E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

HEYDƏR ƏLİYEV FONDU

Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır.

2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir

.Heydər Əliyev Fondunun prezidenti Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevadır. 

Fondun yaradilma səbəbləri

Azərbaycan xalqının öz ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək arzu və istəyi;

Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurəti;

Qloballaşan dünyada Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq niyyəti;

Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi.

Fondun strukturu

Fondun strukturu özündə kollegial və vahid hakimiyyətli rəhbərlik üsullarını birləşdirir.

Fondun icraçı orqanı Prezidentdir. Fondun prezidenti onun səlahiyyətli qanuni nümayəndəsidir. Prezident proqramların təsdiqlənməsi və onların həyata keçirilməsi üzrə ümumi rəhbərlik, fondun fəaliyyətinin məqsədli prioritetlərinin, strukturunun və kadr tərkibinin müəyyən olunması və nizamnamə ilə müəyyən olunmuş digər məsələləri həll edir.

Fondun işinə bilavasitə rəhbərlik etmək üçün İcraçı direktor vəzifəsi təsdiq olunmuşdur ki, o da Prezident tərəfindən onun vəzifələri sırasına daxil edilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir. İcraçı direktor Fondun proqram və tədbirlərinə cari nəzarəti həyata keçirir. O, həmçinin onun səlahiyyətləri sırasına daxil edilmiş məsələlər çərçivəsində Fondun səlahiyyətli nümayəndəsidir.

Fondun nəzdində Ekspert Şurası fəaliyyət göstərir ki, onun da əsas məqsədi qəbul olunan qərarların böyük səmərəliliyini və effektliliyini təmin etməkdən ibarətdir. Ekspert Şurası müxtəlif ixtisaslı ekspertlərdən ibarətdir. Ekspertlərin vəzifəsi müvafiq rəyləri, hesabatları və məruzələri hazırlayıb Prezidentə təqdim etməkdən ibarətdir. Şura konsultativ strukturdur.

Konkret ixtisaslaşdırılmış funksiyaların və tapşırıqların yerinə yetirilməsi üçün Fondun strukturunda aşağıdakı qurumlar yaradılmışdır:

Konkret ixtisaslaşdırılmış funksiyaların və tapşırıqların yerinə yetirilməsi üçün Fondun strukturunda aşağıdakı qurumlar yaradılmışdır:

Nümayəndəliklər

Hüquq şöbəsi

Mühasibatlıq şöbəsi

Humanitar proqramlar departamenti

Mədəniyyət və turizm şöbəsi

Sosial siyasət şöbəsi

Təhsil, gənclər və idman şöbəsi

Beynəlxalq əlaqələr departamenti

Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsi

MDB ölkələri ilə əlaqələr şöbəsi

Xarici ölkələr ilə əlaqələr şöbəsi

İctimaiyyətlə əlaqələr departamenti

Hüquqi və fiziki şəxslər ilə əlaqələr şöbəsi

KİV ilə əlaqələr şöbəsi

İşlər Departamenti

İnsan resursları şöbəsi

Ümumi şöbə

Təsərrüfat şöbəsi

Protokol şöbəsi

Analitik ? informasiya şöbəsi

Təbliğat və tədqiqat şöbəsi

Mühafizə şöbəsi

Qarabağ haqqında həqiqi faktlar

Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Qarabağ haqqında həqiqi faktlar" (The series of "The true facts about Garabagh") seriyasından kitablar:

"Qarabağın tarixi haqqında qısa informasiya" ("Brief Information of the history of Garabagh" )

"Azərbaycana qarşı erməni terror dəstələrinin fəaliyyəti" ("Activity of Armenian terrorist organizations against Azerbaijan")

"Xocalı soyqırımı" ("The Khojaly genocide")

"Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün nəticələri" ("Consequences of Armenian aggression against Azerbaijan")

İngilis dilində hazırlanmış bu kitablar 2006-cı ildə cap edilmişdir.

 

<< Geri