E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 
 

HEYDƏR ƏLİYEVİN HƏYATI VƏ İCTİMAİ FƏALİYYƏTİNİN ƏSAS TARİXLƏRİ

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur.

1938

Naxçıvan Pedaqoji Texnikumuna daxil olmuşdur

1939

Naxçıvan Pedaqoji Texnikumunu bitirmişdir

Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdur

  1941 -  1944  Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri işləmişdir;

1944

Dövlət Təhlükəsizlik orqanlarında işləmişdir

Kommunist Partiyası sıralarına daxil olmuşdur

1945

“1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı ilə təltif olunmuşdur

“1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı ilə təltif olunmuşdur

1948

“Sovet ordusunun və Donanmasının 30 Illiyi” yubiley medalı ilə təltif olunmuşdur

 

“Əmək rəşadətinə görə” medalı ilə təltif olunmuşdur

1949

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Leninqraddakı (Sankt-Peterburq) rəhbər kadrların hazırlığı məktəbində təhsil almışdır

 

“Əmək igidliyinə görə” medalı il təltif edilmişdir.

1950

Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində bölmə rəisi vəzifəsinə təyin olunmuşdur

1951

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakultəsinə daxil olmuşdur

1953

Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi təyin edilmişdir

1954

“Döyüş xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur

1957

Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir

“Döyüş xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur

1959

II dərəcə “Nümunəvi xidmətə görə” medalı ilə təltif olunmuşdur

1960

“DTK-nın fəxri əməkdaşı” nişanı ilə təltif olunmuşdur

1962

SSRİ-nin dövlət təhlükəsizliyinin təmin edilməsində xidmətlərinə görə “Qırmızı Ulduz” ordeni ilə təltif olunmuşdur

 Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini olmuşdur.

1964

Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini işləmişdir.

Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur

I dərəcə “Nümunəvi xidmətə görə” medalı ilə təltif olunmuşdur

1965

“1941-1945- ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı ilə təltif olunmuşdur

“Sovet milisinin 50 illiyi” yubiley medalı ilə təltif olunmuşdur

1967

Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri işləmiş general-mayor rütbəsinə qədər yüksəlmişdir

“ÜFK-DTK-nın 50 illiyi” nişanı ilə təltif olunmuşdur

“SSRİ Silahlı Qüvvələrinin 50 illiyi” yubiley medalı ilə təltif olunmuşdur

1968

“SSRİ Sərhəd Quşunlarının 50 illiyi” yubiley nişanı ilə təltif olunmuşdur

1969

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenimunda Mərkəzi Komitənin birinci katibi seçilmişdir

1970 Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif olunmuşdur.

1971

"Lenin" ordeni ilə təltif olunmuşdur

1973

8 mayda 50 illik yubileyi ilə əlaqədar SSRİ Ali Sovetinin fərmanı ilə "Lenin" ordeni ilə təltif edilmişdir

1975

“1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı ilə təltif olunmuşdur

1976

"Lenin" ordeni ilə təltif olunmuşdur

1978

“SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalı ilə təltif olunmuşdur

Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür

1979

"Lenin" ordeni ilə təltif edilmişdir

1982

Noyabr ayının 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilir və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir

“Oktyabr inqilabı” ordeni ilə təltif olunmuşdur 

“Kiyevin 1500 illiyi” xatirə medalı ilə təltif olunmuşdur

“Georgi Dimitrovun anadan olmasının 100-illiyi” yubiley medalı ilə təltif olunmuşdur

1983

"Lenin" ordeni və Sosialist Əməyi qəhrəmanının “Oraq  və Çəkic” qızıl medalı təqdim edilmişdir

1984

Komsomolsk-Amurun 50 illiyi” yubiley nişanı ilə təltif edilmişdir

ÜİLKGİ MK-nın “60 il V.İ.Leninin adı ilə” fəxri nişanı almışdır

“Qırğızıstan SSR- in və Qırğızıstan Kommunist Partiyasının 60 illiyi” xatirə medalı verilmişdir

1985

“25 il Patris Lumumba adına Xalqlar Dostluğu  Universiteti”medalı ilə mükafatlandırılıb

“1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi” yubiley medalı ilə təltif edilib

I dərəcəli Vətən Müharibəsi Ordeni ilə təltif edilib

1987

Oktyabr ayında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və M. Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifədən istefa vermişdir

1988

"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı ilə təltif olunub

1990

Yanvar ayının 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış etmişdir

Azərbaycan Ali Sovetinə deputat seçilmişdir.

