E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


(qəzet)


"Əkinçi" — Azərbaycan dilində işıq üzü görən ilk milli qəzet. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər nəşr edilən Əkinçi qəzetinin ümumilikdə 56 sayı işıq üzü görmüşdü. Qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu; baş redaktoru Həsən bəy Zərdabi idi.

XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatımızın yaranmasını zəruri edirdi. Bu zərurəti dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi hökumətə müraciət edərək çətinliklə olsa da belə bir qəzetin nəşrinə icazə ala bilmişdi. Qəzetin nəşri üçün Zərdabi İstanbuldan xüsusi ərəb mətbəə şriftləri gətirtməli olmuş və nəhayət, xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində qəzetin ilk nömrəsinin nəşrinə nail ola bilmişdi. "Əkinçi"nin nəşrilə həm də milli mətbuatımızın əsası qoyulmuşdu.

"Əkinçi" qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalələ və digər yazıları dərc olunurdu.

1877-1878-ci illər Rus-Türk müharibəsi başlanan zaman arxa cəbhədə "türk-tatar" dilində qəzetin mövcudluğundan ehtiyat edən Rusiya hökümətinin göstərişi ilə 1877-ci ilin sentyabrın 29-da "Əkinçi"nin nəşrinə rəsmən xitam verilmişdi.

İlk mətbuat orqanımız olan "Əkinçi" qəzetinin işıq üzü gördüyü gün - iyulun 22-si artıq respublikamızda "Mətbuat Günü" kimi qeyd edilir


Baş redaktor

Həsən bəy Zərdabi

Təsis tarixi

22 iyul 1875
 

Dil

Azərbaycan dili

Nəşrini dayandırıb

29 sentyabr 1877

Tiraj
 

300-400


Bütün nömrələri

1.22 iyul 1875, №1
2.5 avqust 1875, №2
3.21 avqust 1875, №3
4.5 sentyabr 1875, №4
5.20 sentyabr 1875, №5
6.5 oktyabr 1875, №6
7.20 oktyabr 1875, №7
8.4 noyabr 1875, №8
9.18 noyabr 1875, №9
10.2 dekabr 1875, №10
11.18 dekabr 1875, №11
12.1 yanvar 1876, №12
13.16 yanvar 1876, №1
14.30 yanvar 1876, №2
15.15 fevral 1876, №3
16.29 fevral 1876, №4
17.15 mart 1876, №5
18.29 mart 1876, №6
19.14 aprel 1876, №7
20.28 aprel 1876, №8
21.13 may 1876, №9
22.27 may 1876, №10
23.11 iyun 1876, №11
24.25 iyun 1876, №12
25.11 iyul 1876, №13
26.25 iyul 1876, №14
27.9 avqust 1876, №15
28.29 avqust 1876, №16
29.8 sentyabr 1876, №17
30.22 sentyabr 1876, №18
31.8 oktyabr 1876, №19
32.22 oktyabr 1876, №20
33.6 noyabr, 1876, №21
34.20 noyabr 1876, №22
35.6 dekabr 1876, №23
36.22 dekabr 1876, №24
37.4 yanvar 1877, №1
38.18 yanvar 1877, №2
39.2 fevral 1877, №3
40.17 fevral 1877, №4
41.3 mart 1877, №5
42.17 mart 1877, №6
43.31 mart 1877, №7
44.14 aprel 1877, №8
45.28 mart 1877, №9
46.12 may 1877, №10
47.26 may 1877, №11
48.9 iyun 1877, №12
49.23 iyun 1877, №13
50.7 iyul 1877, №14
51.21 iyul 1877, №15
52.4 avqust 1877, №16
53.18 avqust 1877, №17
54.1 sentyabr 1877, №18
55.15 sentyabr 1877, №19
56.29 sentyabr 1877, №20



<< Geri