E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 
 

HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ GÜMÜŞ SİKKƏLƏR


Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, 10 dekabr 2004-cü ildə dövriyyəyə gümüş xatirə sikkələri buraxmışdır. Xatirə sikkələrinin üz tərəfində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti, portretin sağ tərəfində "Heydər Əliyev" sözləri, arxa tərəfində isə Azərbaycan Respublikasının xəritəsi və "Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir" sözləri yazılmışdır. Xatirə sikkələri İngiltərənin "Royal Mint" Kral Sikkəxanasında yüksək beynəlxalq standartları uyğun hazırlanmışdır. Sikkənin arxa hissəsində olan xəritənin alt hissəsində xatirə sikkələrinin buraxıldığı il 2004-cü il, xəritənin ətrafında dairəvi şəkildə üst hissəsində Azərbaycan Respublikası, alt hissəsində isə xatirə sikkələrinin nominalı göstərilmişdir. Xatirə sikkələri Azərbaycan Respublikası ərazisində qanuni ödəniş vasitəsidir.


      

<< Geri