-
1998-ci il 11 oktyabrda Heydər Əliyev alternativ
əsaslarla keçirilmiş prezident seçkilərində qələbə qazandı. Onun II
prezidentlik dövrünə aiddir:
-
ATƏT-in İstanbul sammitində Bakı-Ceyhan neft kəmərinin çəkilməsi
haqqında sazişin imzalanması (1999-cu il noyabr ayı);
-
Azərbaycanda ilk bələdiyyə seçkilərinin keçirilməsi (1999-cu il 12
dekabr);
-
BMT-nin minilliyin sammitində iştirak etməsi (2000-ci il 7 sentyabr);
-
Bakıda Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi (2001-ci
il 9-10 noyabr);
-
Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının insan hüquqları
üzrə Müvəkkil (Ombudsman) haqqında” Azərbaycan Respublikasının
konstitusiya qanununun qəbul edilməsi (2001-ci il 28 dekabr);
-
Respublikada ilk özəl orta ümumtəhsil məktəbi olan Müasir Təhsil
Kompleksinin fəaliyyətə başlaması (2001-ci il 1sentyabr);
-
Respublika Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması
(2002-ci il);
-
Xarici ölkələrdə yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət
Komitəsinin yaradılması (2002-ci il 5 iyul);
-
Azərbaycan Respublikasının konstitusiyasına dəyişiklik edilməsinə
dair referendumun keçirilməsi (2002-ci il 24 avqust);
-
Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin
Azərbaycan hissəsinin təməlinin qoyulması (2002-ci il 18 sentyabr);
-
Elmira Süleymanovanın ilk Ombudsman seşilməsi (2002-ci il 2 iyul);
-
Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac edilməsi
haqqında razılığın əldə edilməsi (2002-ci il);
-
“Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi (2000-ci
il);
-
Bakıda ilk Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi(2000-ci il);
-
Azərbaycan idmançılarının XXVII yay Olimpiya oyunlarında uğurla
iştirak etməsi (2000-ci il);
-
NATO-nun Praqa sammitində Azərbaycanın NATO Parlament
Assambleyasının assosiativ üzvlüyünə qəbul olunması (2002-ci il
noyabr ayı);
-
MEA-nın Naxçıvan bölməsinin yaradılması (2002-ci il 6 avqust);
-
Heydər Əliyev 2003-cü il 12 dekabrda vəfat etmişdir.