E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

HEYDƏR ƏLİYEV ADINA LİSEY


Bakı şəhərinin Xətai rayonunda Natiq Əliyev küçəsi  50 ünvanında yerləşən Heydər Əliyev adına litsey 2004-cü ilin sentyabr ayından fəaliyyətə başlamışdır. Hazırda litseydə 45 sinifdə 1170 şagird təhsil alır.

Litsey 4 korpusdan ibarət 3 mərtəbəli yüksək səviyyədə maddi texniki təchizatı olan geniş, işıqlı və yaraşıqlı bir binada yerləşir. Litseyin binası "Azərneftyağ" Neft Emalı Zavodunun Maliyyə vəsaiti ilə inşa edilmiş və təchiz olunmuşdur. Bütün avadanlıqlar Türuiyədən gətirilmişdir.

Litseydə zəngin labaratoriyası olan fizika, kimya, və biologiya kabinetləri, kompüter zalı, kitabxana, daxildə iki örtülü idman zalı, litseyin həyətində süni örtükdə örtülmüş voleybol, basketbol və futbol meydançaları vardır. Litseydə ən müasir işıqlanma sistemi ilə təchiz edilmiş fəaliyyət göstərir. Litseyə şagird qəbulu I siniflərə (şifahi sorğu əsasında) müsahibə yolu ilə, II-XI siniflərə isə test sorğusu əsasında yazılı aparılır.

İl ərzində litseydə oxuyan şagirdlərlə 2 dəfə: dekabr ayında I yarımilə aid, may ayında isə ilin proqram materialını əhatə edən test sorğusu keçirilir. Proqram materialını mənimsəməyən şagirdlərin Elmi Metodik Məclisin (Pedaqoji Şuranın) qərarı ilə litseydən xaric edilməsi nəzərdə tutulur.

Litseydə ingilis dili I sinifdən tədris edilir və ingilis dilinin tədrisinə xüsusi fikir verilir. Şagirdlər VIII sinifdən başlayaraq riyaziyyat, təbiət elmləri və humanitar təmayüllü sinilərdə təhsil alırlar.

Həmin siniflərdə seçilən təmayülə uyğun fənlər dərinləşdirilmiş proqram əsasında tədris olunur.

Litseydə pedaqoji kadrların qəbuluda müsabiqə yolu ilə test sorğusu əsasında aparılır. Testin nəticəsi yüksək olduqda həmin müəllimin dərsi uyğun ixtisas müəllimlərinin iştirakı ilə dinlənilir və müzakirə edilir.

Yüksək elmi, metodiki və pedaqoji hazırlığa malik olan pedaqoji kadrlar müqavilə əsasında işə qəbul edilirlər.

Litseyin şagirdləri müxtəlif intelekt yarışmalarında, müsabiqələrdə, olimpiadalarda fəal iştirak edirlər.

Ünvan: Xətai rayonu, Natiq Əliyev küçəsi 50

Telefon.: 490-64-80

Fax: 490-68-74

<< Geri

;