E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Balakəndə "Heydər Əliyev Xatirə Muzeyi"


Muzeyin 2008-ci ilin sentyabrın 19-da, Balakəndə prezident İlham Əliyev tərəfindən açılışı olmuşdur. Muzeyin binası yaraşıqlı görünüşü, memarlıq üslubu ilə parka xüsusi gözəllik verir. Beş bölmədən ibarət muzeyin ümumi sahəsi 493, ekspozisiya salonunun sahəsi 330 kvadratmetrdir. Ekspozisiyada ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, kitablar, müxtəlif sənədlər toplanmışdır. Muzeydə ümummilli liderin büstü də qoyulmuşdur.

Ünvan: AZ0800, Balakən,Balakən,Heydər Əliyev


<< Geri