E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

HEYDƏR ƏLİYEV MƏRKƏZİ

(Qusarda)


2012 fevral ayında Prezident İlham Əliyev Qusarda Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak edib.

Heydər Əliyev Mərkəzinin ikimərtəbəli binasının tikintialtı sahəsi 1060, ümumi sahəsi 1420 kvadratmetrdir.

Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyindəki fotoşəkillər və sənədlər ümummilli liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir. Muzeydə ulu öndərin büstü qoyulmuşdur. Buradakı fotolardan aydın görünür ki, ümummilli lider istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə gələcəyə hesablanan siyasət reallaşdırmış, Vətəninin və xalqının rifahı naminə mühüm işlər görmüşdür. Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmiz tənəzzül dövründən tərəqqi mərhələsinə qədəm qoymuşdur. Məhz bu dövrdə Azərbaycanın beynəlxalq nüfuzu artmağa başlamış, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarına çevrilmiş və onları reallaşdırmışdır. Bu gün ölkəmizdə bütün sahələrdə müşahidə olunan uğurlu inkişafın təməlində Heydər Əliyevin müdrik siyasi zəkası və uzaqgörənliyi durur. Ötən dövrə nəzər saldıqda dahi rəhbərin mədəniyyət, təhsil, səhiyyə, idman, ordu quruculuğu, bir sözlə, bütün sahələrin inkişafındakı tarixi xidmətlərinin şahidi oluruq.

Heydər Əliyev Mərkəzində internet klub və kafe də fəaliyyət göstərir. Burada 12 kompyuter istifadəçilərin ixtiyarına verilmişdir. Mərkəzdə iclas zalı və elektron kitabxana yaradılmışdır. Bu kitabxana çoxlu sayda müxtəlif ədəbiyyatlarla zənginləşdirilmişdir. Kitabxanada quraşdırılan 16 kompyuterdən istifadə etməklə istənilən elektron kitabı oxumaq mümkündür. Mərkəzdə yaradılmış rəsm və xalçaçılıq dərnəkləri gənc nəslin qədim adət-ənənələrimizə bağlılığını artırır, onların rəsm və xalçaçılığın sirlərini öyrənmələrinə yardımçı olur.


<< Geri