Hüseyn Cavidin Ev Muzeyi Hüseyn Cavid və ümumiyyətlə
cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliğini həyata keçirir.
Dahi dramaturq Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyi ilə
əlaqədar ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan KP MK-nın 21
iyul 1981-ci ildə “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında”
qəbul etdiyi qərarda Bakı şəhərində Hüseyn Cavidin xatirə muzeyinin
yaradılması göstərilmişdir. 10 iyul 1995-ci ildə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 160 saylı qərarı ilə Hüseyn Cavidin Ev Muzeyinin
Azərbaycan EA-nın tabeliyinə verilməklə həmin binanın İstiqlaliyyət küçəsi,
8 (indiki 26) 2-ci mərtəbəsindəki giriş də daxil olmaqla 3-cü mərtəbəsində
ədibin yaşadığı mənzilində yerləşməsi və “Hüseyn Cavidin Ev Muzeyi”
adlandırılması məsələsi həll olundu.
24 oktyabr 2002–ci il tarixdə, Hüseyn Cavidin 120 illik yubileyi günündə
ümummillilideri Heydər Əliyevin şəxsən iştirakı ilə Hüseyn Cavidin Ev
Muzeyinin açılış mərasimi keçirildi.
Hüseyn Cavidin Ev Muzeyində 8 şöbə fəaliyyət göstərir. Onlardan 6-sı elmi-tədqiqat
şöbəsi, 2-si isə texniki şöbədir.
Elmi tədqiqat şöbələri:
- Cavidşünaslıq şöbəsi
- Elmi kütləvi işlər şöbəsi
- Elmi fondlar şöbəsi
- Elmi və bədii tərtibat şöbəsi
- Elmi ekspozisiya şöbəsi
- Elmi informasiya və kitabxana şöbəsi