E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Cəlilabadda "Heydər Əliyev Xatirə Muzeyi"


2008-ci ilin noyabrında prezident İlham Əliyev Cəlilabad şəhərində Heydər Əliyev Muzeyinin açılışını bildirən rəmzi lenti kəsmiş və muzeylə tanış olmuşdur. İkimərtəbəli, müasir memarlıq üslubunda tikilmiş muzey erkən bir ömrün işıqlı səhifələrinin həkk olunduğu böyük bir kitaba bənzəyir. Burada ulu öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən nadir sənədlər, fotoşəkillər, kitablar toplanıb. Ümummilli liderin Cəlilabada unudulmaz səfərlərini əks etdirən fotoşəkillər dahi şəxsiyyətlə bağlı əziz xatirə kimi qorunub saxlanır. Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.

Ünvan: AZ1500,Cəlilabad,Cəlilabad,Heydər Əliyev,144


<< Geri