Dövlət Film Fondunda görkəmli rejissor, Xalq artisti
Həsən Seyidbəylinin şəxsi arxiv fondu yaradılıb. Fondun
rəhbəri, Əməkdar incəsənət xadimi Cəmil Quliyevin
verdiyi məlumata görə, sənədlər fonda rejissorun oğlu
Ziya Seyidbəyli tərəfindən təqdim olunub. 600-ə qədər
sənədin arasında Həsən Seyidbəylinin şəxsi sənədləri,
ssenariləri, əlyazmaları, montaj vərəqələri, fotoları
var. Qeyd edək ki, Həsən Seyidbəyli “Telefonçu qız”,
“Möcüzələr adası”, “Sən niyə susursan?”, “Bizim Cəbiş
müəllim”, “O qızı tapın”, “Səadət qayğıları”, “Nəsimi”
kimi filmlərə quruluş verib. Əksər filmlərinin
ssenarilərini özü qələmə alıb.
|