İyul ayında Sovet İttifaqı Kommunist Partiyası sıralarını tərk etmişdir

1991

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmişdir

1992

Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir

1993

İyul ayının 15-də Azərbaycan Respublikası Ali Soveti sədri seçilmişdir

İyulun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır

Oktyabr ayının 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir

1997

 

27 martda Kiyevdə Ukraynanın ali mükafatı “Yaroslav Mudrı” ordeni ilə təltif olunmuşdur

Türkiyənin “Dövlət nişanı” ordeni ilə təltif olunmuşdur.

1998

Oktyabrın 11-də xalqın yüksək fəallığı ilə keçirilən seçkilərdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir

Türkiyənin "Nərgiz TV" kanalının 1997-ci il üçün “Dünyada ilin adamı” mükafatını almışdır

Bürc ulduzuna Heydər Əliyevin adının verilməsi haqqında Rusiyanın “Kosmos-Yer” Elmi-Texniki Mərkəzinin  sertifikatı təqdim edilmişdir

Beynəlxalq Kadr Akademiyası “Elm və təhsilin inkişafına görə” beynəlxalq ordenlə təltif etmişdir

Qazaxstanın “Astana” medalı ilə təltif olunmuşdur. 

 

1999

“Atatürk Sülh Mükafatına” layiq görülmüşdür

 

  Gürcüstanın “Qızıl poçt” ordeninə layiq görülmüşdür

2001

Rusiya Jurnalistlər İttifaqı tərəfindən marşal Jukov adına “Cəsurluğa və vətənə məhəbbətə görə” medalı ilə təltif olunmuşdur.

Ukraynanın “Qloriya populi” Qızıl ulduzu ilə təltif olunmuşdur.

Gürcüstan Respublikasının  “Qızıl runo” ordeni təqdim olunmuşdur.

Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi 2001-ci ilin may ayında Bakıda işgüzar səfərdə olarkən Azərbaycan rəhbərinə Rus Pravoslav kilsəsinin “Birinci dərəcəli müqəddəs mömin Moskva knyazı Daniil ordeni” ilə təltif etmişdir.

Beynəlxalq Həvəskarlar Boks Assosiasiyasının vitse-prezidenti Emil Jeçev AJBA-nın  xatirə medalını  təqdim etmişdir

Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi “Heydər Əliyev Kültür Mərkəzi”nin yaradılması haqqında qərar qəbul etmişdir

2002

Rusiyanın Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunmuşdur.

“Qızıl bayraq” fərqlənmə nişanı  təqdim olunmuşdur.

İhsan Doğramacı Fondunun Beynəlxalq Qızıl Sülh medalı təqdim olunmuşdur.

Avropa Güləş Federasiyasının "Qızıl boyunbağı" fərqlənmə nişanı

2003

 

Azərbaycanda ilin adamı mükafatına layiq görülmüşdür 

Rusiyanın “Beynəlxalq təhlükəzlik xidmətlərə görə” medalı ilə təltif olunmuşdur

Rusiyanın ən yüksək, və ən mötəbər mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif edilmişdir.

Azərbaycan Prezidenti Heydər Əliyevə Ukraynanın mədəniyyət ictimaiyyətinin təsis etdiyi “Şərəf” ordeni təqdim olunmuşdur.

Uşaq Fondları Beynəlxalq Assosiasiyasının Lev Tolstoy adına beynəlxalq qızıl medalı ilə təltif olunmuşdur;

12 dekabrda ABŞ-ın Klivlend klinikasında vəfat etmiş, I Fəxri Xiyabanda dəfn edilmişdir.

2004

Azərbaycan Respublikası Prezidenti “Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” fərman imzalamışdır;.

Fransa Respublikasının Prezidenti Jak Şirak Ümummilli Lideri vaxtilə təltif etdiyi “Fəxri Legionun Böyük Xaç Komandoru” ordenini Ukrayna Respublikasında işgüzar səfərdə olan prezident İlham Əliyevə təqdim edmişdir.

Vladimir Putin Heydər Əliyevin layiq görüldüyü “Andrey Pervozvannı” ordenini oğlu İlham Əliyevə təqdim etmişdir .

Rusiya Rəssamlıq Akademiyasmm “Ləyaqət” qızıl medalı ilə təltif edilib 

Beynəlxalq Mühəndislik Akademiyasmm "Böyük qızıl medalı ilə mükafatlandırılıb

Avropa Güləş Federasiyasmm "Qızıl boyunbağı" fərqlənmə nişanı ilə mükafatlandırılıb

Uşaq Fondları Beynəlxalq Assosiasiyasının

Lev Tolstoy adma beynəlxalq qızıl medalı ilə mükafatlandırılıb

Fevral ayının 27-də Heydər Əliyev adına Hərbi Liseyin yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır.

