E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Zərdabi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə.

Qəsəbədə tam orta məktəb, valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəbi, uşaq bağçası, xəstəxana, ruhi əsəb xəstələri üçün dispanser fəaliyyət göstərir. Həmçinin qəsəbədə yay və qış klubları, istirahət parkı, 1941-1945-ci il müharibəsinin iştirakçılarının şərəfinə ucaldılmış abidə və park yerləşir.

Əhalisi 11256 nəfərdir.

Qəsəbədə 1964-cü ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu fəaliyyət göstərir.
 



<< Geri