Xatirə sikkəsi Milli Mətbuatın 135 illiyinə
həsr olunmuşdur (1875-2010).
Azərbaycan dilində ilk milli qəzetin “Əkinçi”-nin
ilk sayı 1875-ci ilin 22 iyul tarixində çap olunmuşdur. Qəzetin baş
redaktoru tanınmış ziyalı, görkəmli alim və publisist Həsən bəy
Zərdabi olmuşdur.
İlk mətbuat orqanımız olan “Əkinçi” qəzetinin
işıq üzü gördüyü gün-iyul ayının 22-si respublikamızda “Mətbuat Günü”
kimi qeyd edilir. Sikkə Milli Mətbuatın 135 illiyinə həsr olunmuşdur.
Xatirə sikkəsinin üz tərəfində görkəmli publisistin portreti, arxa
tərəfində isə Azərbaycan Respublikasının xəritəsinin stilistik (qrafik)
görünüşü təsvir edilmışdir.
Portretin ətrafında H. Zərdabinin adı və həyat
dövrü, xəritənin ətrafinda xatirə sikkəsinin buraxıldığı il “2010”-cü
il, “Azərbaycan Respublikası” sözləri və xatirə sikkəsinin nominalı
göstərilmişdir.
Xatirə sikkəsi Avstriyanın “Austrian Mint”
sikkəxanasında yüksək standartalara uyğun hazırlanmışdır. Xatirə
sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə
qanuni ödəniş vasitəsidir.