Zərdab rayonunda böyük mütəfəkkir, təbiətşünas-alim,
istedadlı publisist və Azərbaycan milli mətbuatının banisi Həsən bəy
Zərdabinin adını daşıyan bir ünvan fəaliyyət göstərir- H.Zərdabi
muzeyi. Rayon Mədəniyyət və turizm şöbəsinin təşəbbüsü ilə
2005-ci ildə yaradılan bu muzeydə böyük mütəfəkkirin ailəsinə,
qohumlarına aid əşyalar toplanmışdır. Burada hələ çox qədim
zamanlarda Zərdabi nəslinin istifadə etdiyi məişət avadanlıqları da
qorunur. Həm tarixilik baxımından, həm də Zərdabilərə məxsus
olduğundan cəhrə, yun darağı, güyüm, nehrə, samovar və s. əşyalar
diqqət çəkir. Muzeydə Zərdabinin əlyazmaları və “Əkinçi” qəzetinin
bir neçə nüsxəsi də saxlanılır. O cümlədən, Zərdabinin ailəsinə,
yaxın qohumlarına məxsus şəkillər də divarları bəzəyir. Muzeyin
həyətində Zərdabinin abidəsi var. Buraya gələnlər böyük şəxsiyyətin
büstü önünə gül dəstələri qoyaraq muzeyə daxil olurlar. Buradakı
eksponatların arasında qədim bir lampa var. Deyilənə görə, uzun
illər bu lampanın saldığı işıq altında Zərdabi “Əkinçi” üçün
məqalələr yazırmış. Burada, həmçinin Zərdabinin yaşadıgı dövrü, onun
həyatını, fəaliyyətini əks etdirən fotoşəkil və sənədlər
toplanmışdır.
<< Geri
|