E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Gəncədə "Heydər Əliyev Xatirə Muzeyi"


Heydər Əliyev Xatirə Muzeyi - klassik üslubda milli kaloritdən istifadə olunaraq tikilmiş bir kompleksdir. Muzey kompleksi 612,6 m2-dən ibarətdir. Abidənin arxitektoru Məmməd İbrahimovdur. Bina Gəncənin tarixi memarlıq abidələrinə uyğun olaraq kərpicdən və gülbəxt daşından tikilmişdir. Binanın qarşısında yerləşən heykəlin müəllifi isə heykəltəraş Şərif Şərifovdur. Heykəlin hündürlüyü 5 metrdir. Muzeyin əsas vəzifəsi Ulu öndərin həyat və fəaliyyətini gənc nəsillərə çatdırmaq və təbliğ etməkdən ibarətdir. 2005-ci ilin iyun ayından fəaliyyətə başlayan muzeydə 400-ə yaxın eksponat toplanmışdır. Muzey eksponatlarının əsas hissəsi Heydər Əliyevin foto şəkilləri və onun haqqında yazılmış kitablardan ibarətdir. Eksponatlarımızın sırasında ?Heydər Əliyev Fondunun? hədiyyəsi olan Ulu öndərin şəxsi geyimi muzeyin ən maraqlı eksponatlarındandır.

Ünvan: AZ2003,Gəncə,Gəncə,Şah İsmayıl Xətai


<< Geri