2008-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin 85 illik yubileyinin ölkə miqyasında qeyd olunması ilə əlaqədar Milli Bank tərəfindən Avstriyanın Austrian Mint şirkətində nominalı 100 manat olan qızıl xatirə sikkələri sifariş edilərək dövriyyəyə buraxılmışdır. Xatirə sikkəsinin üz tərəfində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti, arxa tərəfində isə Azərbaycan Respublikasının gerbi təsvir edilmişdir. Gerbin alt hissəsində xatirə sikkəsinin buraxıldığı il “2008-cü il”, və “Azərbaycan Respublikası” sözləri və xatirə sikkəsinin nominalı göstərilmişdir. Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir. |