Zavodun əsas məhsulu dəniz neft və qaz yataqlarının
işlənməsi üçün dərin özüllərdir.
Bununla əlaqədar zavod dərin dəniz özüllərinin
layihələndirilməsi, hazırlanması, quraşdırılması, suya
buraxılması, təyinat yerinə nəqli, layihə nöqtəsinə
qoyulması, dayaqların bərkidilməsi və istismara buraxılması
ilə məşğuldur.
H. Əliyev adına Bakı Dərin Özüllər zavodunda tikinti üçün
metalkonstruksiyalar (fermalar (ferma tipli çatmalar),
sütunlar, kranaltı tirlər, riqellər, sütunlararası
birləşdiricilər, bunkerlər, körpü konstruksiyaları, ixtiyari
ölçülü ikitavr və qutu şəkilli tirlər, siloslar), 200 m-dək
dərinlik üçün stasionar dəniz özülləri, həcmi 105 min
kubmetrədək olan rezervuar (çən) konstruksiyaları, istənilən
həcmli tutumlar, 100 atm. təzyiqli neft və qaz
separatorları, 7018 və 6013 tipli qaynaq elektrodları,
diametri 500 mm-dən 4500 mm-dək, qalınlığı 90 mm-dək olan
metal borular istehsal olunur.
Zavodda 650 tonadək yük qaldıran tırtıllı və 90 tonadək yük
qaldıran körpülü kranlardan, 90 mm-dək qalınlıqlı metal
vərəqələri əyən vərdənələrdən (valslar), flyus qatı altında
avtomatik qaynaq və yarımavtomat qaynaq xətlətindən, əllə
qövs qaynağından, metal qırma ilə təmizləmə kamerasından,
qumla təmizləmə aparatlarından, ultrasəs və maqnit tozu ilə
nəzarət cihazlarından, metalın termiki üsulla kəsilməsi
xətlərindən istifadə olunur.
Ünvan: |
AZ1083,
Bakı şəhəri, Salyan şossesi, 1 |
Telefon:
|
(+99412) 521-18-09 ;
521-18-19 |
|