Bu ali təhsil ocağı ilk olaraq Xalq Komissarlar Sovetinin 14 aprel 1938-ci il tarixli qərarı ilə Gəncədə Krupskaya adına iki illik Müəllimlər İnstitutu kimi fəaliyyətə başlamışdır. 1943-cü il sentyabr ayının 1-də təhsil ocağı tam ali təhsil verən Gəncə Dövlət Pedaqoji İnstitutuna çevrilmiş. 2000-ci ildə isə Ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi” haqqında 13 iyun 2000-ci il tarixli fərmanı ilə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun profili genişləndirilməklə, Gəncə Dövlət Universiteti yaradılmışdır. Universiteti rektoru Elman Məmmədovdur. Hazırda Universitetdə təhsil 2 pilləlidir. 8 fakültədə 33 ixtisas üzrə bakalavr pilləsində əyani və qiyabi yolla, həmçinin magistratura pilləsinin əyani və qiyabi şöbəsində 3655 nəfər təhsil alır.


<< Geri