Heydər Əliyev Fondunin təntənəli açılış mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi fərmanla Heydər Əliyev Mükafatı təsis olunmuşdur.

Bakı şəhərinin Moskva prospekti Heydər Əliyev prosrekti adlandırılmışdır.

Bakı şəhərindən yerləşən Qafqazda ən böyük beynəlxalq hava limanına Heydər Əliyevin adı verilmişdir;

Azərbaycanın neft emalı sənayesinin flaqmanı olan “Azərneftyanacaq” NEZ-ə 50 illik yubileyi ilə əlaqədar və istehsal fəaliyyətində nail olduğu göstəriciləri nəzərə alaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilmişdir;

Ulu öndərin inşa etdirdiyi saray Heydər Əliyev Sarayı adlandırılmışdır;

İdman-Konsert Kompleksinə Heydər Əliyevin adı verilmişdir;

Moskva prospektinə Heydər Əliyevin adı verildi.

Azərbaycan Ali Hərbi Məktəbinə ümummilli liderimiz Heydər Əliyevin adı verilmişdir.

Dərin Özüllər Zavoduna ümummilli lider Heydər Əliyevin adı verilmiş və zavodda heykəlinin açılışı olmuşdur.

Platin xatirə sikkələri dövriyyəyə buraxmışdır

Qızıl xatirə sikkələri dövriyyəyə buraxmışdır

Gümüş xatirə sikkələri dövriyyəyə buraxmışdır.

2005

“Şeyxülislam” ordeni ilə təltif edilmişdir

“Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında” Qanun qüvvəyə minmişdir. 

28 apreldə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına Heydər Əliyevin adının verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı imzalanmışdır

2006

“ Heydər Əliyev Mərkəzi"nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır

2007

Sentyabrın 20-də «Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi»nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı verilmişdir.

14 noyabr Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı imzalanmışdır

2008

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidenti sərəncam vermişdir

Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin 85 illik yubileyi ilə əlaqədar Milli Bank tərəfindən Avstriyanın Austrian Mint şirkətində nominalı 100 manat olan qızıl xatirə sikkələri sifariş edilərək dövriyyəyə buraxılmışdır.

2013

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidenti sərəncam imzalamışdır.

2014

90 illik yubileyi ilə əlaqədar olaraq “Əbədi intibahın simvolu” kitabı işıq üzü görmüşdür.

“90 illik yubileyi ilə əlaqədar olaraq “Azərbaycanı gələcəyə aparan lider Heydər Əliyev” kitabı çap olunmuşdur.

2015

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Heydər Əliyev siyasəti: Tolerantlıq: çıxışlar, nitqlər, görüşlər, təbriklər” kitabını nəşr edilmişdir.

Zakir Qaralovun müəllifi olduğu “Heydər Əliyev – milli ləyaqət ölçüsü” kitabı nəşr edilmişdir.

2016

 

 

Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən iki kitabdan ibarət “Heydər Əliyev və Azərbaycan tarixi” kitabı çap edilmişdir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizlə bağlı fikirləri” kitabı işıq üzü görmüşdür.

“Ulu öndər Heydər Əliyevin kitab və kitab nəşri haqqında müdrik fikirləri” kitabı çapdan buraxılmışdır.

2017

Qadir Əkbərovun “Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlər məsələsi” monoqrafiyası Naxçıvanda çapdan çıxmışdır.

2018

 

"Heydər Əliyev: biblioqrafiya" kitabı nəşr edilmişdir.

Türkiyənin İstanbul şəhərində İrfan Ülkünün “Qırmızı ulduzdan hilala: “Heydər Əliyevin fırtınalı həyatı”” kitabı nəşr edilmişdir.

Mehman Süleymanovun müəllifi olduğu “Azərbaycanda Ali Baş Komandanlıq institutunun Heydər Əliyev mərhələsi” kitabı işıq üzü görmüşdür.

2022

29 dekabrda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalamışdır;

Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovun Ulu Öndər Heydər Əliyevin yubileyinə həsr etdiyi “Heydər Əliyev və Milli Kitabxana” adlı kitabı “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə çapdan çıxmışdır. Kitabda Ulu Öndər Heydər Əliyevin 1995-1997-ci illərdə M.F. Axundov adına Milli Kitabxanaya etdiyi dörd səfərindən və bu səfərlər zamanı kitab, kitabxana, mütaliə haqqında söylədiyi dahiyanə fikirlərdən, kitaba və kitabxanaçı əməyinə verdiyi yüksək dəyərdən geniş bəhs olunur.

