1972-ci il dekabrın 14-dən "V.İ.Lenin" adına Saray kimi
fəaliyyətə başlayıb. Sonradan, 1991-ci ilin sentyabrından
Mərkəzi konsert salonu ?Respublika Sarayı? adlandırılıb.
Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-ci il
tarixli fərmanına əsasən Saray, hal-hazırda Heydər Əliyev
adına Saray kimi fəaliyyət göstərir.
Bu illərdə Sarayın səhnəsində dünya şöhrətli sənətçilər
çıxış etmişlər.
Respublikada geniş miqyaslı təmir-bərpa, yenidənqurma və
abadlıq işlərinin davamı olaraq 35 illik fasiləsiz
fəaliyyətdən sonra Heydər Əliyev adına Saray, prezidentimiz
cənab İlham Əliyevin göstərişi ilə, Nazirlər Kabinetinin 425
saylı 19 fevral 2007-ci il tarixli sərancamina və Mədəniyyət
və Turizm Nazirliyinin 133 saylə əmrinə əsasən 16 mart
2007-ci ildən əsaslı təmirə dayandırıldı.
16 oktyabr 2008-ci ildə Heydər Əliyev adına Saray əsaslı
təmir-bərpa və yenidənqurma işlərindən sonra xarici
dövlətlərdən alnan müasir və dünya standartlarına uygun, ən
modern avadanlıqlarla təchiz olunaraq, tam təzə görkəmdə
təhvil verildi.
Respublikanın mərkəzi konsert salonu Heydər Əliyev adına
Sarayını digər tamaşa və konsert müəssisələrindən
fərqləndirən bir sıra xüsusiyyətləri də var. Sarayın səhnəsi
respublikada ən böyük səhnə hesab olunur. Dünya
standarlarına cavab verən xarici və daxili dizayn, səhnə,
qrim otaqları (2-si VİP otaqlardır, bunlar pianino, royal,
televizor, rabitə və sanuzel qovşaqı ilə təchiz olunub),
Azərbaycanda analoqu olmayan, ən müasir və modern səs, işıq,
kinoproyeksiya, lazer və s. sistemləri, əsasəndə xaricdən
xüsusi sifarişlə gətirilmiş yüksək keyfiyyətlərə malik LED
ekranları da məhz Heydər Əliyev adına Sarayın səhnəsinin
başqa səhnələrdən üstünlüyünün nümunəsidir.
Mühüm dövlət tədbirləri də bu səhnədə keçirilir.24 oktyabr
2008-ci ildə Prezident İlham Əliyevin And içmə mərasimi bu
möhtəşəm Sarayın səhnəsində keçirilib.
Heydər Əliyev adına Sarayın rəsmi açılışı isə SSRİ xalq
artsti Zeynəb Xanlarovanın 05-06 noyabrda keçirilən möhtəşəm
solo konserti ilə oldu və bununla da Saray tam gücü ilə
fəaliyyətə başladı.