəsində çalışmağa başlamışdır.

Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə bu qurumun sədri təyin edilmişdir.

1969-cu ildə H.Əliyev daha məsul bir vəzifəyə Azərbaycan KP MK-nın birinci katibi təyin edildi.

O, 1976-cı ildə SOV.İKP MK Siyasi bürosunun üzvlüyünə namizəd, 1982-ci ildə isə həqiqi üzvlüyünə seçilir.


Heydər Əliyevin 1969-1982-ci illər hakimiyyəti dövrünə aiddir:

  • Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən 1969-cu il mayın 7-də sərhəd rayonlardan iki min hektardan çox Azərbaycan torpaqlarınınErmənistana verilməsi qərarının icrasının dayandırılması


  • Bakı Məişət Kondisionerləri zavodunun tikilməsi (1975-ci il)


  • Xankəndində Azərbaycan Pedaqoji İnstitunun filialı əsasında müstəqil pedaqoji institutun açılması (1973-cü il)


  • Ağdamdan Xankəndiyə dəmir yolunun çəkilməsi (1979-cu il)


  • Kəlbəcərə "Murov yolu"nun çəkilməsi (H.Əliyev "Murov yolu"nu çəkməklə Kəlbəcərin iqtisadi mövqeyini möhkəmləndirərək erməni millətçilərinin niyyətlərini puça çıxardı)


  • Əsgərən rayonunun təşkil edilməsi


  • Dağlıq Qarabağ məsələsinin yenidən ortaya atılmasının qarşısının alınması(1977-ci ildə)


  • Azərbaycanda müstəqillik ideyalarının ziyalılar arasında yayılması


  • Naxçıvan MSSR-də Araz su-elektrik stansiyasının fəaliyyətə başlaması(1971-ci il)


  • Tərtər su-elektrik stansiyasının fəaliyyətə başlaması(1970-ci illərin ortaları)


  • Bakıda Cənubi Qafqazda ən iri poladtökmə zavodunun istifadəyə verilməsi(1970-ci illərdə)


  • "Sovet Türkologiyası" jurnalının nəşrə başlaması(1970-ci il)


  • Respublikada idarəçilik xeyli gücləndi


  • Xalq təsərrüfatında mühüm irəliləyiş baş verdi


  • Neft sənayesindəki tənəzzül aradan qaldırıldı


  • Xəzər dənizində yeni neft və qaz yataqları aşkar edildi


  • Xəzər dənizində sualtı neft kəməri çəkildi


  • Neft hasilatı xeyli artdı(1970-ci ilə neft hasilatı 17,3 milyon ton olmuşdur)


  • Bakıda "Ulduz" elektrik cihazqayırma zavodunun istifadəyə verilməsi


  • Sumqayıtda məişət kompressorları zavodunun istifadəyə verilməsi


  • Üzümçülüyün inkişaf etməsi


  • Baş Mil, Abşeron, Sərsəng, Sirab və Şəmkir dəryaçalarının istifadəyə verilməsi


  • Yuxarı Qarabağ, Yuxarı Şirvan və Şəmkir su kanallarının çəkilməsi


  • Sabirabadda iri su təchizat kompleksinin istifadəyə verilməsi(1982-ci il)


  • İlk milli ensiklopediyanın nəşrə başlaması(1976-cı il)


  • Hüseyn Cavidin ev muzeyinin fəaliyyətə başlaması(1981-ci il)


  • Azərbaycan SSR və Naxçıvan MSSR-in yeni konstitusiyalarının qəbul edilməsi (1978-ci il)


  • Bakı-Böyük Kəsik və Bakı-Yalama dəmir yollarının elektrikləşdirilməsinin başa çatması (1975-ci il)


  • Bakı Dəniz vağzalı, Respublika sarayı və "Moskva" mehmanxanasının istifadəyə verilməsi (XX əsrin 70-ci illərində)


  • Kür su kəmərinin Bakıya gətirilməsi (1971-ci il)


  • C.Naxçıvanski adına Respublika orta ixtisaslaşdırılmış internat məktəbinin açılması (1971-ci il).


Heydər Əliyevin Azərbaycan rəhbərliyindən ayrılmasından sonra:

  • Dərin Dəniz özülləri zavodunun fəaliyyətə başlaması (1985-ci il)


  • Qroznı-Bakı neft kəmərinin istifadəyə verilməsi nəticəsində Azərbaycanın SSRİ-nin vahid neft kəmərinə qoşulması və Sibir neftinin Bakıya axmağa başlaması (1983-cü il)


  • Bakı-Aktau bərə yolunun istifadəyə verilməsi (1985-ci il)


  • Gülüstan sarayı, yeni zopark və örtülü idman kompleksinin istifadəyə verilməsi (1980-ci illərin ortalarında)


  • Bakıda Kosmik Tədqiqatlar Elmi istehsalat Birliyinin yaradılması (1987-ci il)


  • Alkoqolizma qarşı mübarizə kampaniyası nəticəsində üzümçülük təsərrüfatına böyük zərbə vurulması(1980-ci illərin II yarısında)


  • Qroznı-Bakı neft kəmərinin istifadəyə verilməsi(1983-cü ildə istifadəyə verilən bu kəmər vasitəsilə Azərbaycan SSRİ-nin vahid neft kəmərinə qoşuldu vəSibir nefti Azərbaycana axmağa başladı)


  • Şəmkir su-elektrik stansiyasının işə salınması(1984-cü il).


<< Geri