6 mayda Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilatçılığı ilə “Heydər Əliyev siyasəti: Modern dövlət quruculuğundan böyük Zəfərə doğru” mövzusunda konfrans keçirilmişdir.

2023

Mədəniyyət Nazirliyi “Heydər Əliyev İli” münasibətilə “Mədəniyyətə bağlı ömür” adlı layihəyə başlamışdır. Müxtəlif rubrikalardan ibarət layihədə Heydər Əliyevin müxtəlif illərdə iştirak etdiyi mədəni tədbirlərdən fotoşəkillər, Ulu Öndərin mədəniyyət və incəsənətlə bağlı fikirləri təqdim olunmuşdur və nazirliyin rəsmi saytında və sosial media hesablarında yerləşdirilmişdir;  

30 martda Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Səbail Rayon İcra Hakimiyyəti və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda elmi konfrans keçirilmişdir;

20 apreldə Azərbaycan Milli Kitabxanası ilə Uzaq Şərq Dövlət Elmi Kitabxanası arasında “Гейдар Алиев – взгляд из России” (“Heydər Əliyev – Rusiyadan baxış”) kitabının təqdimat mərasimi ilə əlaqədar olayın görüş keçirilmişdir;

4 mayda Heydər Əliyev Mərkəzində Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovun Ulu Öndər Heydər Əliyevin yubileyinə həsr etdiyi “Heydər Əliyev və Milli Kitabxana” adlı kitabının təqdimat mərasimi keçirilmişdir;

 6 mayda Gülüstan sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda konfrans keçirilmişdir;

10 mayda Milli Kitabxanada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir və “2023 – Heydər Əliyev İli” adlı ənənəvi kitab sərgisinin açılışı olmuşdur;

12 mayda Milli Kitabxanada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda kitabxana quruculuğu” adlı respublika elmi konfransı keçirilmişdir;

İyunun 14-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Heydər Əliyev –100” adlı instalyasiyanın, “Böyük insanın ömür yolu” adlı fotoalbomunun və “İz” sənədli filminin təqdimat mərasimi kiçirilmişdir;

Azərbaycan Milli Kitabxanasında “Heydər Əliyev – 100” adlı elektron məlumat bazası hazırlanıb internet üzərindən informasiya istifadəçilərinin ixtiyarına verilmişdir; – Azərbaycan Milli Kitabxanası tərəfindən respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün tərtib etdiyi “Heydər Əliyev İli” və kitabxanalar” adlı metodik tövsiyələri çapdan çıxmışdır;

Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Böyük insanın ömür anları...” fotoalbomu çapdan çıxmışdır;

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun “Heydər Əliyev. Xalqa həsr olunmuş ömür” kitabı nəşr olunmuşdur;

Türkiyədə Filologiya elmləri doktoru Vilayət Quliyevin “Heydər Əliyev: Böyük insan haqqında xatirələr” kitabı işıq üzü görmüşdür;

Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Heydər Əliyev – 100” adlı kitab Tbilisidəki “Alyans” Gənclər Birliyinin layihəsi əsasında gürcü dilində nəşr olunmuşdur;

Dövlət Tərcümə Mərkəzi ispan dilində “Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev” adlı kitabı Madridin “Mandala Ediciones” nəşriyyatında çap etdirmişdir;

İqtisad elmləri doktoru M.K.Çernyakovun “Heydər Əliyev – Rusiyadan baxış” adlı monoqrafiyası Barnaul şəhərində çapdan çıxmışdır;

Azərbaycan Mərkəzi Bankı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş investisiya məqsədli pul nişanlarını ictimaiyyətə təqdim edilmişdir;

Bakıda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və mədəniyyət siyasəti” adlı Beynəlxalq elmi konfrans keçirilmişdir;

Akademik Nizami Cəfərovun “Ümummilli Lider: Azərbaycan-dan Türk dünyasına” adlı monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxmışdır;

Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər: Əbədiyaşar məhəbbət” adlı kitabı “TEAS Press” nəşriyyatında nəşr edilmişdir;

Ulu Öndərin yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən “Heydər Əliyev və Azərbaycan dili” adlı kitab nəşr edilmişdir;

1-3 sentyabrda Azərbaycanda ilk dəfə olaraq Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Azərbaycan Dili və Ədəbiyyatı Forumu” keçirilmişdir;

Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Heydər Əliyev” adlı biblioqrafiya nəşr edilmişdir.

<< Geri