E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Bakı – Zərdab arası məsafə 285 km-dir. Ucar dəmiryol stansiyasından 35 km aralıdadır. Rayon kimi 1935 – ci ildə yaradılıb. Kür çayının sahilində, Şirvan düzündə yerləşir. Səthi düzənlik olan rayon ərazisinin çox hissəsi okean səviyyəsindən aşağıdadır. Burada neft – qaz yataqları aşkar edilib. Qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi xarakterikdir. İnsanı haldan salan isti havası ilə yadda qalan Zərdabda yay aylarında temperatur 45 dərəcə C qədər yüksəlir. Yarımsəhra bitkilər geniş yayılıb. Kür çayı boyunca 1000 ha sahədə tuqay meşələri uzanıb gedir. Zərdab həm də Həsən bəy Zərdabinin vətənidir.

 

Rayon haqqında

  • Yaranma tarixi – 05.02.1935-ci il.

  • Ərazisi – 0.86 min kv. km.

  • Əhalisi – 55.0 min nəfər (01.07.2012-ci il tarixə).

Zərdab rayonu 1935-ci ildə təşkil (bu vaxtadək Zərdab bölgəsi Göyçay rayonunun tərkibində idi) olunmuş, 1 yanvar 1938-ci il tarixdə ləğv edilərək Ucar rayonu ilə birləşdirilmiş və 6 yanvar 1965-ci il tarixdən Zərdabın müstəqil rayon statusu bərpa edilmişdir. Rayonda 1 şəhər, 1 qəsəbə və 40 kənd olmaqla, 42 yaşayış məntəqəsi vardır. Ümumi əhalinin 23%-i şəhərdə, 77%-i isə qəsəbə və kəndlərdə yaşayır. Rayonda 28 icra nümayəndəliyi və 27 bələdiyyə fəaliyyət göstərir.

Əsasən kənd təsərrüfatı rayonudur.

Ulu Öndər Heydər Əliyev 1978-ci il may ayının 29-da Kür çayının daşması ilə əlaqədar vəziyyətlə yerində tanış olmaq məqsədilə rayonda olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 iyun 2006-cı il və 06 may 2011-ci il tarixlərdə rayona səfər etmişdir.

 

Mühüm hadisələrin tarixi

  1. Zərdab rayonu 05 fevral 1935-ci ildə təşkil olunmuşdur.

  2. 1 yanvar 1963-cü il tarixdə ləğv edilərək Ucar rayonu ilə birləşdirilmişdir.

  3. 06 yanvar 1965-ci il tarixdən Zərdabın müstəqil rayon statusu bərpa edilmişdir.

  4. Ümummilli lider, o zamankı Azərbaycan Respublikası Mərkəzi Komitəsinin birinci katibi, Heydər Əliyev Kür çayının daşması və daşqının nəticələrinin aradan qaldırılması ilə əlaqədar 1978-ci il 29 may tarixdə Zərdab rayonuna səfər etmişdir.

  5. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı il iyun ayının 30-da Zərdab rayonuna səfər etmişdir. Cənab Prezident tarixi səfərində rayonda Heydər parkının və Heydər Əliyev muzeyinin, rayonun Dəkkəoba kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş orta məktəbin açılışında iştirak etmiş, 32 mənzilli yaşayış binasında Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yeni mənzillərin orderlərini təqdim etmişdir.

  6. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-ci il may ayının 06-da Zərdab rayonuna səfər etmişdir. Səfər zamanı rayon mərkəzində tikilən möhtəşəm Heydər Əliyev Mərkəzində aparılan son tamamlama işləri ilə tanış olmuş, rayonun ictimaiyyət nümayəndələri ilə görüşmüşdür.


<< Geri