Yunanıstanın qabaqcıl ali məktəblərindən birində - Patra
Universitetində Azərbaycanın ümummilli lideri Heydər Əliyev
adına mükafat təsis edilib. Heydər Əliyev adına mükafat
universitetin yuxarı kurs tələbələri üçün Azərbaycan və
Azərbaycan-Yunanıstan əlaqələri haqqında ən yaxşı elmi işə
görə təsis edilib.
Universitetin tələbələri və professor-müəllim heyəti
qarşısında Azərbaycanın Yunanıstandakı səfiri Rəhman
Mustafayev çıxış edib. O, çıxışında Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin həyat yolu, onun Azərbaycan
SSR-in başçısı, keçmiş SSRİ hökumətinin rəhbərlərindən biri,
müstəqil Azərbaycanın 1993-2003-cü illərdə Prezidenti
vəzifələrində fəaliyyəti barədə danışıb.
Layihənin məqsədi yunan tələbələr tərəfindən Azərbaycanın
tarixi, mədəniyyəti, daxili və xarici siyasəti, enerji
strategiyası, Azərbaycan-Yunanıstan münasibətlərinin
müxtəlif aspektlərinin dərindən öyrənilməsinə dəstək
verməkdir.
Patra Universiteti Afina və Saloniki universitetləri ilə
yanaşı, Yunanıstanın qabaqcıl ali məktəblərindən biridir,
nəşr edilən elmi işlərin sayına görə ölkədə birinci yeri
tutur. Onun 5 fakültəsində 28 min tələbə təhsil alır.Heydər Əliyev adına mükafat bir neçə ilə hesablanıb. Onun
əldə edilməsi üçün elmi və diplom işləri üzrə
ümumuniversitet müsabiqəsi keçiriləcək və onun 6 qalibi hər
il göstərilən mükafatı alacaq. |