E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 
 

HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ PLATİN SİKKƏLƏR


Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, 10 dekabr 2004-cü ildə dövriyyəyə platin xatirə sikkələri buraxmışdır. Xatirə sikkələrinin üz tərəfində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti, portretin sağ tərəfində “Heydər Əliyev” sözləri, arxa tərəfində isə Azərbaycan Respublikasının xəritəsi və “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir…” sözləri yazılmışdır. Xatirə sikkələri İngiltərənin “Royal Mint” Kral Sikkəxanasında yüksək beynəlxalq standartları uyğun hazırlanmışdır. Sikkənin arxa hissəsində olan xəritənin alt hissəsində xatirə sikkələrinin buraxıl­dığı il “2004-cü il”, xəritənin ətrafında dairəvi şəkil­də üst hissəsində “Azərbaycan Respublikası”, alt hissəsində isə xatirə sikkə­lərinin nominalı göstəril­mişdir. Xatirə sikkələri Azərbaycan Respublikası ərazisində qanuni ödəniş vasitəsidir.


     

<< Geri